- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
SOCAR-la problemimiz yoxdur
Palmali Qrupunun təsisçisi Mubariz Mənsimov Qurbanoğlu Türkiyənin “Hürriyet” qəzetinə müsahibə verib. Müsahibədə son zamanlar SOCAR və Lukoyl ilə yaşadığı böhranlarla da bağlı danışan Mənsumov onlarla əlaqəsinin kəsildiyini, amma Şell, Total, Glencore, BP dünya nəhəngləriylə işlədiyini qeyd edərək, rəqiblərə adının mənasının döyüşçü olduğunu xatırlatmağı da yaddan çıxarmayıb.
Müsahibəni oxucularına təqdim edirik:
-Sizinlə bu günə qədər çox görüşlərimiz oldu. Son dövrdə hər dəfə "Türkiyədən gedirsinizmi?” - deyə soruşuram…
-Məncə, artıq soruşma. Buradayam. Türkiyəni sevirəm. İşə də davam edirik.
-Dənizçilik sektorunda böyük bir fırtına, böhran baş verdi. Siz turizmə də daxil olmuşdunuz. Hazırda nə vəziyyətdədir işləriniz?
-Əsas işimiz dənizçilik, gəmiçilik, tikinti və maddi-texniki təchizatdır. Limanlarda agentliklərimiz də var. Təkcə öz gəmilərimizlə deyil, icarəyə götürdüyümüz gəmilərlə də nəqliyyat işini həyata keçiririk. “Palmali” qrupu ən böyük donanmalardan birinə sahibdir. Gəmi sayımız daim dəyişir. Hətta “270 gəmimiz var” deyə bilərik, çünki müqavilə bağladığımız, icarəyə götürdüyümüz gəmilərimiz var. Amma özümüzə aid ən az 100 gəmimiz mövcuddur.
- Son dövrdə heç yeni gəmi aldınız mı?
-Köhnə gəmiləri satıb yeni gəmilər alırıq. 2017-ci ildə 5 yeni gəmi aldıq. Tanker və quru yük gəmiləri yeniləşir. İş görərkən yenilənmək də lazımdır.
-Dənizçilik sektorunda fırtına artıb. Dünyada da kommersiya tarazlıqlar dəyişir. Necə gedir işləriniz? Neft qiymətlərinin düşməsi bir çox şirkəti batırdı.
-Bazar dəyişib. Dünya ticarəti də dəyişir. Dənizçilik dövlətə, dövlətlərə bağlı bir sektor deyil. Su harada varsa, orada gəmiçilik də var. Çaylarda belə nəqliyyat işi görürük. Dənizcilyin yeganə rəqibi dəmir yollarıdır. Ən pis zamanda belə, dənizçilik dayanmır. Neft nəqliyyatı da davam edir. Bunun olmaması düşünülə bilməz.
-Neft qiymətləri aşağı düşməsi işinizə təsir göstərib nəticədə…
- Dəfələrlə təbii enerjinin işi bitəcək deyənlər var. Neft sektoru yalnız maşınımızı qoyduğumuz benzin deyil. İşin içində çox böyük kimyəvi materiallar var. Müxtəlif şirkətlərdən tekstilə, kosmetika istehsalına qədər çox fərqli sektorlarda bizim daşıdığımız xammallardan istifadə edilir. Tankerlər həmişə lazım olacaq. Tankerlərə yalnız neft daşımaq vasitəsi kimi baxmaq doğru deyil. Biz bəzən su da daşıyırıq.
-Haraya su daşıyırsınız?
-Fransadan ərəb dövlətlərinə... Qida da daşıyırıq. Yağlar daşıyırıq. Zeytun yağı, palma yağı, gül yağı; hamısını daşıyırıq. Dənizçilik sektoru hər 10 ildən bir çöküş yaşayır. Uzun zamandır böhrandadır bu sektor. Sizinlə daha əvvəl də danışmışdıq; dalğalanma həmişə var. Tələbatdan artıq gəmi istehsal olunub. Tələbat artığı yaranıb, böyüyüb şirkətlər. Baş verənlər də bununla əlaqədardır.
-10 il keçir, demək olar ki, həmin müsahibədən. İndi vəziyyət necədir?
-Bəli, 2018-ci yüksəliş ili olacaq. At ili…
-Bunu nəyə əsaslanaraq deyirsiniz?
-Yeni gəmi sifarişləri vermişik. Köhnə gəmilər yeniləşir sektorumuzda. Hərtərəfli analiz edirik prosesləri. Dünya limanlarındakı ehtiyatların həcmini görürük. Dünyada son 5 ildə inanılmaz səviyyədə, 70 faiz civarında gəmiqayırma işində azalma baş verib. Tankerlərdə də, quru yük gəmilərində də problem yaşandı. Quru yük gəmiləri daha tez böhrana girdi. Amma artıq yenilik rüzgarları əsir. Hava təmizlik sistemlərinin taxılması lazımdır gəmilərə. 2019-2020 kimi hava çirkləndirən gəmilər limanlara daxil olmayacaq. Eurodizel yandırması lazımdır gəmilərin. Bunlar yaxşı göstəricilərdir. Bazar ayağa qalxacaq. Əslində böhranın əsas səbəbi gəmiçilik şirkətlərində gəmilərin artmasıdır. İndi köhnə gəmilər bazardan çıxarılacaq. Yəni problem təkcə neft və neft məhsullarının qiymətinin ucuzlaşması deyildi.
