Ekoloq: "Bayıldakı köçürülmə çirkin kommersiya oyunudur"
Kriminal25 yanvar 2018 18:29
Xəbər verdiyimiz kimi, son günlər Səbail rayonunun ərazisində, Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmələr aktivləşib və 80 ailənin 390 sakini ərazidən köçürülüb.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov "Report"a açıqlamasında köçürülən sakinlərlə görüşdüyünü və problemlə əlaqədar olaraq bir müddətliyə qohum və yaxınlarının yanına köçmələrini təklif etdiyini bildirib. O, qeyd edib ki, əraziyə baxış keçirilib və təhlükəli zonada yerləşən evlərin sayının müəyyənləşdirilməsinə başlanılıb.
Rayonun icra başısı Eldar Əzizov da bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub, sakinlərlə görüşüb. Eldar Əzizov Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Onun sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.
Problemlə bağlı Qaynarinfo-ya açıqlama verən ekoloq Telman Zeynalov sürüşmələrin səbəblərindən danışıb və çıxış yolunu həmin ərazilərin yaşıllığa çevrilməsində gördüyünü bildirib. O, həmçinin köçürülmə prosesini çirkin kommersiya oyunu adlandırıb və bunu hansısa şəxslərin həmin ərazidə hündürmərtəbəli binalar tikmək istəməsi ilə əlaqələndirib:
"Sürüşmə təpələrdə və dağlıq zonalarda gedir. May-iyun aylarında yağıntıların miqdarı çox idisə, son iki ayda havalar soyuq keçsə də, yağıntı düşməyib. Əgər yağıntı yoxdursa, şaxta varsa, yaxud havalar narmadan artıq isti keçirsə, torpaqdakı bütün rütubət buxarlanır və torpaq quru olur. Belə olanda da alt hissədə qurunt sularının səviyyəsi yüksəlir və ağır gil qatının üstündə sürüşkən bir təbəqə meydana gəlir. Bir balaca yağıntı düşən kimi, havada nəşlik olan kimi üst təbəqədəki quru torpaq qatının çəkisi dəfələrlə artır və sürüşmə təbəqəsi buna tap gətirmədiyi üçün üst hissədəki torpaq qatı sürüşməyə məruz qalır. Şamaxıya, şimal bölgəsində, Bakının Bayıl və Əhmədli qəsəbələri bu qəbildəndir ki, hazırda da Bayıl yamacında həmin proses gedir.
Mərhum akademik Həsən Əliyev o dövrdə yeni bir təklif vermişdi ki, həmin ərazilərdə terraslar yaradılmalı, ağaclar əkilməlidir ki, yağış suları torpağı axıra qədər nəm etməsin. Ancaq bu siyasət bu gün həyata keçirilmir.
Fikrimcə, əhalinin sürüşmə adı ilə köçürülməsi çirkin kommersiya oyunudur. Məsələ ondan ibarətdir ki, kimsə oradan yüksəkmərtəbəli binalar tikmək istəyir. Bunlar dediyim kimi, çirkin, ekoloji, siyasi oyunlardır. Mənə elə gəlir ki, ölkə başçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə öz fikirlərini bildirməlidirlər. Əgər bura sürüşmə zonasıdırsa, qorxuludursa, camaatı başqa yerə köçürüb ev versinlər və orada da yaşıllıq zonası yaradılsın. Daha camaatı köçürüb orada hündürmərtəbəli binalar tikməyə ehtiyac yoxdur. Bu, milləti aldatmaq deməkdir".
Oxşar xəbərlər
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
9 dekabr 2025 12:25
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 2025 01:09
- Ramiz Mehdiyevin Memarlıq İttifaqını ələ keçirməsinin tarixçəsi - Məşhur memar sirləri açdı
11 noyabr 2025 09:26
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 2025 00:21
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 2025 10:16
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
