Azərbaycan Sosialist Partiyası da prezidentliyə namizədinin iddialarını ortaya qoydu
“İstərdim ki, bu jesti qalibin əlini sıxmaqla ifadə edim”
“Bakı-Xəbər” qəzeti olaraq qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürən siyasilərlə müsahibələrimizi davam etdiririk. Belə iddiada olanlardan biri də Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovdur. Sözügedən siyasətçi 2013-cü ildə keçirilən prezident seçkilərində də iddiasını ortaya qoyub, ancaq namizədliyi qeydə alınmayıb.
Partiya sədri bunun günahını hakimiyyətdə deyil, özlərində görür və həmin halın ortaya çıxmasını texniki səbəblərlə izah edir. Elşən Həsənovla müsahibəmiz “Bakı-Xəbər”in redaksiyasında oldu.
- Elşən müəllim, yəqin məlumatınız var ki, biz prezidentliyə iddiasını ortaya qoyan siyasətçilərdən müsahibələr götürürük. Sizinlə də budəfəki görüşümüz məhz bu səbəbdəndir...
- Bəli, məlumatım var. Bu rakursdan təqdim etdiyiniz bir müsahibə ilə artıq tanış oldum və etiraf edim ki, çox bəyəndim. Öz növbəmdə məni bura dəvət etdiyiniz üçün sizə, qəzetinizin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
- Bilirsiniz ki, partiyaların seçkidə iştirakla bağlı mövqeləri fərqlidir. Siz öz hazırkı mövqeyinizi necə izah edərdiniz?
- Hesab edirəm ki, növbədənkənar prezident seçkilərinin təyin edilməsi qanuni bir prosesdir. Yəni bu məsələdə hər hansı qanun pozuntusuna yol verilməyib. “Seçkilər bir neçə ay gec baş tutsaydı, daha yaxşı hazırlaşa bilərdik” kimi fikirləri mən də bölüşürəm. Ancaq bu olmayıbsa, bizim seçkini qaralamağa heç bir hüququmuz çatmır. Siyasi partiyaların fəlsəfəsi hakimiyyətə gəlmək istəyindən ibarətdir. Bunun da yeganə yolu seçkilərdən keçir. Dünən mən “Real”çı Erkin Qədirlinin bir müsahibəsilə tanış oldum. O, qəbul etdikləri qərarı boykot kimi dəyərləndirmir. Yəni bunun adına seçkidən imtina deyir. Yəni boykotla seçkidən imtina arasında bir fərqləndirmə aparır. Verdikləri qərarı da namizədlərinin həbsdə olması ilə izah edir. Mən bu cür bəhanələrin heç birini əsaslı arqument saymıram. Seçkilər 6 ay sonra olsaydı, nə dəyişəcəkdi?
- Sizcə 6 aylıq müddətdə boykotçular prosesi dəyişmək üçün səfərbər olmaq gücünə malikdirlər?
- Hesab edirəm ki, istənilən siyasi partiya forsmajor situasiyaya hazır olmalıdır. Bu, seçki ilə də bağlı ola bilər, digər vəziyyətlə də. Seçkiləri boykot yolunu tutmaq bizim tərəfimizdən qəbul olunmadığı üçün, bu prosesdə iştirak edirik. Azərbaycan Kommunist Partiyası ilə Sosialist Partiyası birgə plenum keçirərək mənim namizədliyimi irəli sürüb.
- Deməli, sol təmayüllu partiyaların vahid namizədi kimi seçkilərə qatılırsınız?
- Belə deməzdim. Çünki Azərbaycandakı sol təmayüllü partiyaların çoxu pərakəndə şəkildə fəaliyyət göstərir. İndiki halda biz seçkiyə Telman Nurullayevin rəhbərlik etdiyi Kommunist Partiyası ilə birgə gedirik.
- Deyəsən bu, prezident seçkilərində ilk iştirakınız deyil. 2013 seçkilərində də iddia ortaya qoymuşdunuz. Sonu nə ilə bitdi?
