Seyidağa Mövsümlü Azərbaycan Ordusunun ilk hərbi operatoru sayılır. Ermənilərin Xocalıda törətdikləri soyqırımı ilk olaraq məhz o, kameranın yaddaşına həkk edib.
Meyitlərin dərisini kim soyub? - Hərbi operator: `Çingiz özünü reklam edirdi` (VİDEO)
Müsahibə25 fevral 2018 14:53
Seyidağa Mövsümlü Azərbaycan Ordusunun ilk hərbi operatoru sayılır. Ermənilərin Xocalıda törətdikləri soyqırımı ilk olaraq məhz o, kameranın yaddaşına həkk edib.
S.Mövsümlü müsahibəsində Xocalı həqiqətlərinin qaranlıqda qalan məqamlarından danışır:
- Həmin vaxt Xocalıda işləyirdim. Yaralı zabit idim. Hospitaldan çıxandan sonra mərhum general Zaur Rzayev mənə dedi ki, operator olub, əsgər və zabitləri çəkməlisən. Gələcək nəsil Azərbaycan uğurunda vuruşan igidləri tanımalıdır. Beləliklə, 1992-ci ilin fevarl ayında Azərbaycan Respublikasının ilk hərbi reportyoru olmağımla bağlı əmr verildi.
Ayın 26-sı, səhər tezdən işə gələndə kapitan Mirsaleh Axundovun ağladığını gördüm. Soruşdum, nə baş verib? Dedi ki, Xocalıda dəhşət yaşanır, soyqırımı olub. Həmin vaxt yeganə informasiya mənbəyi dövlət televiziyası və radiosu idi. O vaxtkı rəhbərlik Ayaz Mütəllibov və onun mətbuat xidmətinin birbaşa təkidi ilə yayımladılar ki, guya Xocalıda iki nəfər şəhid olub. Xəbər məhz bu şəkildə bütün dünya mətbuatına yayıldı.
Mənə dedilər ki, təcili Ağdama getməliyəm. Gedib Azərbaycan Dövlət Televiziyasından çəkiliş üçün kamera istədim, amma vermədilər. Birdən yadıma düşdü ki, keçmiş millət vəkili Etibar Məmmədovun “Sony” markalı kiçik kamerası var. Onlara gedib, kameranı istədim. Sağ olsun, kameranı verib dedi ki, get, millətimizin dərdini çək, bu, lazımdır. Fevralın 26-da mən helikopterlə Ağdama gəldim.
Fevralın 26-sı, saat 12-nin yarısı idi. Xocalıdan qaçan soydaşlarımız Ağdammehmanxanasının qarşısına toplaşmışdılar. Onlar dəhşətli vəziyyətdə idilər, qulaqları, burunları kəsilmişdi. Əziyyət, işgəncəyə məruz qalmış halda idilər. Mən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovu tapdım və dedim ki, bu soyqrımı faktı təcili çəkilməlidir. Sağ olsun, məni başa düşdü və biz birlikdə onun maşınında Əsgəranla Ağdamın sərhədində yerləşən Qarağacı qəbirstanlığının yanına gəldik.

Həmin vaxt orada olan maşından bir nəfər düşdü. Sonradan məlum oldu ki, o, Əsgəran batalyonunun komandiri Vitalik Baqdasaryandır. Hiss elədim ki, o, Allahverdidən qorxurdu. Allahverdi ilə onun arasında uzun söhbət oldu. Vitalik dedi ki, Allahverdi, yuxarıdan icazə vermirlər. Allahverdi dedi ki, bu soyqırımı ermənilər törədib. Vitalik isə cavab verdi ki, biz yox, Xankəndinə yerləşən 366-cı rus alayı edib: “Alay irəlidə gedirdi. Tanklarla camaatı qırırdılar. Biz - ermənilər ölməyən, yaralı azərbaycanlıları öldürmüşük”.
Hazırda həmin Vitalik sağdır və Ermənistanın Müdafiə Nazirliyində çalışır, general-mayor rütbəsi var. O, açıq şəkildə mənə etiraf edib ki, rusların əlindən sağ çıxmış azərbaycanlılara ermənilər divan tutublar.
