Pirallahının “padişahı” Vasif İmanov
Yəqin ki, saytımızdan və digər mətbu orqanlardan 18 ay öncə -02.09.2016-cı il tarixdə Pirallahı rayon ərazisində baş vermiş faciəvi hadisə barədə xəbər tutmusunuz. Söhbət YAP-ın Pirallahı Rayon Təşkilatının sabiq sədri Manaf Manafovun xidməti maşını ilə törədilmiş ölüm hadisəsindən gedir. Nə yazıq ki, bu ölüm hadisəsi ilə bağlı ayrı-ayrılıqda dörd müstəntiqin apardığı 7 aylıq istintaq və 11 aylıq məhkəmə gedişatı, günahkarların tam cəzalandırılması mərhələsinə gəlib çatmamışdır.
Tərəflərin bitib-tükənməyən mübahisəsi bu gün də davam edir. Biz də bu səbəbdən, Ovqat.com oxucularını hadisənin gedişatı ilə tanış etmək üçün, tərəfləri bir daha danışdırmaq qərarına gəldik. İlk qonağımız şükayətçi Cəmşid İrzaquliyevdir:
-Cəmşid müəllim, hal hazırda məhkəmənin gedişatı nə yerdə?
-Bilindiyi kimi, 11 aydır ki məhkəmə davam edir. Hadisədən sonrakı bu 18 ay ərzində işlərin gedişatı bizləri nə qədər qane etməsə də (yəni sir pərdəsi tam qalxmasa da) , 28 dekabr 2017-ci il tarixdə ilkin məhkəmə instansiyası, yəni Pirallahı rayon məhkəməsi öz işini yekunlaşdırıb. Məhkəmə Dövlət ittihamçısının israrla özünü günahsız bilən təqsirkara istədiyi 5 il 9 ay iş əvəzinə, 5 il iş verilməsi barədə qərar çıxardı. Onu da diqqətinizə çatdırım ki, ilkin istintaqın təqsirkara şamil etdiyi, Cinayət məcəlləsinin 263.2 maddəsində belə bir ağır hadisə üçün yetərli cəza nəzərdə tutulmamışdır. Bu barədə mən, görüşlərimdə fikirimi Baş Prokrororun Birinci müavini Rüstəm Usyubova, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi, məhrum Sərvər Mehrəliyevə də bildirmişdim. Axı, necə ola bilər, hadisə ilə bağlı bütün rəylərdə günahkar sürücü bilinsin (hətta təqsirkar da öz günahını dəfələrlə etiraf etsin), amma ona bunca az iş nəzərdə tutulsun? Bu ədalət deyil, axı. Ona görə də bu məsələdə ciddi cəza nəzərdə tutulmadığı üçün, trafik canavarı tüğyan edir. Hər ikisi mənimlə razılaşdı. Bəs sonuç? Sonuç isə göz qabağında. Bu barədə mən fikirlərimi Cənab Prezident başda olmaqla, bütün aidiyyatı dövət orqanlarına dəfələrlə yazılı olaraq bildirmişəm. Yazmışam; gəlin elə edək ki, bir də kimin isə canı yanmasın, körpələr başsız qalmasın. Bu belə davam edə bilməz, axı. Təkrar edirəm; necə ola bilər ki, birisi içkili, çəkili və nə bilim yol hərəkət qaydalarını bilmədən, ona əməl etmədən sükan arxasında oturub, kiminsə həyatına son qoysun və sonra “hadisədi” deyib, hakim ona yüngülləşdirici cəza tətbiq etsin.
-Bəs qalan günahkarlar, necə, cəzalandırıldılarmı? Xüsusən də hadisəni törədən –maşının təhkim olunduğu şəxs. Bildiyimizə görə, onlar sıradan adi vətəndaşlar deyildi. Onlar Pirallahı rayon İcra hakimiyyətinin işçiləri olublar, axı?
