Mirşahin Ağayev yazdığı şərhə aydınlıq gətirdi
Hadisə13 mart 2018 15:04
Mirşahin Ağayev sosial şəbəkələrdə müzakirəyə səbəb olmuş şərhinə aydınlıq gətirib.
Qaynarinfo-nun məlumatına görə, jurnalist bu barədə Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Real Tv-nin fəaliyyətə başlaması ərəfəsində qəribə, hətta mənşəyi bəlli olmayacaq dərəcədə ajiotaj yaranıb. Yeni kanal açılır və əslində bu hadisənin mahiyyəti müsbət olmalıdır. Həyatının 30 ilini milli jurnalistikaya həsr etmiş, qalan ömür möhlətini də məmnuniyyətlə elə bu sahəyə bağışlamağa hazırlaşan biri yenidən Tv-də çalışacaq, onunla birlikdə onlarla peşəkar öz sevimli işinin-Azərbaycana, dövlətə və xalqa xidmətin başında olacaq. Təbrik ermək olmaz? Amma nə baş verir? Kanal heç açılmağa macal tapmadan gözümçıxdıya salınır, Mir Şahin internet resurslarında tənə, təhdid hədəfi seçilir, o, ailəsi hər gün, hər saat ən ağır küçə söyüşlərilə təhqir edilir, sosial şəbəkələrdə ancaq qarayaxma, qaralama kompaniyası aparılır. Bəs səbəb nədir? Niyə məni və Real Tv-ni söyürlər? Yəni doğrudan biz jurnalistlər artıq nəyinsə kökünə nüfuz etmək kimi "qızıl qayda"nı unutmuşuq? Belədirsə, anlamağa kömək edim. Son zamanlar Azərbaycan dövləti, Prezident və onun ailəsi, başqa vəzifəli şəxslər xaricdə sığınacaq tapmış bir ovuc tullantının təhqir və təhdidlərinə, hakimiyyəti zorla dəyişməyə, hətta devirməyə təhrik edən çağırışlara məruz qalırlar. Müharibə şəraitində olan ölkənin əskərinin şüuruna təzyiq etməyə çalışırlar. Bu ölkədə hər şeyi gözdən salmağa cəhd edirlər, qadın bilmirlər, qız bilmirlər, küçə söyüşlərinin biri bir qəpiyədir!
...Mir Şahin isə öz mövqeyi, adı, soyadl ilə ortaya çıxır və qarşı tərəfin cavabını verir. Təzə bir şey demir, sadəcə həmişəki mövqeyini sərgiləyir. (Özü də tək! Şübhəlicəsinə dəstəksiz!) Bu isə təbii ki, qarşə tərəfdə qəzəb yaradır. Onlar öz əxlaq və ailə tərbiyəsi çərçivəsində cavab verirlər, yəni mənəviyyatlarının ən murdar tərəflərini işə salırlar: SÖYÜRLƏR! Özü də açıq yazırlar ki, Mir Şahin Prezidenti, Dövləti müdafiə etdiyi üçün belə rəftara məruz qalır! Mən isə belə statuslardan birinin altinda, şərh bölməsində öz mövqeyimi bildirmişəm: özü də heç bir təhqirə yol vermədən! Təkrar edirəm: müsahibə verməmişəm, bəyanat yaymamışam, şərh yazmışam. Və...
... Məsələ də elə bu ... və-dən sonradadır. Dövləti, onun başçısını təhqir edən ayrı-ayrı atası naməlum səhifələrə, bu səhifələrin zəncirində və ya kəndirində qeyri insani səslər çıxaran canlılara ( görürsünüz, təhqir etməmək üçün ən zərərsiz ifadələri seçirəm) laqeyd, mövqesizcəsinə yanaşan, ən yaxşı halda başqa adlarla, trolcasına boğazdan yuxarı rəylər yazmaqla öz işini bitmiş sayan "ifrat ağıllılar" mənə öyüd-nəsihət verir. Hətta mənə, mənə e, Azərbayvanda Müstəqil televiziyanın yaradıcılarından birinə televiziyanın funksiyalarını başa salmağa cəsarət edənlər də tapılır...Baxmayaraq ki, bu saat mənə və mənimlə bir yolda olanlara dəstək vermək vaxtıdır. Dövlətin xaricdən məruz qaldığı təbliğat təcavüzünə əsl əskər təəssübkeşliyi ilə müqavimət göstərilməlidir. Hər halda bir televiziya rəhbəri kimi onun necə silah olduğunu mən yaxşı bilirəm. Bunu mənə xatırlatmağa ehtiyac yoxdur. Amma bu gün Azərbaycanda müəyyən proseslər nəticəsində tv artıq ya silah deyil, ya da bu silahın lüləsinə qərənfil taxılıb. Əvəzində internet resursları kütləvi qırğın silahına çevrilməkdədir. Artıq Dövlətimiz hədəfə alınır. Təhlükəli silah internetdir, sosial şəbəkələrdir! Onunla ehtiyarlı olmaq lazımdır.
...Bəs siz hardasınız,ay mənim ağıllı-kamallı, müdrik- işbilən dostlarım? Nədənsə mən adlı-sanlı jurnalistlərimizi ətrafımda görmürəm!( . Baxmayaraq ki, bu gün hər birimiz səngərdə, atəş xəttində olmalıyıq. Bura da cəbhədir! Yoxsa, hörmətli həmkarlarım qarşıdakı düşmənə atəş açmaqdan " mənim səviyyəm deyil!" deyə imtina etmək yolu seçib?! elədirsə, hayıf...
Amma vallah, billah elə görünür. Dişləri tökülmüş məntiqlə, qocafəndi, heç bir konkretliyə söykənməyən, əttökən plakat kəlmələrlə "qaloçka" xətrinə orda burda ara-sıra nəsə qırılladan ağız boşluqlarının sahibləri heç olmasa qapaq taxın ki, aydın danışasınız, mövqeyiniz anlaşılsın! Görək kim kiminlədir? "Ay Ordu, ordu, görək kim kimə hürdü?" deyə kimin tez yorulacağına kənardan baxmaq vaxtı deyil!!! Məni söyənlərin arxasına, söyüş səbəblərinə baxın! Heç kəs bunu Mir Şahinə çəkisinə, görünüşünə görə etmir! Onun konkret mövqeyinə görə edir! Yəni bunu anlamaq belə çətindir? Mən jurnalistəm və araşdırmaq biləvasitə işimdir! Amma Sizdən bir xahişim var. Mənə bir araşdırmamda kömək edin: mövqeyinizi aşkarlayın! Yoxsa mənə elə gələ bilər ki, birlikdəyik və çaşıb birdən sizə arxa söykəyərəm!
Oxşar xəbərlər
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- İlham Əliyev: Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!
22 yanvar 2026 13:01
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
