Deputat AMEA-nın institut direktorunu topa tutdu
Müsahibə18 mart 2018 17:06
"Tarix deyəndə biz Mommzenin "Roma tarixi"ni, Hegelin "Tarix fəlsəfəsi"ni, Droyzenin "İstorikası"nı, Kollingvudun "Tarix ideyası"nı, Mark Blokun "Tarixin apologiyası"nı, Karrın "Tarix nədir" və onlarla başqa şedevrləri oxuyub, öyrənib bizdən əvvəlki dövrlərdə baş vermiş hadisələrin səbəb-nəticə əlaqələrini tapmağa çalışırıq".
Qaynarinfo xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.
O, son illərdə Azərbaycan tarix düşüncəsində ciddi bir dəyişim yaratmış Güntay Gəncalpın, Əkbər Nəcəfin əsərləri Sovet dövründən əzbərlədilmiş ehkamların dəyişməsində mühüm rol oynayıb:
"Azərbaycanda həm də çox sayda nomenklatura tarixçiləri vardır ki, bunlar elmi dərəcəni təsdiq edən diplomlarını alıb evlərinə qoyub, oradan-buradan mətnləri köçürərək məzmununa da saxta "vətənpərvərlik" halvasından qataraq ciddi bir iş gördüklərini zənn edirlər. Buraxdıqları Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, ümumiyyətlə, Qərb düşünürlərinin Ensiklopediya fəlsəfəsinə uyğun gəlmir, arxiv məlumatlarının ətrafında gəzişərək guya bir şeylər kəşf etməyə çalışırlar, əsas işləri də ərazi tariximizin yaşını populist və məsuliyyətsiz formada uzatmaqla milli tariximizin türk zəmini üzərindən qoparılmasına xidmət etməkdir. Bunlar nə Dədə Qurqud mədəniyyətinin mahiyyətini anlayıblar, nə də Səlcuqlu, Oğuz, Osmanlı mədəni mirasının rolunu. Əsasən də tariximizin Sasani düşüncə sistemi ilə uzlaşdırlmasına xidmət edən çalışmalarla məşğuldurlar. "Azərbaycanda Türk kimliyi və saxta tarix problemi" əsərində bu problemə əhatəli şəkildə toxunduğuma görə, üzərində geniş dayanmaq istəmirəm".
Deputat yazır ki, onun Cümhuriyyətin 100 illiyi və soyqırımla bağlı görülən işlərin yetərsizliyi ilə bağlı fikirlərinə qarşı Akademiyanın tarix institutunun direktor müavini Cəbi Bəhramov adlı biri cavab verib. Deyib ki, bəs tarixdən xəbəri olmayanlar, yaxud da kəmsavadlar bu barədə danışmasınlar:
"Cəbi Bəhramovu şəxsən tanımıram, hansısa parlaq yaradıcılıq işi olsaydı, heç şübhəsiz xəbərim olardı. Tədqiq etdiyim xarici nəşrlərdə fikirlərinə, hansısa istinada da rast gəlməmişəm. Bununla belə əminəm ki, əzbərçi və diletant nomenklatura tarixçilərini tanımaq üçün işlətdiyi cümlələr kifayətdir ki, nə dərəcədə məhdud düşüncə sahibi olduğunu anlayasan.
İçi mən qarışıq, Azərbaycanda bütün tarixçilər, hüquqçular, fəlsəfəçilər, pedaqoqlar kəmsavaddırlar, çünki ən azı yunan və latın mətnlərini oxuyacaq qədər savad əldə etməmişik. Ancaq Cəbi Bəhramov kimi kəmsavadlardan bizim fərqimiz ondadır ki, məhz bu boşluğu anladığımıza görə qədim mətnləri oxuyub təfəkkür süzgəcindən keçirən Qərbin və Şərqin əksər düşüncə adamlarının tarix fəlsəfəsinə aid əsərlərini ciddi tədqiq edərək bilgilər əldə etməyə çalışmışıq. Ancaq bu açıqlama məni daha da stimullaşdırdı ki, tarix fəlsəfəsi mövzusunda mülahizələrimi sistemləşdirib, maarifçilik işini gücləndirim. Ki, bu kimi diplom daşıyanlar özlərinə tarixçi deyəndə arada bir utansınlar".
Sonda Fazil Mustafa bildirib ki, Cəbi Bəhramov onun barəsində bir az da əsəbi formada söyləyib ki, mən o adamı tanımıram, tanımaq da istəmirəm:
"Əlbəttə, kimisə tanımamaq və tanımaq istəməmək adamın haqqıdır. Ancaq mənim də haqqımdır ki, elm adı altında hoqqabazlıqla məşğul olan bu cahillərə özümüzü tanıdaq və anladaq ki, öz cəfəngiyyatları ilə Azərbaycan elmini nüfuzdan salanların qarşısında bizlər hər zaman dirənişimizi ortaya qoyacağıq".
Xatırladaq ki, bir neçə gün öncə millət vəkili Fazil Mustafa AMEA-nın humanitar institutlarının Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi və mart soyqırımının ildönümü ilə bağlı daha çox iş görmək imkanlarının olduğunu, əvəzində isə, az iş görüldüyünü bildirib:
"Akademiya erməni soyqırımı ilə bağlı da böyük işlər görməliydi. Nəzərə alsaq ki, artıq soyqırımının 100 illiyinə 10 gün qalıb, deməli, bu imkanı əldən veriblər. Ən azından, təbliğat nöqteyi-nəzərdən qalıcı tədbirlərə imza atmaq olardı. Məsələn, yaddaşlara həkk olunmaq üçün filmlər, kitablar mütləq ərsəyə gəlməli idi. Yubileylərlə bağlı cəmi bir günlük təşkil olunacaq müəyyən ziyafətlər, konfranslar unudulub gedəcək. Ölkə prezidenti bu sahədə lazımi işlərin görülməsi ilə bağlı sərəncam verərək üzərinə düşəni edib. Əgər yerinə yetirilmirsə, bunun başqa açıqlaması yoxdur”.
Oxşar xəbərlər
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Şamaxıda zəlzələ oldu
22 fevral 2026 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