-Bəli. Bax, bəla da burasındaır ki, onlar Pirallahı rayon İcra Hakimiyyəti Başçısının məmurları olublar və onların da başında Vasif İmanov durur. Bizə bəlli olan və sizin də bildiyiniz kimi, maşında olan məmurlardan biri hadisəni törədən maşının təhkim olunduğu YAP Pirallahı rayon təşkilatının keçmiş sədri və rayonun “RJO” deyilən qurumunda məsul vəzifə tutan Manaf Manafov və İcra başçısının köməkçisi Həsən Niftəliyevdir ki, onlar hadisə anında oğluma heç bir ilkin yardım göstərməyə səy göstərməmiş, hadisə yerindən uzaqlaşmışlar. Sonradan tülkü kimi kənardan bizləri seyr etmişlər.
Xatırladım ki, biz hələ o vaxt, hadisənin üçüncü günü bu hadisə ilə bağlı Vasif İmanovun qəbulunda olmuşduq. Vasif İmanov bizimlə görüşdə ilk olaraq başladı ki, eşitmişəm, hadisədi olub, gəlin razılaşaq və bu hadisəni yuxarılara çatmasına şərait yaratmayaq. Yəni biz Başçının hadisəyə baxışından və qeyri-insani davranışlarından da gördük ki, bu şəxs yerində olmayan adamdır. Etdiyimiz şikayətlərdən sonra, bunca müraciətlərimizə və hadisəni ictimailəşdirməmizə rəğmən, Manafın YAP Pirallahı rayon təşkilatının sədrliyindən uzaqlaşdırılmasına rəğmən, hələ onu təşkilatın idarə heyətində və şura üzvülüyündə, eyni zamanda İcra Hakiimiyyətinin “RJO” deyilən qurumunda rəhbər vəzifədə, Niftəliyev Həsəni isə özünün köməkçisi vəzifəsində saxlayır. O bununla da demək istəyir ki, mən heç kimi saymıram və Pirallahının “allahıyam”.
Digər tərəfdən də o bu davranışları ilə Cənab Prezident rəsmi toplantılarda dəfələrlə “qudurğanlıq edən istənilən məmur və məmur övladları ən ağır cəza ilə cəzalandırılmalıdır” xəbərdarlıqlarına da sayqısızlıq etmişdir. Vasif İmanov bununla da Cənab Prezidentin gördüyü bunca respublika əhəmiyyətli taleyüklü məsələlərə yerlərdə kölgə düşürməklə məşqul olmuşdur. Onun bu sayqısızlıqları rayon ictimayyətinə də sirayyət etmişdir Çünki adı çəkilən məmurların özbaşınalıqları və çirkin əməlləri rayonda hər kəsə bəllidir. Bu səbəbdəndir ki, Pirallahı Respublika rayonları içərisinda Prezident apartına edilən şikayətlərə görə, ən çox adı hallanan rayonların siyahısında yer alır
-Cəmşid müəllim, bu barədə harasa fikirlərinizi çatdırmısınızm?
-Demək olar ki, bütün aidiyyatı orqanlara, Cənab Prezidentə, Birinci Vitse- Prezidentə, Baş Prokrorluğa, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Yeni Azərbaycan Partiyasına, hətta Pirallahının icra hakimiyyətinə belə, bu 18 ayda minlərcə vərəq müraciətlər göndərilmişdir. Məsələ dəfələrlə mətbuatda ictimailəşdirilmişdir. Təssüf ki, Vasif İmanov ölkənin nüfuzuna xələl gətirən bu addımları atmağa bizi məcbur etmişdir. Daima Dövlət və dövlət başçısına sadiq, həm keçmiş məmur və həm də YAP üzvü olaraq biz bilirik ki, bu addımlar hakimiyyətə baş ucalığı gətirməz. Lakin bayaq dedim, sanki biriləri tərəfindən biz buna məcbur edilirik.
-Ortada bir ailə körpə uşaqla başsız qalıb. Onların gələcəkdə maddi təminatı ilə bağlı hadisəni törədənlərdən bir tələbdə bulunmusunuzmu?
-Bu günə kimi, xeyir. Sadəcə olaraq mən cinayət işinin yekunlaşmasını gözləyirəm. Təbii ki, biz bununla bağlı hadisəni törədilməsində vasitə olmuş maşının mənsub olduğu təşkilata və xidməti istifadəsində olan şəxsə qarşı mülki idda qaldıracağıq. Yəni qanun çərçivəsində.
