O məmur zəng etməsə… – Millət vəkili xəbərdarlıq etdi
Məmurlarımızdan biri ilə öz aramızda danışdıq ki, biz Almaniyada bir tədbir keçirək. Sonra nədənsə həmin məmurumuz bu tədbiri keçirməkdən boyun qaçırtdı. Sadəcə mən də ordakı dostlarımı Soyqırım və Cümhuriyyət ili ilə bağlı tədbirə dəvət etmişdim deyə, başqaları kimi sözümdən qaçmadım. Ona görə də məcburiyyət qarşısında qalıb, söz verdiyim kimi tədbirin keçirilməsinə qərar verdim.
Bu sözləri millət vəkili Adil Əliyev Kölndə keçirilən və “söyüşcül dəstə”nin pozmağa çalışdığı tədbirlə bağlı Musavat.com-a geniş müsahibəsində deyib. Millət vəkili sözügedən məmurun geri çəkilmə səbəbini bilmədiyini deyib:
“Bilmirəm niyə çəkildi, getmək istəmədi. Mən araşdırıb bu işin axırına çıxacağam. Bəzi məsələləri də desəm, biləcəksiniz söhbət kimdən gedir. Ona görə də istəmirəm, bu mövzuda danışım. Hələlik bu mövzunun üstündən səthi şəkildə keçmək istəyirəm”.
A.Əliyev tədbiri pozmaq istəyən “azərbaycanlılar” haqda bunları deyib:
“Mən 10-15 gün əvvəl elan vermişdim ki, tədbirimiz 31 mart saat 15.00-da başlayacaq. Tədbirimiz 15.00-da başladı. 15.30-da bayırdan balaban səsi eşitdik. Biz o saat nə baş verdiyini bildik. Çünki məlumat almışdıq. Yerli polislər otelə müraciət etmişdlər ki, bəs, burada sizin tədbiriniz var, eyni zamanda 15 gün bundan qabaq kimlərsə otelin qabağında aksiya keçirmək üçün müraciət ediblər. Aydın məsələ idi ki, bu insanlarin niyyəti tədbirə qatılmaq yox, tədbiri pozmaq, neqativ fikirlər söyləməkdir. Söyüşcül qrupun iki məlum lideri və ya həmsədri deyir ki, guya onları toplantı salonuna buraxmayıblar. Kökündən yalandır. Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırır, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, təhqiramiz şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər? Özləri də bilməmiş deyildilər ki, toplantıya gələnlərin təhqirlərinə kəskin reaksiya veriləcək. Həm də onlar toplatıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub. Çünki bunlar çəkdikləri videoları hesabat şəklində aparıb sahiblərinin qarşısında qoyurlar, öz pullarını alırlar, dolanırlar. Mən belə addım atacaqlarını gözləsəm də, onlarla söhbətləşmək istəyirdim. Amma polis olduğu halda, mən onlarla necə söhbət edəydim?”
Millət vəkili idmançı dəstəsilə Avropada söyüş söyənlərlə haqq-hesab çəkmək üçün getməsi barədə yayılan xəbərə də reaksiya verib:
“Mən kiminlə haqq-hesab çəkməliyəm? 3 dənə vətənini satanla, qanı, kökü bəlli olmayan insanla? Mən ictimai adamam, tanımadığım adamlarla necə haqq-hesab çəkim ki? Özü də Azərbaycandan niyə ora kimlərisə aparıram ki? Azərbaycanda 90-100 idmançının vizası var ki, durub ora getsin? Azərbaycanı sevənlər təkcə Azərbaycanda deyil ki… Bu insanlar elə bilirlər ki, Avropa elə bunların babalarından onlara qalıb, başqa adamlar Avropaya gedib, öz sözünü deyə bilməz. Yaxud Avropada bunlardan başqa azərbaycanlı yoxdur. Dediyim kimi, mən orda məruzə etməyə başlamışdım, 300 nəfər insan var idi, zal ağzına kimi dolu idi və səs-küy eşidildi. Təbii ki, köməkçilərimiz bayıra çıxıb dedilər ki, əgər görüşmək istəyirsiniszə, bir-iki nəfər gəlsin içəri, yer çox azdır, sözünüzü deyin. Onlar deyib yox, Adil Əliyev bayıra çıxsın! Adil Əliyev də 300 nəfəri qoyub, 3 nəfərə görə bayıra çıxası deyil ki… Mən yenə onlara xəbər göndərdim ki, qoy gözləsinlər, bu qədər insana qarşı hörmətsizlik edə bilmərəm, bu insanlar dövlətimizə, bizə görə gəliblər, indi onları burda qoyub, tədbiri pozub bayıra, o adamlarla söhbət etməyə çıxa bilmərəm. Ancaq bunlar fit çalmağa başladılar. Bizim Almaniyadakı idmançılarımız, hansılar ki, Almaniyada yaşayırlar, peşəkar yarışlara qatılırlar, onlar bayıra çıxdılar. Bu dəstə idmançıları görən kimi aradan çıxıb, qaçıb getdilər, heç gözləmədilər də çıxıb onlarla görüşüm, söhbət edim. Bizim tədbirdə çoxlu sayda insanların iştirakı da o dəstəyə sübut etdi ki, Azərbaycan onların dediyi kimi deyil. Azərbaycana Avropada yaşayıb, Azərbaycanı sevən insanların gözü ilə baxmaq lazımdır və o insanlar da tədbirdə iştirak etdilər. Onlar da o kütləni görüb çox narahat oldular, indiyədək də narahatdırlar. Bu, onlara böyük bir dərs oldu. Hollandiyadan, Avstriyadan, Almaniyanın hər yerindən ora 30-40 nəfər gətirmək istəyirdilər, bizə də məlumat çatmışdı, amma ora cəmi 10-12 nəfər gəlib çıxmışdı”.
Adil Əliyev jurnalistin tədbirin keçirilməsindən imtina edən məmurun zəng-edib etmədiyi barədə sualına cavabında deyib ki, əksinə, 2-3 dəfə o özü zəng edib, ancaq qarşı tərəf telefonu açmayıb:
“Ancaq o məmur yenə zəng vurmasa, mən rəsmi şəkildə bununla bağlı mətbuata da açıqlama verəcəyəm.
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
