Seçkidə İLK DƏFƏ iştirak edən gənclərə müraciət
Əziz gənclər ..!!!
Siz artıq müstəqil həyata qədəm qoymusunuz, İLK DƏFƏ-dir SEÇKİ-də iştirak edəcəksiniz.
Sizin hər biriniz sabahın Nizamisi, Şekspri, Üzeyir bəyi, Eynşteyni, Şəhriyarı ola bilərsiniz. Ancaq dünya təcrübəsi və əsrlər boyu xalqımızın başına gələn faciələr onu göstərir ki, 5-6 dahinin “özünü yandırması” ilə cəmiyyət işıqlana, qaranlıqlar aydınlığa çıxa bilməz.
Əziz dostlar!
Dahilik Tanrı seçimidir, sizlər gələcəkdə dahi alim, məşhur bəstəkar, böyük yazıçı olmaya da bilərsiniz, ancaq ƏSL VƏTƏNDAŞ olmaq sizin müqəddəs borcunuzdur.
Sizlər vətəni ancaq könüllə deyil, həm də ağılla sevməlisiniz. Vətən təkcə “durnagözlü bulaqlar”, “əcdadımızın mədfəni, övladımızın məskəni”, yaxud “saya gəlməyən neft buruqları” deyil. Vətən həm də və ən əsası bizim bir millət olaraq siyasi hüquqlarımızın nəhayət öz əlimizdə olduğu və bu hüququn dünya tərəfindən tanındığı məkandır. Bu hüquqdan necə istifadə etmək isə artıq özümüzdən asılıdır.
Əziz dostlar!
Sizlər artıq seçici yaşına çatmısınız, seçib-seçilmək hüququ əldə etməklə dövlətimizin bərabərhüquqlu vətəndaşına çevrilmisiniz. Seçib-seçilmək hüququ təkcə sizin özünüzlə, dövlətimizin gələcəyi ilə bağlı deyil. Seçib-seçilmək hüququna münasbət həm də mütərəqqi bəşəriyyətə, insanlığın tarixnə olan münasibətdir. Çünki bəşəriyyət bu hüquq uğrunda yüz illər boyu mübarizə aparıb və ancaq XX əsrin əvvəllərində ən inkişaf etmiş xalqlar bu hüquqdan istifadə etməyə başlayıblar və faydasını da görürlər. Sizlər həm də bu yolda həyatını qurban vermiş yüz minlərin ruhuna, bəşəriyyətin keçdiyi yola hörmət olaraq seçki hüququna laqeyd olmamalı və seçkilərdə aktiv iştirak etməlisiniz.
Əziz dostlar!
Əlbəttə sizlərin seçkidə iştirak etməmək hüququnuz da var, necə ki, səhərlər üzünüzü və dişlərinizi yumaya da bilərsiniz, sizi buna heç kim məcbur edə bilməz. Ancaq səhərlər üzünüzü və dişlərinizi yumağınız sağlamlığınızın qayğısına qalmaqla bərabər, həm də içərisində “nəfəs-nəfəsə” yaşadığınız cəmiyyətin birgəyaşayış qaydalarının tələbidir. Sizlər seçkidə aktiv iştirak etməklə həm də yeni üzv olduğumuz SİVİL DÜNYA-nın normalarına etiramla yanaşmış olursunuz.
Əziz dostlar!
Həqiqi mömin məscidə, kilsəyə necə inam və etiramla girirsə, siz müasir gənclər də seçki evlərinə eləcə inam və etiramla girin və unutmayın ki, “Xalqın səsi Allahın səsidir”. Və müasir dövrün fəlsəfəsi budur. Sizlər Avropanın kompüterinə, internetinə, “Mercedes”inə sahib olduğunuz kimi dəyərlərinə də yiyələnməlisiniz.
Çox təəssüf ki, həmvətənlərimizin xeyli hissəsi passivdir, öz hüquqları uğrunda mübarizə aparmır, seçib-seçilmək hüququna laqeyd yanaşır, “mən səs verməsəm guya dünya dağılacaq”, yaxud “mən səs versəm guya dünya düzələcək” düşüncəsindən qurtula bilmirlər. Bunun əsas səbəblərindən biri valideynlərimizin az qala 70 il sovet rejimində yaşamalarıdır. Həmən rejimdə hər şey yuxarıdan həll olunduğu üçün xalqın seçkidə iştirakı və seçki özü bir görüntü-tamaşa idi. Bu günkü passivliyin, laqeydliyin, seçki saxtakarlıqlarının çoxu keçmiş dövrün mirasıdır. Biz bundan qurtulmalıyıq və siz gənclər hər şeyin, bəlkə də ölkənin gələcək taleyinin ancaq və ancaq sizin bir səsinizdən asılı olduğu düşüncəsinə sahib olmalısınız. Əks halda biz yüz illər boyu uğrunda mübarizə apardığımız müstəqilliyimizi yenidən itirə bilərik...
Əziz gənclər !
Dövlətin gücü onun yeraltı və yerüstü sərvətlərindən, enerji mənbələrindən daha çox xalqın, o cümlədən siz gənclərin aktivliyindən, təşəbbüskarlığından, enerjisndən asılıdır.
Bütün sərvətlər, enerji mənbələri nə vaxtsa tükənəcək, xalqın enerjisi isə tükənməzdir.
Müasir dövlət quruculuğunda xalqın və siz gənclərin iştirakı isə ancaq və ancaq demokratik seçkilər yolu ilə mümkündür. Başqa bir yol yoxdur, bu aksiomadır.
Unutmayın ki, dövlətimizin sərhəddini qorumaq necə müqəddəs işdirsə, vətəndaşın öz səsini qoruması da elədir...
Əziz gənc həmvətənlər !
Seçkiyə getməklə dövlətimizin quruculuğunda iştirak edin.
Onda dövlətdən nəsə tələb etməyə həm də mənəvi haqqınız olar: SƏS VER və TƏLƏB ET !
NUH.azın baş redaktoru Kamran Məhərrəmli
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