-Bəli, mən həmin prosesdə qeydiyyata alınmadım. Çünki fiziki olaraq bizim imzaları toplayıb təhvil vermək şansımız olmadı. Mətbuatda buna fərqli don geyindirməyə çalışsalar da, bunun səbəbi dediyim məsələ ilə bağlı idi.
- Keçən dəfə lazım olan sayda imzaları toplaya bilməyibsinizsə, bu dəfə işin öhdəsindən gələ biləcəyinizlə bağlı əminlik nədən irəli gəlir?
- Əvvəla biz bu prosesə tək yox, iki partiya ilə qatılırıq. İkincisi isə bu beş il ərzində prosesə ciddi hazırlaşmışıq. Onu da qəbul edirəm ki, seçkilərin vaxtını dəyişməklə təyin edilmiş müddət qısaldılıb və bu, bizim işimizi bir qədər çətinləşdirib. Öhdəsindən gəlməyə çalışacağıq.
- Siz eyni zamanda aktiv sosial şəbəkə istifadəçisisiniz. Fikir veririk ki, seçkidə iştirakla bağlı verdiyiniz qərara görə tənqid yox, daha çox təhqir edilirsiniz. Kimdir bunlar, məqsədləri nədir?
- Bunun kökündə özünü ana müxalifət adlandıran partiyaların siyasi savadsızlığı durur. Hətta mən deyərdim ki, bəzi hallarda onların rəhbərliyinin təhriki də durur. Hesab edirəm ki, belə davranışa görə həmin fərdlərin üzvü olduğu partiyalar da məsuliyyət daşıyır. Çünki tərbiyəli valideynin tərbiyəli də övladları olar. Mən əlaqələndirməni belə aparmaqda tamamilə düz edirəm.
- Dünən bir sənəd yayıldı ki, prezident seçkilərinin vaxtının irəli çəkilməsilə bağlı hakimiyyətə ilk təklifi İsa Qəmbərin rəhbəri olduğu Milli Düşüncə Mərkəzi verib. Ortaya təzad çıxır. İndi həmin qüvvələrin özü seçkinin vaxtının irəli çəkilməsindən narazılığını ifadə edir. Bunu necə izah edərdiniz?
- Mən həmin sənədlə yaxından tanış deyiləm. Amma prosesləri yaxından izləyirəm və görürəm ki, Müsavat Partiyasının daxilində boykot taktikası ilə bağlı heç də bütün funksionerlərin fikirləri üst-üstə düşmür. Tofiq Yaqublunun müsahibəsinə baxdım. O, seçkilərdə iştirakın tərəfdarı olduğunu söylədi. Bu baxımdan da dediyiniz təzadlı məqamın olduğuna şübhə etmirəm.
- Hakimiyyətin namizədinin çox güclü olduğunu hamı etiraf edir. Belə qeyri-bərabər güclə seçkiyə getməyiniz yalnız qələbəyə hesablanıb, yoxsa başqa məqsədləriniz də var?
- Nəticəsindən asılı olmayaraq, siyasi partiya kimi seçkidə iştirakı vacib saymışıq, hətta rəqibi özümdən güclü saysam belə. Bu marafon bizə başqa bir imkanlar da verir ki, yararlanmağa dəyər. Biz mesajlarımızı cəmiyyətə çatdırmaq şansını qazanırıq. Bununla da yeni elektorata sahiblənə bilərik. Partiyanın təbliğatı baxımından da bu önəmlidir.
- Partiyanızın ideoloji xətti digər müxalif qüvvələrdən, hətta indiki iqtidardan bir qədər fərqlənir. Bəllidir ki, sol təmayüllü partiya kimi bir sıra məsələlərə fərqli baxışınız var. Bu sizə bir üstünlük verirmi?
- Bu, əslində, bizə böyük avantaj verir. Amma bizim insanların fikrində sosialist ideologiyasına fərqli münasibət var. Çox vaxt onu kommunistlərlə qarışdırırlar. Kommunistləri isə aparıb keçmiş SSRİ-yə calayırlar və həmin quruluşun bütün nöqsanlarını bizə yükləmək istəyirlər. Ancaq siz bilirsiniz ki, hazırda dünyanın ən aparıcı ölkələrində sosialistlər hakimiyyətdədir. Avropa Parlamentində sol təmayüllü partiyalar aparıcı mövqeyə malikdirlər. Biz seçki prosesində bu məqamlara da ciddi toxunacağıq.
