Avropada sünnət qadağan olunur
Kriminal20 fevral 2018 11:04
İslandiya oğlan uşaqlarının sünnətini qadan edən ilk ölkə olmağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, bu addım ölkədəki müsəlman və yəhudilər tərəfindən narazalıqla qarşılanıb.
İslandiya parlamentinə təqdim edilən sünnəti yasaqlayan qanun layihəsi qadağaya əməl etməyənlər üçün 6 illik həbs cəzası nəzərdə tutur. Qanun layihəsində yeganə istisna "sünnətin tibbi olaraq vacib olduğu" vəziyyətlərdir.
Qanunun qəbul olunmasının müsəlman və yəhudilərin İslandiyada yaşamasını mümkünsüz etdiyini deyən dini lidərlər sərt reaksiya verib. Hətta Avropa Birliyinə daxil olan Katolik kilsəsinin baş rahibi kardinal Reynhard Marks qanunu "İnanc azadlığına təhlükəli hücum" adlandırıb. "Sünnətin cinayət adlandırılmasını nəzərdə tutan layihə çox ağır bir qərardır və ciddi narahatlıq yaradır" deyə dini lider bildirib.

Müsəlman və yəhudilər isə bu qərarın bir çox dini geyimlər və heyvan qurban etmə ənənəsi kimi İslamofobiya və anti-semitizmin (Yəhudi düşmənçiliyi) genişlənməsinə səbəb olacağını düşünür.
Hazırda dünya miqyasında hər 3 oğlan uşağından biri mədəni və dini dəyrlər baxımından sünnət edilir. Lakin İslandiya sünnəti "oğlan uşaqlarının haqqlarının pozulması və Birləşmiş Millətlər Təşkilatının uşaq haqqlarına zidd olması" səbəbi ilə qadağan edilməsinə hazırlaşır. Hətta ölkə oğlanların sünnətini bir çox Avropa və dünya ölkələrində yasaqlanmış qadın sünnəti ilə eyniləşdirilir.
Qanun layihəsində həmçinin qeyd edilir ki, sünnət əksər hallarda anesteziya verilmədən və əksər hallarda sterleziya olmayan ev şəraitində, tibbi təhsili olmayan dini liderlər tərəfindən edilir. Bu isə infeksiyaya və bəzi daha ağır xəstəliklərə səbəb ola bilər.
336 min nəfər əhalisi olan İslandiyada çox az sayda müsəlman və yəhudi yaşayır. Ölkədə təxminən 250 yəhudi, 1500 nəfər isə müsəlmanın olduğu bildirilir.
Sünnəti yasaqlayan qanun layihəsini hazırlayıb parlementə təqdim edən mərkəz-sağçı partiyanın - İnkişaf Partiyasının rəsmisi Doqq Qunnarsdottir ölkədə qadın sünnətinin 2005-ci ildə yasaqlandığını, oğlan uşaqlarının da sünnətinə qadağa qoyulmalı olduğunu bildirib: "Uşaqların haqqlarından danışırıq, inanc azadlığından yox. Hər kəsin istədiyi şeylərə inanmaq haqqı var, amma uşaqların haqqları inanc azadlığından öndə gəlir".
İnkişaf Partiyasının hazırladığı qanun layihəsi parlamentdəki əksər siyasətçilər və ictimaiyyət tərəfindən də dəstəklənir. Layişə ilk oxunuşda qəbul edilsə, müvafiq komissiyaya göndərilərək aylarla davam edəcək hazırlıqlardan sonra tətbiq olunacaq.

Sünnət məsələsi daha əvvəl başqa Avropa ölkələrində də müzakirə edilib, amma qadağa qoyulmayıb. Böyük Britandiyadakı bir yəhudi kampaniya qrupu "Milah UK"un rəsmisi sünnətin uşaqlar 8 günlük olduğu vaxtda və sadəcə bu sahədə ciddi təhsil görülmüş şəxslər tərəfindən edildiyini deyir: "Yhudi uşaqlarının doğuşdan sonra sünnəti dinimizin mübahisəsiz bir tələbidir və liberal demokratik ölkələrdə bu adətə hörmət edilir. İslandiya kimi bir ölkənin bunu yasaq etməyi düşünməsi yəhudilərin ölkədə yaşamasını mümkünsüz edəcək ki, bu da narahatedici məqamdır".
Onun sözlərinə görə, oğlanların sünnətinin qadın sünnəti ilə müqayisəsi doğru deyil. Qadın sünnəti cinsi əlaqə zamanı ağrıya səbəb olur və ciddi tibbi problemlər yaradır, kişilərin sünnəti isə heç bir uzun vədəoi problemlərə səbəb olmur.
Avropa Yəhudilər Konqresinin rəhbəri Moşe Kantor da dəyərlərə hörmət çağrısı edib və sünnətin zərələ olmasına dair heç bir sübutun tapılmadığını bildirib.

İslandiya İslam Mədəniyyət Mərkəzinin imamı Əhməd Səddiqdə qanun layihəsinin inanc azadlığına qarşı olduğunu deyib: "Sünnət yüzillərlə daam edən bir adətdir. Kökləri mədəni və dini ənənələrimizə gedib çıxır. Sünnətin tibbi faydaları risklərindən daha çoxdur".
Müsəlman və yəhudi dini liderlər qanunun qəbul olunmasından sonra sünnətin qeyri-leqal vəziyyətə çeviriləcəyini, bunun üçün ailələrin uşaqlarını qonşu ölkələrə aparacağını və beləliklə risklərin artacağını düşünür.
Oxşar xəbərlər
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