-Nədir dəyişilənlər?
-Boru kəmərləri çıxdı. Keçmişdə biz Qara dənizdən Amerikaya xam neft daşıyırdıq. Amerika 10 milyon barreldən çox nefti xaricə satacaq vəziyyətə gəldi. Ehtiyatlarını açıqladılar. Amma daşınan, dediyim kimi, təkcə neft deyil. Bizim özümüzün mülkiyyətində heç bir zaman 100-dən az gəmi olmadı. Moskva, Malta və Türkiyədə bazalarımız var. Böyük bir donanmadan söhbət gedir.
- Hədəf seçdiyiniz yeni bazarlar varmı?
-Biz Baltik dənizində fəal deyildik, orada fəallaşırıq. Avropada böyük bir donanmamız var, Malta bayraqlı gəmilərdən ibarət olan. Biz Aİ ölkələrində kabotaj səfərləri həyata keçiririk. Dünyada 7-15 tonnajlı gəmilər arasında ən böyük donanma bizdədir. Bu tonnajlı gəmilər Avropada sürətli böyüyür.
-Siz çox uzun zaman Lukoyl ilə çalışmısınız. İndi bu fəaliyyətiniz məhkəməlik oldu. Digər tərəfdən, SOCAR ilə olan tərəfdaşlığınız da bitdi. Onları itirmək necə təsir etdi sizə?
-Onlar getdi, digər nəhəng şirkətlər gəldi. Biz Total, Shell, BP, Statoyl, Vitol kimi, dünyanın ən böyük xammal şirkəti Glencore kimi şirkətlərlə işləyirik. 100 illik tarixi olan neft şirkətləridir bunlar. Bu şirkətlər oturuşub, burjua mantelitetləri formalaşıb. Saxtakarlıq yoxdur. Hər şey şəffafdır. Müqavilələrini günbəgün yerinə yetirirlər. Təəssüf ki, Sovet İttifaqı şirkətlərində, hələ ki, bu anlayış yoxdur.
-Lukoyl ilə işiniz nə vəziyyətdə? Lukoyla 2 milyard dollarlıq iddia qaldırmısınız, sazişə riayət etmədikləri üçün
-27 ildir çalışırdıq. Yaxşı şirkətdir Lukoyl. 2005-2010 ili arası üçün bir müqaviləmiz vardı. Biz bu müqaviləyə əsasən lazımi gəmilər aldıq. Bunun müqabilində iş alacaqdıq onlardan. 2010-2020 arası üçün də müqavilə yenilədik. 2005-2010 arası çox gözəl keçdi. Yaxşı çalışdıq. 2010-cu ildən sonra isə saziş şərtlərinə cavab verilmədi. Mən öz adımdan məhkəməyə müraciət etmədən masada anlaşmaq istərdim. İşə də davam etməyi arzulayırdım, amma olmadı. Hüquq prosesi davam edir. Bu barədə açıqlama vermək istəmirəm, məhkəmə prosesi var.
-Məhkəmə İngiltərədədir. Necə br nəticə gözləyirsiniz?
- Proses İngiltərə Ali Məhkəməsində davam edir. Bizim bu məhkəməni rahatlıqla qazanacağımızı düşünürəm Türkiyədə deyildiyi kim,i əlimizdə “tapu” (mülkiyyətin kimə aid olduğunu təsdiqləyən sənəd-Ovqat.com) kimi müqavilə var. Ən geci, 2019-cu ildə bitər bu iş.
-SOCAR-la da əməkdaşlığınız başa çatıb…
-SOCAR-la uzun müddət çalışmışam. Azərbaycanın dövlət neft şirkətidir. Palmali, demək olar ki, onunla birgə şirkət yaradıb. Bu təchizat şirkətinin 35%-i bizə aid idi. 3 il əvvəl SOCAR-la tərəfdaşlıqdan ayrıldım. Müştərək iş görmək istəmirəm. Tərəfdaşın varsa, işlər çətinləşir. Razılaşıb ayrıldıq, SOCAR-la problemimiz yoxdur. Heç olmadı da. Çıxan xəbərlər yalandır.
-Azərbaycan mediasında sizi sevmirlər, yoxsa?
-Müəyyən bir kütlə bizi sevmir. Mən kim olduqlarını bilirəm. Məni zəiflətmək istəyirlər. Addımın mənası "savaşcı” deməkdir. Mən mübarizə aparıram. Sakit həyatdan darıxıram. Yalanın ömrü qısadır. Xalqın gözü həqiqətləri görür. 4 ildir ki, yalan yazılar dərc edirlər. Ermənistan mediası yazsa bunları, anlayıram, amma Azərbaycan mediası bunu edir. Rəhmətlik dədəm "İt hürər, karvan keçər" deyərdi. Mən də işimə baxıram.
