“Azercell”in fırıldağı məhkəmə qərarı ilə təsdiqləndi
İqtisadiyyat7 aprel 2018 10:52
"Azercell”in SMS vasitəsilə keçridiyi yarışmadakı fırıldaq vətəndaşların bir neçə min manat ziyana düşməsi ilə nəticələnib.
Az24.org saytı xəbər verir ki, Sumqayıt şəhər sakinləri Əsgər Cahangirov və Azər Rzayevin fırıldaq qurbanı olması məhkəmə qərarı ilə təsdiq edilib. Yarışmanı SMS vasitəsilə "Azercell” keçirsə də, yarışmada xaricdə səyahət paketi udan vətəndaşlara paketini təqdim emək vəzifəsini partyoru olduğu deyiyi şirkətin üzərinə atıb. Bununla da "Azercell” məsiliyyətdən yayınmaq məqsədi güdüb. Belə ki, SMS vasitəsilə pulsuz tur-pake qazanan Əsgər Cahangirov "Azercell”in Bakı şəhəri Rəşid Behbudov küçəsində yerləşən ofisinə dəvət edilib. Burada ona bildirilib ki, turizm paketi "Azercell”in parnyor şirkəti olan "Motion Vacation Club” turizm firması tərəfindən təqdim ediləcək. Sözügedən turizm firması isə ona bir neçə yer təklif edib. Ə.Cahangirov Şimali Kipr Türk Respublikasını seçib. Üstəlik, dostu Asəfə də eyni pakei pulla almağı təklif edib ki, ailələr birlikdə istirahət esinlər. Şirkət onları Kiprdə 5 ulduzlu lüks otelə aparmağa söz versə də, onları ucqar bir ərazidə ümumiyyətlə ulduzu olmayan adi bir pansionatı gösəriblər. Dərhal turizm şirkəti ilə əlaqə saxladıqda isə onlara bildiriblər ki, səs-küy salmayın, öz hesablarına istədikləri oteldə qalsınlar, qayıtdıqdan sonra bütün xərc firma tərəfindən onlara ödəyəcək. Ancaq Azərbaycana qayıtdıqdan sonra verilən vədə əməl edilməyib və iş məhkəməyə qədər gedib çıxıb. Baş verənləri Ə.Cahangirov belə nəql edir:
"2016-cı ilin iyul ayında Azercell mobil nömrəmə gələn SMS-də xarici ölkəyə səyahət paketi udmağım barədə SMS daxil oldu. "Azercell”ə gedikdən sonra səyahət paketinini əldə etmək üçün "Motion Vacation Club” şirkətinə yönləndirdilər. Həmin şirkətdən də bildirirlər ki, 1 ay qabaqdan qeydiyyat keçməliyik və ailəmizlə birlikdə səyahət paketini əldə edəcəyik. Səyahət paketi ilə Şimali Kipir Türk Respublikasına getməyimiz nəzərdə tutulmuşdu. Pakein mənim üçün tam pulsuz olduğu bildirildi. Mən də dostum Azər Rzayevə təklif etdim ki, eyni paketi pylla alsın, birlikdə səyahət edək. O da mənimlə razılaşaraq getməyi qərara aldı”.
