- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
- Ərdoğan sabah Xankəndiyə gələcək
Qədir Rüstəmovun xanımı: “Nazir onu toya çağırdı, getmədi...” - MÜSAHİBƏ (VİDEO)
Mədəniyyət25 yanvar 2018 01:14

Aqil Abbas qulağına pıçıldadı ki, “Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini”. Bu vaxt əli tərpənməyə başladı...
Növbəti müsahibəmiz böyük sənətkar, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, muğam ifaçısı Qədir Rüstəmova həsr olunub. Həmsöhbətimiz xanəndənin xanımı Fatma Rüstəmovadır:
-Fatma xanım, istərdim söhbətimizə Qədir Rüstəmovun həyatından danışaraq başlayaq.Necə aliədə böyümüşdü, uşaqlığı necə keçmişdi?
- Qədir müəllim əslən Şuşalıdır. Ailəsi 1915-ci ildən sonra Ağdama köç edib. O, 1935-ci ildə Ağdamda anadan olub. Atası Çərkəz kişi və anası Südabə xanımın 9 uşağı- 5 qızı,4 oğlu olub. Qədir evin 3-cü uşağı idi. Genetik olaraq onların hamısının gözəl səsi olub. Həyətlərini konservatoriya adlandırırdılar. Əbülfət Əliyev, Bahadur Mehrəliyev, qardaşı tarzən Nadir Rüstəmov bir yerə yığışanda çal-çağır olurmuş. Qonşular yığışaraq onlara qulaq asarmışlar.
Qədir 11 yaşından oxumağa başlayıb. Artıq yeniyetmə vaxtlarında Ağdamda tanınıb.
Qədirin ilk müəllimi Bahadur Mehrəliyev olub. O, Qarabağın bütün toylarında, el şənliklərində Xan Şuşinksi ilə bərabər iştirak edib. Bir gün Bahadurla Şuşinski birlikdə toy aparırmışlar. Bahadur kişi Qədiri də özü ilə həmin toya aparıb. Xan ona deyib ki, “ay qara oğlan, oxu görək, səsini yaman tərifliyirlər. Görək, nə qüdrətə maliksən“.
Qədir orada “Qarabağ şikəstəsi”ni oxuyub. Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy -buxunun yaxşıdır, əgər sözə baxan olsan, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”.
Bu vaxt həmin toya Seyid Şüşinski də gəlir. Ona deyiblər ki, bu oğlana qulaq as. Qədir ikinci dəfə “Çahargah” oxuyub. Seyid Qədiri dinlədikdən sonra onu Bakıya dəvət edib.

Bakıda Qədir Hacıbaba Hüseynovun sinfində oxumağa başlayıb. Ancaq iş elə gətirib ki, təhsilini başa vura bilməyib. Salfeciyadan kəsildiyinə görə onu musiqi məktəbindən uzaqlaşdırıblar. Yerinə Təranə Vəlizadəni götürüblər. Ağdama qayıdan Qədir Üzeyir Hacıbəyov adına Konservatoriyaya daxil olub.
Daha sonra “Şur” ansamblında oxumağa başlayıb. Həmin ansambl ilə Bakıda konsert verməyə gələrkən tarzən Əhsən Dadaşov onu çox bəyənib. Qədir oxuyanda Əhsən müəllimi ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Sən gərək mənimlə birgə işləyəsən. Səni bir az da mən tanıdacağam”.
Qədir orada “Sona bülbüllər”i oxuyanda bəstəkar Ağabacı Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər.
Əhsən müəllim Qədirin üzərində işləyəndən sonra “Sona bülbüllər”i yazdırıblar və plastinka şəklində satışa çıxarılıb. Beləliklə, Qədir ”Sona bülbüllər”lə məşhurlaşıb.
_1516785288.jpg)
-Onun oxuduğu bir çox bəstəkar mahnıları xalq mahnısı kimi qəbul olunur. Yəqin ki, bu yüksək səviyyədə ifa ilə bağlıdır…
-Elədir. Fikrət Əmirovun “Reyhan” mahnısını oxuyub və çox adam elə bilir ki, bu, xalq mahnısıdır. Fikrət Əmirovdan Türkiyədə müsahibə götürmüşdülər. Müsahibə zamanı bildirmişdi ki, ən çox ürəyinə yatan mahnı “Reyhan”dır ki, onu Qədir kimi heç kəs ifa edə bilmir.
Emin Sabit oğlu isə deyirdi ki, kaş bütün sənətkarlar Qədir kimi el mahnılarına ürək qoyardı, məlahətlə oxuyardı.
Niyazi isə bildirirdi ki, Qədir müəllimin “Sona bülbüllər”inə qulaq asmağa bir ömür bəs etmir. Aqil Abbas ömür boyu onun haqqında yazıb, povest həsr edib. Deyib ki, “Qədir müəllim bizdə qalan “Qarabağ” idi. Bunu da itirdik”.
Firudin Şuşinski yazırdı ki, Qədir Şuşada ilk muğam məktəbinin qurucusu Xarrat Qulunun sonuncu şagirdidir.
