“Keçmişimdə ləkə olsaydı, sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim”
Millət vəkili Adil Əliyev bir neçə gün öncə Avropada oturum haqqı almaq istəyən və buna görə də Qərb ölkələrinə sığınan bəzi azərbaycanlıların Prezident İlham Əliyev haqqında ağızlarına gələni danışdığını, təhqiramiz ifadələr işlətdiyini və sosial şəbəklərdə bu səpgili görüntülər yaydığını bildirərək bunun yolverilməz olduğunu bildirmişdi. Lakin bundan sonra deputata qarşı səsləndirilən tənqidi fikirlərin ard-arası kəsilməyib.
“Qafqazinfo”nun məlumatına görə, A. Əliyev “Avropadakı söyüşçül üçlüyə son cavabım” adlı yeni yazısı ilə onu ağır ittiham edənlərə cavab verib.
“Deməli, Avropada sığınacaq alan kiçik qrupun ən söyüşçül 3 üzvü (mənim adımı hər görüntülərində çəksələr də, onlar üçün şərəf olmasın deyə isimlərini tələffüz etməyəcəm) növbətə dəfə mənə qarşı təhqir və yalanlarını səsləndirib və bunu sosial şəbəkədə yayıblar. “Günahım” odur ki, bu üçlüyün Azərbaycan prezidentinə qarşı etdikləri tərbiyəsizliyə etiraz etmişəm, sosial şəbəkədə tənqidlərimi yazmışam. Ancaq mənim yazdığım heç bir cümlədə təhqiredici fikir yoxdur, qarşı tərəf kim olursa-olsun bizim kitabımızda təhqir etmək yoxdur. Bizim tərbiyəmiz buna yol vermir”.
A. Əliyev bildirib ki, qarşı tərəf onu keçmişdə polis olmaqda günahlandırır:
“Birincisi, 1 saatdan çox təhqir dolu görüntülərində məni onda günahlandırırlar ki, keçmişdə polis işçisi olmuşam və bunların axsaq düşüncəsinə görə polis olmaq böyük qəbahətdir. Bəli, keçmişdə polisdə xidmət etmişəm və bununla fəxr edirəm. Vəzifəsini ləyaqətlə yerinə yetirən polislərdən olmuşam, belələri sıralarımızda mütləq əksəriyyətdir. Polisdə hamıya qara yaxmaq dövlətə qara yaxmaq deməkdir. Çünki bəyənmədiyiniz polis dövlətin və millətin təhlükəsizliyinin keşiyində dayanıb. Polisdən söz düşmüşkən, görüntünü yayımlayan həmin üçlükdən birini tanıdım, o da məni tanımamış deyil. Hələ 2003-cü ildə Yasamal Polisində cinayət axtarış şöbəsində işlədiyim dövrdə öz hərəkat yoldaşları haqqında bizə kifayət qədər məlumat verib, ləqəbini də bilirəm. Əlimdə kifayət qədər sənədli sübutum da var, sadəcə dövlət maraqları baxımından açıqlamağı hələ ki, lüzum bilmirəm. Sadəcə, qoy öz “dostları” düşünsünlər ki, yanlarındakı kimdir və bir gün başlarına hansı xətanı açacaq. Bir dəfə satan, on dəfə satar! Bu, alışqanlıqdır”.
Əliyev qeyd edib ki, həmin şəxslərdən biri onunla haqq-hesab çürütmək üçün deputatı Avropaya çağırıb:
“Bunlar guya müxalifətdirlər, qanqster və ya killer kimi danışırlar. Mən Avropa ölkələrində ara-sıra oluram. Səninlə rastlaşsam sözümü üzünə deyərəm, hansı idman növü ilə məşğul olduğumdan da yəqin məlumatın var, görüşsək keçmişindən sənə bəzi xatırlatmalar da edəcəm. Ancaq tələsirsənsə, səni öz vətənində gözləyirəm, yoxsa Azərbaycanı daha vətən saymırsan? Gəl oturaq danışaq, söhbət edək, fikirlərini deyərsən, yox əgər min kilometrlərlə məsafədən söyüş söyməyə üstünlük verirsənsə səninlə ağız-ağıza vermək mənlik deyil, ünvanı səhv salmısan. Sözümü sizə və sizin kimlərə bir neçə dəfə dedim, anlamaq istəmirsinizsə, bu artıq sizin problemdir. Mənim keçmişimdə nəsə ləkə və ya ehtiyat etdiyim məqam olsaydı, heç zaman sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim. Məhz özümə və keçmişimə tam arxayınam ki, dövləti və prezidenti sizin kimi tərbiyəsizlərdən qorumaq məcburiyyətindəyəm və çəkinmədən sözümü də deyirəm.
Sizinlə polemikaya hələ ki, burada nöqtə qoyuram. Sizin üçün şərəf olar ki, hər dəfə sizə cavab verəm. Biriniz hətta son görüntüdə yalvarırdınız ki, “Adil Əliyev niyə mənim adımı çəkməyib, axı şəkilləri ayaqyolundan mən yapışdırmışam?”. Sənin adını elə məhz ona görə çəkmirəm ki, etdiyin əmələ görə bu sənin üçün böyük şərəf olar. Siz uzaq ölkədə söyüş söyməyinizi və tərbiyəsizliklərinizi davam etdirin, mən isə əqidə yoldaşlarımla Azərbaycanın inkişafıyla və mövcud problemlərin həlli ilə məşğul olaq. Bir daha aramızdakı fərqi sizə izah etdim. Sizin işiniz söymək, bağırmaq, təhqir etmək, bizimki isə qurub-yaratmaq və insanların problemlərinin həlli ilə məşğul olmaqdır!”.
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
