İrşad Telekom müştərinin başına oyun açdı (ŞİKAYƏT)
İqtisadiyyat27 mart 2018 15:07
"İrşad Telekom"un servis xidməti daha çox gəlir əldə etmək üçün müştəriləri şərləyir.
Bu barədə Qaynarinfo-ya Bakı şəhər Xətai rayon sakini Əliyev Eldəniz Həsən oğlu məlumat verib.
O, bu yaxınlarda şirkətdən aldığı telefonla bağlı problem yarandığı üçün müraciət etdiyini, lakin heç bir xidmət göstərilmədiyini bildirib:
"Ötən ilin iyun ayında "İrşad Telekom"dan rəsmi zəmanətlə 540 manata 1 illik kreditlə "Alcatel" telefonu almışam. 7-8 ay müddətində telefonun işləməsində heç bir problem olmayıb. Sadəcə cüzi cızılmalar olduğundan səliqəli görünsün deyə korpusu dəyişmək üçün müraciət etdim. Dedilər ki, bu, zəmanətə daxil deyil, amma öz vəsaitinizlə dəyişdirə bilərsiniz. 180 manata razılaşdıq. Dedilər ki, siz bizim yaxşı müştərimiz olduğunuz üçün 6 aylıq müddətinə ayda 30 manat verməklə sizinlə müqavilə bağlaya bilərik. Telefonun işlək vəziyyətdə olduğunu yoxladılar və müqavilə bağlanıldı.
Telefonu təhvil verib evə gəldikdən sonra servis mərkəzindən mənə zəng gəldi ki, bəs telefonda problem yaranıb, tez ofisə gəlin. Problemin nədə olduğunu soruşanda bildirdilər ki, telefon haradasa açılıb və platanın üzərinə iş aparılıb. Gedəndə isə mənə dedilər ki, guya mən telefonda onların nümayəndəsi ilə danışanda telefonun "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında təmir edildiyini demişəm.
Belə bir danışığın olmadığını dedim və əgər dedikləri kimi elə bir söz demişəmsə, danışıq qeydini göstərmələrini tələb etdim. Cavab verdilər ki, bəs danışıq birtərəfli olaraq qeydə alınıb və bu səbəbdən sizin dedikləriniz yazılmayıb.
Özüm ali təhsilli insanam və bildirdim ki, telefon şirkətinin rəsmi zəmanəti ola-ola, servisi ola-ola niyə başqa bir yerə aparım?! Həmçinin nümayəndələriniz telefonu məndən götürəndə diqqətlə yoxladılar, əgər həqiqətən açılmış olsaydı, bunu mənə o zaman deyərdilər. Necə oldu ki, mən evə gedib çatandan sonra belə bir problem ortaya çıxdı?
Görünür məni çağırmaqlarında, şərləməklərində məqsəd o idi ki, telefonda problem olduğuna inandırıb, əlavə vəsait alsınlar. Guya telefon açılıb və düzəldilməsə 1 gün, 5 gün sonra xarab ola bilər.
Beləliklə haqlı olaraq haqsız vəziyyətə saldılar, tələbim yerinə yetirilmədi. Dedilər ki, telefonunuzu götürün və hara da istəyirsiz şikayət edin.
Bildirmək istəyirəm ki, firmanın inkişafı, reklamı müştərinin məmnuniyyətindən, göstərilən xidmətdən asılıdır. Amma bunlar əksinə, müştərini necə aldatmaq, şərləməklə necə 100-150 manat artıq qazanmaqla qabağa düşmək haqda düşünürlər".
Oxşar xəbərlər
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 2026 21:33
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 2026 10:36
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 2026 15:44
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 2026 21:13
- Tağıyevin qızına qulluq edən tələbə 30 ildən sonra danışdı
22 aprel 2026 00:41
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
Xəbər lenti
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
