Qubada soyqırımı abidəsinin açılışı bu tarixdə olacaq
Region18 mart 2018 01:06
1918-ci il martın 31-də ermənilərin törətdiyi soyqırımına məruz qalan şəxslərin xatirəsini əbədiləşdirmək üçün Quba Soyqırımı Memorial Kompleksinin ərazisində yerləşən kütləvi məzarlıqda abidə inşa edilib.
Bunu modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli deyib.
Komissiya üzvü bildirib ki, bu il 31 Mart Azərbaycanlıların soyqrımı günü həmin xatirə abidəsinin rəsmi açılışının ediləcəyi gözlənilir.
"Abidənin üzərində Azərbaycan və İngilis dillərində soyqırımına məruz qalan insanların orada dəfn olunmasına dair məlumat da öz əksini tapıb. Abidənin açılış mərasimində Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvləri iştirak edəcək. Daha hansı şəxslərin iştirak edəcəyi barədə isə məlumatım yoxdur”.
Xatırladaq ki, 2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın yüzilliyi tamam olur. Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir.
Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir. Azərbaycanlıların soyqırımının tanınmasında Quba memorial kompleksi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalmışdı və məzarlığın probleminin qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət etmişdi. Bundan sonra Quba "Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılmışdı.
Oxşar xəbərlər
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 2026 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2026 14:08
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
Xəbər lenti
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
Video & Fotoqalereya
Video
Fotoqalereya