...Səhv etmirəmsə, Vitalik Koçaryanla danışdı və icazə ala bildi. Vitalikin olduğu erməni maşınına mindim. Allahverdi Bağırovun olduğu maşın isə orada qaldı. Ermənilər əllərində olan avtomatın qundağı ilə arxadan kürəyimə vurub, deyirdilər ki, siz türkələrin hamınızı qıracağıq, Bakıya qədər gələcəyik. Mən də Ulu Tanırıdan özümə səbr diləyidim ki, bu faciəni çəkim, Azərbaycan xalqına qarşı törədilən soyqırımı dünyaya yayım.
Əsgəran qalasının ətrafında körpü var. Ora gəlib çatdıq. Həmin körpünün altında ermənilər bizim 30-a yaxın soydaşımızın başını kəsib, payalara keçirib, yola düzmüşdülər. Nəhayət, mən onları çəkməyə başladım. İki daşnak döyüşçüsü mənə nəzarət edirdi. Orada dəhşətli vəziyyətdə olan meyitlər vardı. Başlarının, üzlərinin dərisini soymuşdular.
- Həmin vaxt ora sizdən başqa başqa jurnalist gəlmişdi?
- Xeyr. Rəhmətlik Çingiz Mustafayev bir dəstə jurnalist-operatorla birlikdə fevralın 28-də günortadan sonra ədliyyə naziri Əfrasiyab Orucova məxsus helikopterlə ora gəlmişdilər.
- Yəni sizdən sonra?
- Bəli. Mən fevralın 26-dan orda idim. Amma onlar məndən iki gün sonra, yəni fevralın 28-də günorta 1-2 radələrində gəldilər. Çingizlə yanaşı, xarici reportyorlar da gəlmişdilər. Sonradan yayılan xəbərlərdə eşitdim ki, Çingiz də daxil olmaqla, bəziləri deyirlər ki, guya onlar gəlib 2-ci dəfə çəkiliş aparanda görüblər ki, eyni meyitlərin dərisi soyulub, guya ki, bunları Azərbaycan döyüşçüləri ediblər. Yalandır!!! Mən bir hərbi reportyor kimi bütün bunları öz gözümlə görmüşəm.
Əvvəla, həmin qurupdakılar çox kiçik bir ərazini - Şellinin üst tərəfini çəkmişdilər. Onlar orada çəkiliş aparan zaman helikopterləri atəşə tutulub. Sonradan bir helikopter də gəlib, onları və bizim soydaşlarımızın meyitlərini ərazidən aparıb. O vaxta qədər artıq meyitlərin üzərində vəhşilik törədilmişdi.
Mən 26 fevralda orada işgəncəyə məruz qalmış cəsədləri görmüşdüm. Orada vuruşan Suriya mənşəli ermənilərin qəribə bir dəmir cihazı vardı. Dəmiri başın arxa tərəfinə soxur, beyni çəkib çıxarırdılar. Və yaxud üzün, başın dərisini soyub, evdə xatirə kimi saxlayırdılar ki, bunlar azərbaycanlılar, türklərdir. Orada 10-a yaxın qadının ayaqlarından trosla bağlayıb, BMP-nin arxasınca diri-diri sürümüşdülər. Bütün bunları ermənilər törətmişdilər.

- Sevinc Osmanqızının paylaşdığı Çingiz Mustafayevin kadrlarını necə izah edərdiniz?
- 10-15 il bundan öncə Mirşahin məni Xocalı ilə bağlı “Ən yeni tarix” adlı verilişinə dəvət etmişdi. Verilişdə mənə sual verdilər ki, Xocalıya çəkilişə birinci kim gedib? Mən bu sualı elə sualla da qarşıladım. Dedim ki, əgər ora onlarla jurnalistimiz getsəydi, daha çox təsvirlərimiz, geniş məlumatımız olardı və dünya mətbuatına daha çox informasiya ötürərdik. Elədir, yaxud elə deyil? O da boynuna aldı ki, elədir. Məndə həmin verilişin videokaseti də var. Dedim ki, biz Azərbaycan xalqını təmsil edirik, ora reklam, şou xətrinə getməmişik. Biz idmançı deyilik ki, finiş xəttinə kimin tez çatdığını müəyyən edək. Hərə öz vəzifəsində vicdanla dövlətinə, xalqına xidmət etməli idi.