-Sizin siyasilərlə yaxınlığınız var? O üzdənmi hədəfə alınırsınız?
-Azərbaycanda erkən seçki var, o üzdən bir çox şeylərdən siyasi məqsədlər üçün istifadə edilir. Mən Heydər Əliyevə çox şey borcluyam. Qarabağ müharibəsinin duruşu, Ermənilərlə mübarizə. Heydər Əliyev batan gəmiyə xilasedici balon atdı, ölkəni bataqlıqdan çıxardı. Cəbhədə müharibə dayandı. Ordumuzu gücləndirdi. Heydər Əliyev Türkiyə ilə çox yaxın idi. Atatürk heyranı, Türk oğlu Türk biri idi. Allah rəhmət eləsin, Dəmirəl ilə olan dostluqları iki ölkəyə də çox müsbət təsir göstərdi. Bakı-Ceyhan boru kəməri layihəsini həyata keçirdilər. O layihədən Türkiyə də, Azərbaycan da pul qazanır. Sonsuza qədər pul qazandıran bir işdir bu. Mən rəhmətlik Heydər Əliyevin sayəsində karyeramı qurmuşam. Bizi 12 yaşında xaricə göndərib oxudub tərbiyə ediblər. Keçmişdə etnik azərbaycanlıları təəssüf ki, yuxarı səviyyəyə buraxmırdılar. Əliyev Kremldə Azərbaycanlı tələbələri təqib edirdi. Dəstəklədiyi uşaqlardan biri mənim. Həyata vəsiqəni mənə Əliyev verib. Sayəsində oxumuşam. Mən də indi oğlu İlham Əliyevi dəstəkləyirəm. Erkən seçki qərarı aldılar. Vaxt itirmədən seçkiyə getməsini doğru sayıram. Mənim nə Türkiyədə, nə də Azərbaycanda dövlətdən aldığım bir tender var.
- Maltadakı şirkətiniz, siyasi yaxınlıqlarınız barədə xeyli yazıldı. Siyasi şərikləriniz varmı? Ya da siyasətçilərin qohumları ilə tərəfdaşlığınız varmı?
-Mənim yox. Söylənənlərin, yazılanların hamısı əsassızdır. AyrıcaŞ Tramp iş adamı deyil mi? Bir iş adamı dövləti idarə edə bilməzmi? Onun ətrafındakılar iş görməyəcək, yoxsa? Yenə də deyirəm, mənim heç kimlə heç bir əməkdaşlığım yoxdur. Mən şirkətimə pul qazandırıb çətin dövrü keçirib şirkətimə investisiya qoymağa davam edirəm.
-Lukoylla bu prosesdən sonra Rusiyadakı varlığınız zədələnmir mu?
-Biz Rusiyadakı şirkətimizi satıb oradan çıxa bilərik. Vəziyyətə baxacağıq. Biz hazırda Rusiyanın ən çox gəmisi olan, bu sahədə ən böyük şirkətiyik.
-“Yalıkavak Marina”nı qurdunuz, Doğuş Holdinqdən Fərid Şahenklə ortaq bir layihə ortaya qoydunuz. Yeni layihələriniz də varmı?
-Biz gəmiçilik, dənizçilik işimizə yönəldik. Amma Fərid Şahenk mənim gözümdə Türkiyəni Türkiyə xaricində ən yaxşı təmsil edən iş adamlarından biridir.
Hazırda ortaq bir işimiz yoxdur. /Çevirdi: Ovqat.com/
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 2025 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 2025 10:26
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 2025 21:35
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Rusiya Ukraynaya 500 PUA, 40 raketlə zərbə endirib –ZELENSKİ
27 dekabr 14:46
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 11:29
- Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
27 dekabr 10:52
- Azərbaycanda məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb (VİDEO)
27 dekabr 10:25
- Patriarx Kirill İlham Əliyevi təbrik etdi
26 dekabr 23:54
- Azpetrol şirkəti də Ruslan Eyyubova məxsus imiş
26 dekabr 22:20
- İlham Əliyev bu idmançılara ev verdi (FOTO)
26 dekabr 17:14
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 16:50
- İlhamənin yığdığı bütün qızıllara sahib çıxdılar - Əli Mirəliyev
26 dekabr 16:27
- Paşinyandan Türkiyə ilə bağlı MÜHÜM QƏRAR - 99 illik RAZILAŞMA
26 dekabr 14:02
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 13:35
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 12:22
- Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
26 dekabr 11:37
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 11:30
- Kadırov da Prezidenti təbrik etdi
26 dekabr 01:11
- 2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı (VİDEO)
26 dekabr 00:35
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 21:34
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 21:27
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 19:20
- Oqtay Əsədovun qızı vəfat etdi
25 dekabr 18:43
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