- Bəzən olur ki, namizədlər qeydiyyata alınandan sonra seçkinin müəyyən mərhələsində namizədliyini kiminsə xeyrinə geri götürür. Siz bu taktikadan istifadə edəcəksiniz?
- Belə bir fikrim yoxdur və seçkilərdə sona qədər iştirak etmək əzmindəyəm.
- Hakimiyyətin yürütdüyü siyasətdən fərqli nə təklif edəcəksiniz?
- Qeyd edim ki, xarici siyasət istiqamətində bizim fikirlərimiz Azərbaycan hakimiyyətilə üst-üstə düşür. Ancaq iqtisadiyyata baxışda və mülkiyyət məsələlərinə yanaşmada, ən əsası da daha sosialyönümlü qanunların qəbulu ilə bağlı fərqli düşüncələrimiz var ki, bunları da səsləndirəcəyik. Mən hesab edirəm ki, daxili məsələlərlə bağlı cənab Prezidentin özünün də razı olmadığı məqamlar var. Bunu öz çıxışlarında da ifadə edib.
- Seçkinin nəticəsindən sonra qalib gələn namizədi təbrik edəcəksinizmi?
- İndiki müxalifətin nə qışqırmasından asılı olmayaraq, qalib namizədi təbrik etməyi düşünürəm. Hətta istərdim ki, bu jesti qalibin əlini sıxmaqla ifadə edim. Burada qeyri-adi nəsə yoxdur. Bu, siyasi mədəniyyətin bir formasıdır. Təəssüf edirəm ki, seçkilər keçirilib başa çatdırılmadan nəticələrin saxtalaşdırıldığını bəyan edənlər tapılır. Gülməli vəziyyətdir.
- Yaradılan seçki mühitindən razısınızmı?
- Hər bir prosesdə müəyyən xətalar olur. İdeal mühit heç yerdə yoxdur. Ancaq sizin simanızda bizə fikri ifadə etmək üçün şərait yaradılırsa, deməli, müsbət məqamlar da var. Hələ ki, lazım olan sənədlərimi MSK-ya təqdim etmişəm və mənə problem yaradılmayıb.
- Maraqlıdır ki, seçkilərin vaxtının dəyişməsinə verilən beynəlxalq reaksiyalar da normal oldu. Yəni bu proseslə bağlı tənqidi fikir səslənmədi. Yəqin ki, seçkinin müşahidəsi də normal həyata keçiriləcək.
- Beynəlxalq dairələr və ya ölkələr nəyi tənqid edəcəydilər ki? Bütün proses qanunauyğun şəkildə həyata keçirilib.
-Artıq Araz Əlizadə də seçkilərdə iştirak edəcəyini bildirib. O da sosialistləri təmsil edir. Bu hal sizin işinizi çətinləşdirə bilərmi?
- Məlumatım var. Onlar bizimlə yaxın ideologiyanı paylaşırlar. Amma düşünürəm ki, cəmiyyətdəki istənilən partiyanın rolu onun lideri ilə qiymətləndirilir. Araz Əlizadəni və məni Azərbaycan yaxşı tanıdığı üçün, hərə öz layiq olduğu münasibəti görəcək. Onun seçkilərdə iştirakı bizə maneçilik törətməyəcək. Bizi narahat edən əsas məsələ müxalif partiyaların seçkini boykot etməsidir.
- Boykotun seçkilərin nəticəsinə hansısa formada təsiri olacaqmı?
- Bundan qabaq da boykot cəhdləri olub. Nə dəyişib ki? Bu taktikanın seçkinin nəticəsinə təsirini sıfır həddində qiymətləndirirəm.
- Sizə uğurlar arzulayırıq.
- Minnətdaram.
Müsahibəni hazırladı:
Məhəmmədəli QƏRİBLİ
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 2026 21:42
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
