İmişlidə Molla Sadığın diskotekası (VİDEO)
Hadisə7 aprel 2018 19:09
İmişli məktəblilərinə "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində türklər demiş eşlik edən rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlsafa oğlunun avtobusda, məktəblilərin qarşısında ikrah doğuracaq hərəkətləri göstərir ki, sektor müdiri eşlik etmir, sadəcə...
Bakunews.az xəbər verir ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısı bildirmişdi ki: "Elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə... İmişli - 9,7 sentner.”

Bakunews.az bildirir ki, bu ölkə rəhbərinin rayon əhalisinə iradı deyildi. Prezident sadəcə özünün müvafiq Sərəncamı ilə təyin etdiyi və Onu əyalətdə təmsil edən rayon rəhbərinə, konkret İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevə iradını bildirdi. Çünki sıravi vətəndaş yalnız şəxsi təsərrüfatında planlaşdırma aparmaq səlahiyyətinə malikdir. Rayondan sorumlu isə məhz İcra Hakimiyyətnn başçısıdır. Bəs hörmətli Vilyam Hacıyev nə etdi? Nəticə çıxardımı? Təqdim edəcəyimiz videogürüntü əslində cənab Hacıyevin nəticə çıxarmadığın və mövcud komandası ilə işləməkdə israrlı olduğunu göstərir. Xatırladq ki, İmişlidəki mənbənin verdiyi məlumata görə rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev son günlər sakinlərlə də təmasdan qaçır. Bunun bir neçə səbəbinin olduğunu deyən mənbə, onu da qeyd etdi ki, İmişlidə fəaliyyət göstərən ayrı – ayrı nazirlik, komitə və səhmdar cəmiyyətlərin yerl müəssisə rəhbərləri müxtəlif vaxtlarda hətta bilərəkdən etdikləri səhvlərə belə rayon İcra Hakimiyyəti başçısının loyal münasibət göstərdiklərinə sadəcə alışıblar.
Elə ona görə də insanlarla istədikləri kimi rəftar edirlər. Bunu bilən Vilyam Hacıyevin vətəndaşla təmasdan qaçış səbəblərindən birincisi də məhz budur. Axı idarə müdirinə nə desin? Və ya niyə məhz əvvəllər deyil, indi iradını nədən bildirsin? Hansısa idarə rəisi sərxoş vəziyyətdə başqasını toyda döyərək bədən xəsarəti yetirir cənab Hacıyev bunu adi qarşılayır. Həmin müəssisə rəhbəri bu gündə görəvinin başındadır. Başqa bir müəssisə rəhbəri Prezidentin qəti tapşırığına əsasən özünə paytaxtın ən bahalı restoranlarından birində yubiley keçirir, övladları şahzadə yaşam tərzlərini çəkinmədən sosial şəbəkələrdə nümayiş etdirir, Vilyam Hacıyev hətta təqdim edilə video görüntünü belə önəmsəmir. İnsanların qaz, işıq, yol problemi olur və... Və cənab Hacıyev narahat olmur. "Bu məsələ İcra Hakimiyyətinin səlahiyyətndə deyil, onların tabe olduqları qurumlar var.” - ənənəvi problemi kənarlaşdırma sindiromu. Qayıdaq Bakunews.az-a daxil olnan videogörüntüyə. Xatırladaq ki, artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə üzrə orta ümumtəhsil məktəblərinin şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar təşkil olunur. İmişlidə pambıqçılıqda olduğu kimi guya özünü bu prosesdən də kənarda qoymur. Nədən guya? Bu guyanın səbəbi təqdim edəcəyimiz videogörüntüdə aydın əks olunur. İmişli məktəblilərinə "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində türklər demiş eşlik edən rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlsafa oğlunun avtobusda, məktəblilərin qarşısında ikrah doğuracaq hərəkətləri göstərir ki, sektor müdiri eşlik etmir, sadəcə... Mənbənin verdiyi məlumata görə tur – aksiyada iştirak edən şagirlərin əksəriyyəti müəyyən maddi imkanlara malik ailələrin övladlarıdır. Məlumatda o da qeyd edilir ki, tur – aksiyada iştirak edən hər bir şagird üçün valideynlər 50 manat məbləğində məktəb direktorlarına sənədsiz vəsait ödəyiblər.
Onu da qeyd edək ki, həmin vəsaiti ödəmək real şərtlərlə hər valideyinin ailə büdcəsinə uyğun deyil. Və əsas məsələyə gələk, imkanlı ailələrin uşaqların qarşısında az qala oriyental oynayan sektor müdiri də məmur övladıdır. Mənbənin Bakunews.az-a verdiyi məlumata görə rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin tabeliyində olan İmişlidəki müəssisələrdən birində yüksək vəzifədə çalışan Əlsafa Paşayevin oğludur. Onu da xatırladaq ki, oğlunun azyaşlılar qarşısındakı "performansı” ilə bağlı məmur ataya irad bildirənlərə Ə.Paşayev: "yaxşı edib, kimə istəyirsiniz deyin və göstərin.” – deyə "müdrik” cavab verib. Yenə nəzərlər cənab Vilyam Hacıyevə isitqamətlənir: Buna nə deyirsiniz cənab Hacıyev? Və ya siz ümumiyyətlə İmşlidə baş verən bu kimi biabırçı hadisələrə nə vaxtsa qanunların icazə verdiyi imkanlardan istifadə etməklə konkret reaksiya verəcəksinizmi? Yoxsa sizdə sektor müdirinin "performans”ından məmnunsunuz?
Qeyd edilən məsələ ilə bağlı görüntüləri sizlərə təqdim edirik:
Oxşar xəbərlər
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