Bundan sonra hər iki şəxs turizm şirkətinin yerləşdiyi ünvana gedərək, səyahət paketi barədə əlavə məlumat alıb. "Qalacağımız məkanın fotoşəkilləri də bizə gösərildi. 5 ulduzlu olduğu deyilən həmin məkan gözəl, füsünkar göründüyündən və istirahət etmək üçün bizə münasib olduğundan təkliflə razılaşdıq. Özümüzün və ailə üzvləriminzin pasportlarını cavbdehə təqdim etdik, bizə uçuş biletlərimizin elekton variantını təqdim etdilər. Biz də şirkətə bile və yemək pulunu ödədik. Sevincək Şimali Kipir Türk Respublikasına səyahətə yollandıq. Hava limanında bizi qarşıladılar və qalacağımız məkana yola düşdük. Məkana çatdıqda gözlərimizə inanmayaraq, həmin yerin bizə şirkət tərəfindən gösrərilən məkan olmadığını bildirdik. Bizi apardıqları yer isə quraq səhraya bənzər yerdə tikilmiş şəraitsiz bir məkan idi. Dərhal bizi qarşılayan bələdçimizə etirazımızı bildirərək məsələni şirkətlə müzkirə etməyi tələb etdik. Şirkətlə telefon əlaqəsi yaratdıqdan sonra bildirdilər ki, siz başqa bir oteldə qalın, geri döndükdə biz sizin pulunuzu özünüzə geri qaytararıq. Buna görə də biz məcbur olaraq bundan sonra Şimal Kipir Türk Respublikasında yerləşən otellərdən birində, daha dəqiq desək, "Elexus” oteldə xeyli miqdarda pul xərcəlyərək qalmalı olduq”
Şikayətçilər ölkəyə qayıtdıqdan sonra cavabdeh sirkətə müraciət edərək, aldadılmaları nəticəsində vurulan ziyanın ödənməsini isəyiblər. Bunun üçün isə bilet alınması, oteldə qalmaq və yemək xərcləri ilə bağlı ödənişləri təsdiq edən qəbzlıri də təqdim ediblər. Ancaq şirkət rəsmiləri bundan imtina edib və onlara 1000 manat ödəyə biləcəyini, qalan məbləği isə hissə-hissə verəcəklərini deyiblər. Fırıldaq qurbanları isə bununla razılaşmayıb: "Təkliflər razılaşmayanda şirkətdən dedilər ki, get hara istəyirsən, şikayət et, pulunuzu qaytarmırıq. Biz də əvvəlcə Yasamal Rayon Polis İdarəsiin 26-cı polis bölməsinə müraciət edik. Polisdə bildirdilər ki, mülki məsələ olduğu üçün məhkəməyə mülki iddia verilməlidir”.
Bundan sonra hər iki şəxs Yasamal rayon məhkəməsində iddia qaldıraraq, maddi ziyana görə 5760 manat, mənəvi ziyana görə isə 5000 manat məbləğində şirkətdən pul tutulmasını xahiş edib.
Məhkəmənin gedişatında şirkət onlara dəymiş ziyanın qarşılığında 1000 manat ödəməyi əklif edib, iddiaçılar isə tam məbləği tələb ediklərindən, razılaşmayıblar.
Məhkəmə 06.12.2016-cı ildə iddianın maddi təzminat hissəsini tam, mənəvi təzminat hissəsini isə qismən təmin edib. Məhkəmənin qətnaməsinə görə, "Motion Vacation Club” maddi ziyana görə 5760 manat, mənəvi zərərə görə isə 1500 manat və iddia üçün ödənilmiş dövlət rüsumu 20.10 manat olmaqla ümumilikdə cavabdehlərə 7280.10 mana ödəməlidir.
Qətnamə icra olunması üçün Ədliyyə naziriyinin Yasamal rayon icra şöbəsinə göndərilib. Yasamal rayon icra şöbəsi isə iddiaçılara məktub yazaraq bildirib ki, borclu "Motion Vacation Club” qətnamədə göstərilən Yasamal rayon, Altes Plaza, Qurtqaşınlı küçəsi 507-511 B ünvanında fəaliyyət göstərmədiyi müəyyən edilib. Məktubda qeyd edilir ki, Vergilər Nazirliyinə verilmiş sorğuya əsasən müəyyən olunub ki, "Motion Vacation Club”un hüquqi ünvanı Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 60, mənzil 89 müəyyən edildiyinə görə, qətnamə icra olunmaq üçün Nəsimi rayon icra şöbəsinə göndərilib.
Şikayətçilər bildirirlər ki, Ədliyyə naziriyinin Yasamal rayon icra şöbəsi isə həmin vaxtdan bəri "bu gün-sabah” deməklə qətnamənin icrasını təmin etmirlər.
Şikayətçilır hesab edirlər ki, rastlaşdıqları fırıldaq oyununda "Azercell”in də payı var. Ona görə də bu şirkət barəsində də aidiyaytı qurumlara və məhkəməyə müraciət edirlər.
"Azercell”lə bağlı bu tip hallarla qarşılaşan şəxslər redaksiyamızla əlaqə saxlayaraq, məlumat verə bilərlər.
Oxşar xəbərlər
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya


