- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
“Sadəcə bir addım qalıb” - Rövnəq Abdullayev
“Qafqazinfo” SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Azərtac-a vediyi müsahibəni təqdim edir:
- Ötən il SOCAR-ın əsas nailiyyətləri nədən ibarət olub və 2018-ci ildə gözləntiləriniz nədir?
- 2017-ci ildə biz strateji hədəflərimizin çoxunu həyata keçirməyə nail olduq. Bu baxımdan, “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənilməsinə dair yeni müqavilənin imzalanması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Yeni müqaviləyə əsasən, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar həcmində bonus ödəyəcək, SOCAR-ın AÇG-dəki iştirak payı isə 11,65 faizdən 25 faizə qaldırılacaq. Beynəlxalq tərəfdaş şirkətlərin investisiyalarından asılı olmayaraq, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.
Ötən il SOCAR tərəfdaş şirkətlərlə birlikdə 177 quyunun istismara verilməsini həyata keçirib. Şirkətin öz quyu fonduna isə 80 yeni quyu əlavə edilib. 2016-cı ilin sonlarında “Ümid” yatağında bir, ötən il “Bulla-dəniz” yatağında isə daha iki yüksəktəzyiqli və yüksəkhərarətli quyunun qazılmasına nail olduq. Bu quyular 6 min metrdən artıq dərinlikdə qazılıb.
Həmçinin biznes portfelimizin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında payımızın artırılması ən çox diqqət çəkən nailiyyətlərimizdəndir. SOCAR-ın ticarət qolu olan “SOCAR Trading” şirkəti Azərbaycan xam neftindən əlavə, üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirir ki, bu da ötən il xam neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırmağa imkan yaradıb. Nəzərə almaq lazımdır ki, həmin həcmin 86 milyon tonunu üçüncü tərəflərin xam neft və neft məhsulları təşkil edib. Beləliklə, “SOCAR Trading” şirkəti xam neft və neft məhsullarının ümumi ticarət həcmini 2 dəfədən çox, üçüncü tərəflərin məhsullarının satış həcmini isə 3 dəfəyə qədər artırıb. Bu, şirkətin 10 illik yubileyi ərəfəsində qazandığı böyük uğurdur. Bu nailiyyət, əsas etibarilə, “SOCAR Trading” şirkətinin Çin və Hyustonda ofislərinin genişləndirilməsi və “Ağır dizel yanacağı” kateqoriyası üzrə bazar payının artırılması sayəsində mümkün olub.
Eyni zamanda, böyük qürur hissi ilə qeyd etmək istərdik ki, bu il SOCAR-ın strateji əhəmiyyətə malik 6 layihəsi – Türkiyədə TANAP, “Star” neft emalı zavodu, Gürcüstan və Azərbaycanda isə “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodlarının inşası başa çatacaq və layihələr çərçivəsində istismara başlanılacaq. Bu isə, öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək, xarici valyuta axınını təmin edərək, minlərlə yeni iş yeri yaradacaq, Azərbaycanın və regionun iqtisadi inkişafına təkan verəcək.
- Azərbaycanda təbii qaza olan tələbat artmaqda davam edir. “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı kimi, Azərbaycan gələcəkdə ölkənin artan təbii qaz tələbatını ödəməyə və Avropanın enerji təchizatı təhlükəsizliyinin təmin olunması öhdəliyini tam şəkildə yerinə yetirməyə müvəffəq olacaqmı?
- Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri, ərazi etibarilə Nyu-Yorkun Manhattan rayonunun ərazisinə bərabər olan “Şahdəniz” yatağı yerli və xarici bazarlara qaz təchizatını təmin edir. Yataqdan çıxarılan qaz həcminin müəyyən hissəsi zəmanət əsasında daxili bazar üçün nəzərdə tutulur. Bununla yanaşı, yatağın istismarının ikinci mərhələsində ildə əlavə 16 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu həcmlər 2018-ci ildən başlayaraq, Cənub Qaz Dəhlizinə yönəldiləcək.