Allah məni bağışlasın, onların dediklərindən elə çıxırdı ki, guya azərbaycanlılar öz millətini qırıb, o günə salıblar. Sevincin atasını da ermənilər helikopter qəzasında qətlə yetiriblər. Mənim həmkarlarım Alı Mustafayev, Fəxrəddin Şahbazov və başqaları şəhid oldu. Mən də Sevinc xanımın fikirlərini internetdən oxumuşam. Bilmirəm, onda Azərbaycan qanı varmı? O, Azərbaycan xalqına, millətinə mənsubdur, ya deyil?! Mən canlı şahidəm! Onlar özlərinə qayıtmalı, bu soyqırım barədə düzgün məlumat verməlidirlər. Ayıb olsun Sevinc xanıma!
- Kimlər idi özlərini reklam edənlər? Çingiz Mustafayevin hərəkətlərində də özünüreklam cəhdləri var idi?
- Var idi. Onun qardaşlarının əməllərində də özünüreklam var idi. Çingiz Azərbaycanın Milli Qəhrəmanıdır. Artıq həyatda yoxdur. Onun arxasınca danışmaq həm ehtiyatda olan bir zabit kimi, həm də yaşıma görə mənə yaraşmaz. Amma onun qardaşları Çingizin adından çox istifadə etdilər. Azərbaycan xalqının qətlində, soyqrımında kimsə özünü yuxarıdan aparmamalıdır. Qoy, Azərbaycan xalqı ona qiyməti özü versin. Yalançı səhnələr, şoular, reklamlar heç kəsə hörmət gətirməz. Nə Mirşahinə, nə də Vahid Naxışa! Millətin qanı, soyqrımı üzərində kimsə deməməlidir ki, bunu birinci mən çəkdim, birinci ora mən getmişəm... Özünü azərbaycanlı sayan hər bir kişi, qadın, jurnalist, operator bu məsələdə düz danışmalıdır!

İki il öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım “Xocalıya Ədalət” kampaniyası çərçivəsində xaricilərlə birlikdə “Sonsuz dəhliz” adlı film çəkirdilər. Məni də ora dəvət etdilər. Leyla xanım Xocalıda çəkdiyim kasetə baxdı və soruşdu ki, niyə indiyə qədər bunları heç yerdə göstərməmisiniz? Dedim ki, mənə müraciət edən hər kəsə, bütün televiziya kanallarına bu videonu təqdim etmişəm. Orada xarici bir jurnalist mənə sual verdi ki, nəyə görə o soyqrımı çəkmək üçün sizə icazə verdilər? Cavab verdim ki, ermənilər o vaxt fərqinə varmırdılar, Azərbaycan xalqını şoka salmaq istəyirdilər ki, baxın, biz sizi belə edəcəyik. Sonradan isə həmin təsvirlər ermənilərin əleyhinə oldu, onların cinayətini üzə çıxadı.
- Xocalı camaatı o vaxtkı prezident Ayaz Mütəllibovdan nə tələb edirdi?
- Həmin vaxt Ağdama, Xocalıya bir dənə də olsun, dövlət komissiyası gəlməmişdi. Xocalıüçün köməkçi bölmələr göndərməli idilər. Ayaz Mütəllibov şəxsən özü ora getməli idi. Lakin onun təkidilə mətbuat xidməti Dövlət Televiziyasını məcbur elədi, desinlər ki, Xocalıda iki nəfər şəhid olub. Bu yalan məlumat isə bütün dünya mətbuatına yayıldı. Amma həqiqət elə deyildi. Bunun qarşısında Mütəllibov heç Azərbaycan xalqından üzr də istəmədi. Sonra ara qarşıdı və o, Moskvaya qaçıdı.AzVision.az
Oxşar xəbərlər
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 2026 13:09
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 2026 12:09
Xəbər lenti
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
Video & Fotoqalereya
Video
Fotoqalereya