-Bildiyimə görə, onu nəinki musiqiçilər, hətta dövlət adamları, məmurlar belə sevib dinləyirmiş…
-Mərhum prezidentimiz Heydər Əliyev ona yüksək qiymət verirdi. Qədirin ifasında “Nə üçün gəlməz” mahnısını çox sevirdi. Süleyman Rüstəm, Xəlil Rza, Bəxtiyar Vahabzadə Qədir müəllim haqqında şeirlər yazıblar. Tək “Sona bülbüllər”ə 300 şeir həsr olunub.
Qədirin bəxti onda gətirmişdi ki, qarşısına yaxşı adamlar çıxmışdı. O, heç vaxt kimsədən xahiş etməyib ki, məni efirə çıxarın və ya mən oxumaq istəyirəm. Yaxşı adamların sayəsində yavaş-yavaş yüksək mərtəbəyə çatmışdı.
-Məncə, Qədir müəllimin bəxti həm də onda gətirib ki, tale qarşısına sizin kimi onu sevən xanım çıxardıb. Maraqlıdır, necə tanış olmuşdunuz?
-Biz Ağdamda qonşu olmuşuq. Qədir müəllim məni görüb, bəyənib, ailə qurmuşuq. 3 övladımız- iki oğlumuz ,bir qızımız var. Uşaqların hamısının gözəl səsi var. Bu, onlara atalarından keçib. Ancaq Qədir uşaqların xanəndə olmasına icazə vermədi. Sənətin hər üzünü gördüyünü, çox əziyyətlər çəkdiyini deyirdi. İstəmirdi ki, uşaqlar da əziyyət çəksinlər. Buna görə uşaqların ali təhsil almasına üstünlük verdik. Uşaqların üçünün də xasiyyəti ona bənzəyir. Üçü də kaprizni, ailəcanlıdır. Kimsə yolda Qədirə bir alma verərdisə, onu qıyıb yeməzdi, deyirdi uşaqlar yesin.
_1516785625.jpg)
-Övladlarınız hazırda nə işlə məşğuldurlar?
-Dövlət məmurudurlar.
-Qədir müəllim haqda sənətkar kimi danışdıq. Bəs necə ailə başçısı, necə ata idi?
-Çox gözəl ailə başçısı idi. Onu tayınlar, bizim evə gəlib-gedənlər bunu bilirlər. Ağdamdan çıxandan sonra bir müddət bizim evimiz olmadı. Həmin vaxtlar Qədir uşaqları ovcunun içində saxlayırdı. Onlar üçün hər şey edirdi. Bir rayondan başqa bir rayona köçəndə uşaqları başqa məktəbə qoyurduq ki, dərslərindən qalmasınlar. Çox tələbkar və ciddi, eyni zamanda ailədə mehriban, yumşaq insan idi. Ciddiliyi daha çox çöldə olurdu. Ailəmizi ancaq sənətinin hesabına dolandırıb. Başqa işlərlə məşğul olmurdu.
-Eşitdiyimə görə, kaprizli insan olub. Hər dəvət olunan yerə getmirmiş..
-Əlbəttə, kaprizləri də var idi. Onu hansısa verilişə dəvət edəndə əvvəlcədən soruşurdu ki, orada mən nə danışmalıyam və ya kimlər olacaq. Yəni yüksək səviyyədə təşkil olunan yerlərə gedirdi. Qalmaqallara, söz-söhbətlərə baş qoşmazdı. İmtina etdiyi çox verilişlər olurdu. Ancaq dövlət televiziyasının və İctimai Televiziyanın verilişlərinə etiraz etmirdi. Onun bir neçə xalq mahnılarına İctimai Televiziya təmənnasız kliplər çəkib.
_1516785811.jpg)
-Toylara gedirdimi?
-Onun qazancı ancaq toylardan idi. Ancaq hər toya getmirdi. Yaxşı dostları var idi. Məsələn, Kəmaləddin Heydərov onu çox sevirdi, ona böyük hörməti var idi. Məsclislərinə daha çox onu çağırardı. Dostları Qədirə kömək edirdilər. Onlar Qədirin korluq çəkməsinə imkan vermirdilər. Ümumiyyətlə, Qədir heç vaxt pula görə toya getməyib.
Zəng edirdilər ki, filan nazir səni toya çağırır, orada sənin oxumağını istəyir. Deyirdi ki, getmirəm. Rayonda olanda zəng edirdilər ki, filankəs rayona gəlir, Qədir gərək mütləq oxusun. “Mən balıq tutmağa gedirəm”- deyib imtina edirdi. Heç kəs ona zorla nəsə etdirə bilməzdi.
Təbiətə, azadlığa bağlı adam idi. Təbiətin xırda detalına qədər sevirdi. Yayda Oğuzrayonuna gedirdik. Çayın qırağından rəngbərəng daşlar yığırdı. Azərbayacanda heç kim bilmir ki, bizdə belə qiymətli daşlar olub. Onları Heydər Əliyev Fonduna bağışlamışıq.