“Şahdəniz” yatağından başqa, “Abşeron”, “Ümid”, “Qarabağ” yataqları, “Babək” perspektiv strukturu kimi digər sahələrimiz var. Bu sahələr həm enerji mənbəyi, həm də Azərbaycanda inkişaf edən emal sənayesi üçün xammal kimi, daxili bazarın artan tələbatını əlavə qaz həcmləri ilə təmin edəcək. Şirkətin gələcək illər üçün əsas inkişaf istiqamətləri emal və kimya sahələri olacaq. Xüsusilə, plastik istehlak malları və gübrə istehsalı üçün polimer və karbamid istehsalını artırmağı planlaşdırırıq.
Hazırda biz yeni neft və qaz yataqlarının işlənilməsi ilə məşğuluq və onların əsasən 2020-2021-ci illərdə istismara veriləcəyi gözlənilir. Nəticə etibarilə, gələcəkdə təbii qaz hasilatını daha da artırmağa nail olacağıq ki, bu da öz növbəsində emal sənayesinin inkişafı ilə əlaqədar artan yerli təbii qaz tələbatının ödənilməsinə imkan yaradacaq, eləcə də Avropanın enerji təchizatına davamlı töhfələr verməyə xidmət edəcək.
“Abşeron” yatağı SOCAR və Fransanın “Total” şirkəti tərəfindən birgə işlənəcək. SOCAR “Ümid” və digər strukturların işlənməsinə dair perspektiv əməkdaşlıq üçün danışıqlar aparmağa hazırdır. Azərbaycan neft-qaz sənayesi zəngin tarixi ənənələrə malikdir və enerji resurslarımızı inkişaf etdirmək üçün bizim kifayət qədər texniki və maliyyə imkanlarımız var. Əslində, hökumət artıq “Ümid” təbii qaz yatağının işlənməsi üçün maliyyə vəsaiti ayırıb. Buna görə də SOCAR ölkədə neft və qaz ehtiyatlarının işlənilməsi üçün heç bir xarici tərəfdaşdan asılı deyil. Lakin dövlət şirkəti olaraq, biz mövcud vəsaitlərin bir hissəsinin qənaət olunmasına, onların təhsil və səhiyyə kimi digər iqtisadi-sosial sahələrə yönəldilməsinə üstünlük veririk. Bu baxımdan, potensial tərəfdaşların qarşılıqlı fayda əsasında layihələrimizə investisiya qoymaq və cəlb olunmaq istəyini alqışlayırıq.
- Avropa İnvestisiya Bankı “Trans-Adriatik” boru kəməri (TAP) layihəsinə 1,5 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib. Bu isə layihənin vaxtında yerinə yetirilməsi baxımından vacibdir. İndiyədək Cənub Qaz Dəhlizinin hər bir komponentinə nə qədər investisiya yatırmısız və TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk kommersiya qazının çatdırılmasını nə vaxta planlaşdırırsınız?
- Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını reallaşdırmaq üçün müxtəlif imkanlar mövcud idi. Lakin biz Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verdik. Müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, müxtəlif qitələrdə həyata keçirilən bir meqa-layihə nə qədər mürəkkəb olsa da, Azərbaycan Cənub Qaz Dəhlizinə öncüllük edib. Hazırda Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına sadəcə bir addım qalıb. Biz də avropalı tərəfdaşlarımızla dayanıqlı əməkdaşlıq qurmağın intizarındayıq. Avropa İnvestisiya Bankının TAP-a birbaşa maliyyə töhfəsi Avropanın enerji təhlükəsizliyi baxımından Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha göstərir.
İndiyədək qoyulan birgə sərmayənin ümumi həcmi 29,7 milyard ABŞ dollarıdır. Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC-nin timsalında bu günə qədər dəhlizin dəyər zəncirinə daxil olan 4 layihədə iştirak payının maliyyələşdirilməsinə 8,7 milyard dollar həcmində investisiya yatırıb. İşlər qrafikə uyğun davam edir və layihə nəzərdə tutulan vaxtda tamamlanacaq. Artıq Cənubi Qaz Dəhlizinin Azərbaycan, Gürcüstan və Türkiyədəki hissələrinin istismarına başlamaqdayıq. Türkiyəyə kommersiya məqsədilə ilk təbii qaz həcmlərinin 2018-ci ilin ortalarında çatdırılması nəzərdə tutulur.
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 2026 17:24
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
