Fazil Məmmədov Qüdrət Seyfullayevlə Xaləddin İsgəndərovu həbsdən necə qurtardı?
Kriminal26 yanvar 2018 12:35
Sabiq vergilər naziri Fazil Məmmədovun müşaviri Qüdrət Seyfullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Onun istintaqa çağırılması haqda redaksiyamıza bilgiləndirən mənbə deyib ki, sabiq müşavirin istintaqa dəvət olunması 2015-ci ildə Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı olub.
Qaynağımız deyib ki, hələ 2015-ci ildə bina yanandan sonra 2 şəxsin həbsi haqda qərar verilməsi üçün yuxarılara müraciət edilib. Binadakı yanğından bir neçə saat sonra 2 vəzifəli şəxsin - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddinİsgəndərovun və binanın poliuretanla üzlənməsini biləvasitə sifariş edən Qüdrət Seyfullayevin həbsə alınması zərurəti ortaya çıxıb. İstintaq faktları rəsmiləşdirərək yuxarılardan hər iki şəxslə bağlı müvafiq qərar verilməsini gözləyib. Həmin gün hətta Binəqədi Rayon İcra Hakimiyyətinin binası yaxınlığına xüsusi istintaq qrupu göndərilib. Qrup üzvləri həbs qərarı veriləndən sonra Xaləddin İsgəndərovu və Qüdrət Seyfulayevi həbs etməli imiş...
Amma yanğından sonra o dövrdə vergilər naziri postunu tutan Fazil Məmmədov dövriyyəyə girib və Qüdrət Seyfullayevlə yeznəsi Xaləddin İsgəndərovu həbsdən qurtara bilib. Bundan sonra Qüdrət Seyfullayev Vergilər Nazirliyində işə götürülərək nazirin müşaviri postuna təyin olunub.

Vergilər Nazirliyi rəhbərliyində baş verən dəyişikliklər yanan binanın üzlənməsi ilə bağlı gizlədilməyə çalışılan faktların üzərindən sirr pərdəsini götürə bilər. Bir müddət əvvəl Fazil Məmmədovun işə götürdüyü 64 vergi məmuru işdən uzaqlaşdırılıb. Onların arasında Qüdrət Seyfullayev də var. Bu vəzifəyə təyinata qədər isə Qüdrət Seyfullayev Fazil Məmmədovun biznes layihələrinin gerçəkləşdirilməsində, təmir-tikinti işlərinin aparılmasında fəal iştirak edib. Fazil Məmmədovun tapşırığına əsasən, Qüdrət Seyfullayevin gerçəkləşdirdiyi təmir-tikinti proyektlərindən biri də Binəqədi rayonunda binaların üzlənməsi olub.
Ötən saylarımızda bu haqda yazdıqlarımızdan sitat:
"2013-cü ildə Fazil Məmmədov ”desant"ı Qüdrət Seyfullayevi Binəqədi rayonuna yollayıb. Xaləddin İsgəndərov Qüdrət Seyfullayevi Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə işə götürüb. Binaların tezalışan poliuretanla üzlənməsini sifariş edən də Qüdrət Seyfullayev olub. Onun bu işlərində köməkçisi isə həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətində atasının "yerdə qalan məsələlər” üzrə "müavini” Elnur İsgəndərov olub. Qaynağımız bildirib ki, 2015-ci il mayın 19-da Binəqədidə yanan binanın üzlənməsi də Qüdrət Seyfullayevin sifarişi ilə gerçəkləşib. Həmin üzləmə işlərini Fazil Məmmədova məxsus "Synergy Group” MMC-nin nəzdində yaradılmış firmalardan biri maliyyələşdirib. Həmin vaxt istintaq Qüdrət Seyfullayevin izinə düşüb. Məlum olub ki, Binəqədidə yanan binanın üzlənməsinin təşkili, maliyyələşdirilməsi Qüdrət Seyfullayevin üzərindən gerçəkləşdirilib. Yanan binanı da məhz o təhvil alıb. Sənədlərdə məsul şəxs kimi onun adı keçib. O dövrdə Qüdrət Seyfullayev Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsində çalışıb. İşlədiyi müddətdə binanın həmin materialla üzlənməsini sifariş verib, işlərə nəzarət edib və bina üzlənəndən sonra təhvil götürüb".
Yada salaq ki, "yanan bina” işi üzrə məhkəmə istintaqı zamanı Qəzənfər Novruzovun, Nizami Orucovun, Ədalət Rəcəbovun binanın təhvil-təslim aktlarında adlarının olmadığı təsdiqlənmişdi. 6 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Ədalət Rəcəbov demişdi ki, binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıb, Binəqədi Rayon İcra Hakimiyyəti ilə binanı üzləyən şirkət arasında müqavilə bağlanıb. Onu isə vəzifəyə binada üzlənmə işləri başlanandan ay yarım sonra - 2012-ci ilin may ayının sonunda bu vəzifəyə təyin ediblər.
Məhkəmədəki çıxışından sitat: "Əgər mən işlər başlanandan sonra vəzifəyə təyin olunmuşamsa, necə razılıq verə və ya verməyə bilərdim? Azadlıq prospektindəki yolkənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon icra hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə icra hakimiyyəti arasında bağlanıb. Bircə sənəd göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Yoxdur belə bir sənəd. Mənim rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra hakimiyyəti isə tamam ayrı qurumdu. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə baxırdıq. Əgər bina sakinləri istəsə, Səbayel rayonundan hansısa şirkətlə müqavilə bağlayıb onlara təmizlətdirərdilər", - Ədalət Rəcəbov bildirmişdi.
Həmin gün məhkəmədə Nizami Orucov da ifadə verib. O da deyib ki, binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına onun heç bir aidiyyəti olmayıb.
Sitat: "Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyətim olmayıb. Dəfələrlə aşağı vəzifəli adam olmuşam, necə deyə bilərdim ki, bu işi gör, yaxud da görmə?! Mən Mənzil Kommunal İstismar Sahəsinin müdiri olaraq, yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam”.
Məsələni mahiyyəti bu idi ki, Qüdrət Seyfullayev və Xaləddin İsgəndərov Fazil Məmmədovun yaxın adamları olduqlarına görə o dövrdə istintaqdan kənar qala biliblər.
Qaynağımız bildirib ki, "yanan bina” işi üzrə istintaq aparılanda Qüdrət Seyfullayev və Xaləddin İsgəndərov barəsində ayrıca icraat aparılıb və baxılmamış saxlanılıb. Hazırda isə "yanan bina” işi üzrə baxılmamış saxlanılan materiallar yenidən nəzərdən keçirilir. Bu isə Fazil Məmmədova 2 yaxın vəzifəli şəxsə heç də yaxşı perspektiv vəd etmir.
Mənbə: "Yeni Musavat"
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