-Cəmşid müəllim, onların bu davranışları bir yana, insanlıq naminə, heç oldumu ki, Vasif İmanov başda olmaqla bu adamlar hadisədən sonra, üzrə gəlsinlər və sizə yanaşıb bir təsəlli versinlər?
-Olmadı. Bu məsələdə Vasif İmanov başda olmaqla onun məmurları ən böyük sayqısızlığı etmiş oldular. Onların bu qeyri-insanı davranışları, onların nə qədər harınladıqlarını bir daha sübut etmiş oldu. Həyatda heç kim ölümdən sığortalanmayıb. Gec-tez onlar da bu imtahan qarşısında aciz duruma düşəcəklər. Ən dəhşətlisi isə, belə adamların bir rayona başçılıq etməsi və məsul vəzifələrdə yer almalarıdır. Bu adamlar kimdilər, kimin nəyidirlər, məni qəti maraqlandırmır. Ən əsası odur ki, onlar insanlıqdan çox uzaqdırlar.
-Sizcə, Manaf Manafov kimisinin Vasif İmanovla nə bağlılığı ola bilər ki, bunca dirənişlərə rəğmən onu vəzifədə saxlasın və qorusun?
-Yəqin ki, belə bir cinayətkarın önəmi Vasif İmanov üçün ökə çıxarlarından dəyərlidir. Belə olmasa idi, siz demişkən, bunca şikayətlərə rəğmən onu hələ də vəzifədə saxlamazdı.
-Sonda ölkə başçısına və Birinci Vitse-Prezidentə bütün bunlarla bağlı təkrar nə isə demək istərdinizmi?
-Öncə bir vətəndaş olaraq işin icraatda olduğu Apellyasiya məhkəməsindən Ədalət istəyirəm. Konistitsion hüquqlarımın bərpasını istəyirəm. Cənab Prezidentin xəbərdarlıqlarına Vasif İmanovun sayqı göstərməsini istəyirəm. Mən Birinci Vitse Ptrezidentdən bir ana olaraq oğlumun başsız qalmış 9 aylıq qızının, ailəsinin təsəllisi üçün, bu insanlara layiq olduqları yerlərini göstərilməsini istəyirəm..
Bayaq qeyid etdim. Mən Nazirlər Kabinetinin strukturlarının birində məmur olmuşam. Mən nə qədər dərdimlə uğraşsam da. ölkənin taleyüklü məsələlərində kənarda qalmaram. Bu yaxınlarda Beynəlxalq Mətbuat Mərkəzində Eldar Namazovun sədirliyi ilə Deportasiya Qurbanları Cəmiyyətinin Cənab Prezidentin namizədliyinin dəstəklənməsi ilə bağlı keçirilən konfransda, təklifə ilk münasibət bildirən də özüm olmuşam. Bu mənim hadisələrə düzgün yanaşmamdan və ölkəmizin gələcəkdə də ayaqda qalmasından doğan bir istək idi.
İndi mən Vasif İmanovdan soruram, sən bu tədbirə nə ilə gedirsən? Manaf kimi saxtakarı vəzifədə saxlamaqla, ictimayyət arasında ümidsizlik və inamsızlıq toxumu səpməkləmi?
Ümid edirəm ki, Cənab Prezident və Birinci Vitse –Prezident sonda Vasif İmanov kimi etimaddan sui-istifadə edib, iqtidarın nüfuzuna öz yarıtmaz fəaliyyətləri ilə xələl gətirən məmurlara, layiq olduqları yeri göstərəcəklər...
Ovqat.com
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 2026 21:12
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
- Nazir onu agentlik sədri təyin etdi
8 yanvar 2026 12:34
- Mikayıl İsmayılovun keçmiş gəlini cənab Fuad Ələsgərovdan KÖMƏK İSTƏYİR
4 dekabr 2025 12:56
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 2025 16:18
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
7 noyabr 2025 22:51
- 102 tələbə Prezident təqaüdü alacaq
4 oktyabr 2025 12:24
- Cabir İmanov idman zalında vəfat etdi
29 sentyabr 2025 14:28
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
