Osman Gündüz: "Azərbaycan media sahəsində yeni mərhələ başlayacaq"
Maraqlı23 yanvar 2018 17:10
Ölkənin media sektorunda, xüsusilə də internet media sahəsində yeni inkişaf mərhələsi başlayacaq.
Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz yazıb. O, ənənəvi mediadan sonra, Azərbaycanda "Facebook" sosial şəbəkəsi vasitəsilə auditoriya toplayan saytların da çəkisinin azalacağını diqqətə çatdırıb və bildirib ki, artıq bu mərhələ özünü göstərməkdədir.
"Facebook-un ictimai çəkisi azala bilərmi?
Zaman vardı ki İnternet ənənəvi medianı iflasdan xilas etmişdi. Yəni, az qala ölüb getməkdə olan, heç bir nüsxəsini də sata bilməyən hansısa bir qəzet və ya jurnal internetə inteqrasiya etməklə ayaqda dura bilmişdi.
İnternet inkişaf etdikcə bloqçuluq ciddi inkişaf etməyə başladı, bloqu olmayana az qala geridə qalmış birisi olaraq yanaşmağa başladılar. "Bloqçu yoxsa jurnalist” mövzusunda ictimai müzakirələr baş alıb getdi. Və nəticədə ölkəmizdə nəhəng bir bloqosfera formalaşdı.
Sonradan isə sosial media, Facebook, Twitter, Youtube və s. ciddi inkişaf etməyə başladı . Bu zaman ənənəvi media və internet media sosial media hesabları açmaqla, sosial mediaya inteqrasiya etməklə daha da oturuşdu. Nəticədə nəhəng bir internet media və sosial media sektoru formalaşdı.
Bununla belə bu mərhələdə internet media və sosial media o qədər inkişaf etdi ki klassik bloqçuluğu, bloqu, bütövlükdə bloqosferanı iflasa uğratdı.
İndi yeni bir mərhələ gəlir.
Facebook rəhbərliyi yeni bir konsepsiya irəli sürüb. Bu konsepsiyaya görə Facebook internet media üçün, korporativ sektor üçün müəyyən qədər qapalı olacaq. Artıq bu, indidən hiss olunmağa başlayıb. Yəni bu sosial media resursunda media qurumlarının xəbərləri, şirkətlərin paylaşımları, korporativ paylaşmalar görsənməyəcək. Onların Facebook-dan əvvəlki qaydada geniş istiadəsi mümkünsüz olacaq. Özəl kontent ön plana çıxacaq.
Beləliklə də bizim Facebook istifadəçilərimiz də hər gün gördükləri xəbər linklərini, video linkləri öz facebook səhifələrində görməyəcəklər .
Nə üçün Mark bu qərara gılib ?
Əslində bunun kökü hazırda ABŞ- da prezident Trampın seçkisində "rus barmağı” faktoruna qarşı demokratların apardığı və indiyədək də əl çəkmədikləri mübarizə ilə bağlıdır. Demokratlar Trampın qalib gəlməsində rusların sosial media vasitəsilə apardıqları nəhəng bir kampaniyanın həlledici rolunun olduğu iddiasındadırlar.
Və belə görünür ki Mark Facebook-u trollardan, kənar təsirlərdən, saxta xəbərlərdən və s. qorumağa, ictimai-siyasi proseslərə süni təsirlərini azaltmağa qərar verib.
Yəni görünən budur ki, Mark adi istiadəçiyə daha çox üsütnlük verməyi düşünür, nəinki hansısa sirkətin, media qurumunun linkinə. Markın yanaşmasına görə o, Facebook-u korportaiv təsirlərdən, şirkət, redaksiya, agentlik ekspansiyasından azad etmək və adi istifədəçilərin ixtiyarına vermək iddiasındadır.
Bundan sonra nə baş verəcək ?
Fikrimcə Facebook rəhbərliyinin bu addımı ümumiyyətlə informasiya mühitinə, informasiya əldə edilməsinə mənfi təsrlər göstərəcək. Xüsusən də bizim ölkədə Facebook ciddi bir informasiya mənbəyinə, ictimai müzakirələr platformasına çevrilmişdi.
Düşünürəm ki Markın bu addımı elə bizim ölkədə də Facebook-un ictimai rəyə təsir imkanlarını, ümumilikdə isə onun ictimai çəkisini azalda bilər.
Eyni zamanda düşünürəm ki Facebook-un bu addımı rəqəmsal sektorda ciddi dəyişikliklər edəcək. Hətta ola bilər ki bu cür inkişaf tendensiyası daha bir fəaliyyət sahəsini də arxivə göndərsin. İlk növbədə əziyyət çəkən, düşünürəm ki rəqəmsal biznes sektoru, internet marketinq sektoru ola bilər. Bütövlükdə rəqəmsal biznes üçün bu reforma mənfi təsir göstərəcək. Ölkəmizdə son zamanlar yetərincə inkişaf edən SMM və rəqəmsal marketing sahəsi üçün yeni inkişaf modelləri üzərində düşünmək lazım gələcək".
Oxşar xəbərlər
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 2025 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 2025 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 2025 11:09
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 2025 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
Xəbər lenti
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
Video & Fotoqalereya
Video
Fotoqalereya
