İnstitutun direktoru əməkdaşlara zoofil deyir
AMEA Zoologiya İnstitutunun bir qrup əməkdaşı qurumun direktoru Elman Yusifovun onları təhqir etdiyini iddia edib. “Qafqazinfo”ya daxil olan şikayət məktubunda qeyd olunub ki, direktor İnstituta rəhbərlik etdiyi 2 il müddətində elmi-tədqiqat işlərinin aparılmasına imkan verməyib, laboratoriya avadanlıqlarını, kolleksiya materiallarını, kitabxana və laboratoriyalarda olan elmi ədəbiyyatları məhv edib:
“Elmi əməkdaşlarımızn əldə etdikləri nəticələri əhəmiyyətsiz hesab edir. İnstitutun əsas fəaliyyətini yalançı biznesə, qanunsuz sahibkarlıq fəaliyyətinə yönəldib. İnstitutun bir qrup elmi əməkdaşı (9 elmlər, 12 fəlsəfə doktoru) fevralın 6-da AMEA rəhbərliyinə müraciət edib. AMEA prezidentinin, Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin tapşırığına əsasən şikayət xarakterli məlumatların araşdırılması məqsədilə İnstituta nümayəndə göndərilib. Lakin AMEA-dan göndərilmiş nümayəndə İnstitutu tərk edən kimi direktor E.F.Yusifov əməkdaşları bir-bir otağına dəvət edərək onları təhdid edib”.
İnstitut əməkdaşları şikayətində onu da vurğulayıb ki, direktor onların dini görüşünü təhqir edir və təhqiramiz ifadələr işlədir:
“Nəinki işçiləri, bütün Azərbaycan xalqını təhqir edir. Dini ədəbiyyatla bağlı iclasdakı çıxışında Azərbaycan xalqının 70%-ni debil adlandırıb. İnstitutun elmi iclaslarında bizi, dini inanclarımızı təhqir edir. İnstitutumuzda təxminən 70-80 nəfər namaz qılan adam var. Deyir ki, kim namaz qılırsa, getsin Allahşükürün idarəsinə. Bizə bildirir ki, siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız, sizin aranızda zoofillər, pedofillər, onanistlər var, hələ yoxlamaq lazımdır, yəqin ki, nekrofillər də var. Sizdəki beyin yox, peyindir… Biz daha bu təhqirlərə dözə bilmirik. Bütün bunlar alim adına yaraşan hərəkətlər deyil”.

“Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı, AMEA Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri namizədi Elman Yusifovla əlaqə saxlayıb. Haqqında səsləndirilən ittihamların böhtan xarakterli olduğunu deyən direktor hazırda araşdırma aparıldığını vurğulayıb:
“Mən sadəcə onu deyə bilərəm ki, institutda işlər gedir, laboratoriyalar birləşdirilir, effektivlik artır. İstəyirik ki, fəaliyyətimizi müasir zamanın tələbinə uyğunlaşdıraq. Qarşımıza xeyli iddialı məqsədlər qoymuşuq və bu hədəflərin həyata keçirilməsində kimlərin potensialı çatmırsa və yaxud kimlərsə bir balaca xofludur, qorxursa, nəticədə belə söz-söhbətlər yaranır. İnstitut özü də bir ailədir və idarəsi mənə həvalə edilib. Ailədaxilində narazılıqlar ola bilər. Hazırda biz komissiya yaratmışıq və bu işlər diqqətlə araşdırılacaq. Ola bilər mənim verdiyim əmr tam icra olunmayıb, kimsə narazı qalıb. Ancaq yazılanlar çox ağır ittihamlardır və onun altına imza atan şəxslər dedikləri sözlərin arxasında durmağı da bacarmalıdır”.
Direktor işçiləri zoofil, pedofil adlandırması ilə bağlı ittihama da münasibət bildirib:
“Heç kimə qarşı elə sözlər işlətməmişəm. Tamamilə əsassız və qərəzli ittihamlardır. Araşdırılacaq, qoy gəlib desinlər ki, mən filankəsə bu sözü demişəm. Bu, bizim kollektivimizdə baş vermiş xoşagəlməz hadisədir və səhər işə gələndən elə bu məsələylə məşğuluq. Deyirlər, sosial şəbəkələrdə haqqımda təhqir, alçaldıcı sözlər yazılır. Baxmağa vaxtım yoxdur. Mən 14 ilə yaxındır ki, burada çalışıram. İşimiz o qədər çoxdur ki, belə mənasız ittihamlara cavab vermək həvəsində belə deyiləm. Ancaq araşdırılır, nəticəsi haqqında tezliklə hamıya məlumat veriləcək”.
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Görün Hacıbala Abutalıbov harada yaşayır (FOTO)
15 yanvar 2026 17:58
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 2026 21:05
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