Ağdama atılan raket Qədirin əkdiyi tut ağacının budağını yaralamışdı. Qədir həmin tutdan iki dəyirmi ağac kəsdi. Onu Azərbayacan Milli Tarix Muzeyinə Ağdamın yadigarı kimi vermişəm. Balıq tutmağı, ova getməyi sevirdi. Saatlarla oturub yaşıllığa tamaşa edirdi.
_1516786034.jpg)
-Kimlərlə dostluq edirdi? Sənət adamlarından kimlərlə yaxın idi?
-Sənət adamlarından hamı ilə dost idi. Heç kimdən narazılığı yox idi. Onlarla toylarda görüşürdü. Amma ürək dostları çox idi. Aqil Abbas onun ömürlük dostu idi. Bir az narahat olanda Aqil müəllimin yanına gedib, otağında saatlarla söhbət edirdi. Çox adam onu sevirdi. Zeynalabdin Tağıyev adına fabrikin müdiri Fədayil müəllim 30 il Qədirə təmanasız kostyum tikib. Qədir bir dəfə də olsun kostyum almayıb.
Onun səsini bəyənirdilər. Səsdən qüvvət, ilham alanlar var idi. Ağdamdan Səxavət Məmmədov və Qədir Rüstəmov xüsusi seçilirdi.
4 ay Türkiyədə xəstəxanada yatdı. Azərbaycandan bütün deputatlar ona baş çəkdilər. Sadə vətəndaşlar hər gün zəng edib maraqlanırdılar. Sadə insan idi. Bazara gedirdik, satıcı ona deyirdi ki, “Qədir müəllim, filan vaxtı oğlumun toyu olacaq”. Qədir ona bildirmirdi ki, gələr və ya gəlməz. Həmin gün gedib, onu sevindirirdi. Oxuyub qurtarandan sonra dinməzcə qəlyananını da götürüb toydan çıxırdı.
_1516786257.jpg)
Ümumiyyətlə, hər şeyin yerini bilən, nizam-intizamı sevən idi. 50 il maşın sürdü, bir dəfə yol qaydasını pozmadı. Maşın həvəskarı idi. İldə bir və ya iki dəfə maşın dəyişirdi. Sonuncu dəfə “Hummer” sürdü. Özünün xüsusi ov maşını var idi. Prezident ona bahalı maşınlar hədiyyə etmişdi. O, özü heç kimdən, heç nə istəmirdi. Bakı Şəhər İcra Hakimiyyətinə çağırırdılar ki, gəl, prezident sənə ev verib.
-Ov maşını olduğunu dediniz. Nə ovlamağı xoşlayırdı?
-Ağdamda olanda hər həftə balıq tutmağa gedirdi. O qədər çox balıq olurdu ki, qonşulara payladırdı. Şairlər, yazıçılar, alimlərlə ov dostluğu var idi.
-Təbiətə çıxanda hansı mahnını oxuyardı?
-“Nə üçün gəlməz”i sevərdi. Ağdamda evdə oxuyanda qonşuların həyətində səs-səmir kəsilirdi ki, Qədir oxuyur.
-Ondan hansısa mahnısını sizin üçün oxumasını xahiş etsəydiniz, yerinə yetirərdi?
-Yox, oxumazdı. Gərək bədahətən olsun. Ağdam işğal olunandan sonra çox narahat idi, bir müddət heç oxumadı. Gününü Ağdamın Xındırıstan, Quzanlı kəndlərinə getməklə keçirirdi. Orada ancaq hərbçilər üçün oxuyurdu.
_1516786324.jpg)
-Son günlərini necə xatırlayırsınız? Ən çox nəyi arzulayırdı?
-Ancaq Qarabağı, Ağdamdakı evini istəyirdi. Türkiyədə xəstəxanada komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, “Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini”. Bu vaxt əli tərpənməyə başladı.
_1516786508.jpg)
Nəvəmiz Ülkəri çox sevirdi. Uşaqları göndərirdi ki, gedin "Ulka"nı gətirin.
Hər gün onun mahnılarını dinləyirəm. Elə ifaları var ki, toylarda oxuyub, efirdə heç kim görməyib. Onları albom şəklində çıxartmaq istəyərdim.
_1516786557.jpg)
_1516788788.jpg)
_1516788831.jpg)
_1516788877.jpg)

Oxşar xəbərlər
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
3 iyul 2025 13:14
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
3 iyul 2025 13:05
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
1 iyul 2025 11:05
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 2025 15:30
- ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır
30 iyun 2025 11:13
- Nazir vurma cədvəlini bilmədi
30 iyun 2025 08:55
- Guya polisi görəndə qardaşlarımın ürəyi dayanıb - VİDEO
30 iyun 2025 01:04
- Bakıda kanalizasiyaya düşən gəncin MEYİTİ TAPILDI - VİDEO
28 iyun 2025 21:39
- Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır (VİDEO)
28 iyun 2025 01:03
Xəbər lenti
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21
Video & Fotoqalereya
Video
Fotoqalereya