Əflatun Amaşovun yeni müavinləri seçildi
Müsahibə18 aprel 2018 19:03
Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
Şuradan Qaynarinfo-ya verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Gündəlik səsə qoyularaq qəbul edilib.
Ə.Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayının qərarı ilə Şuranın tərkibinin genişləndirildiyini vurğulayıb. "Hazırda İdarə Heyəti 23-ü əsas, 6-ı ehtiyat olmaqla 29 nəfərdən ibarətdir. Əminəm ki, şuranın yeni tərkibi də məhsuldar işləyəcək. Qurumun İdarə Heyətinin hər bir üzvünə uğurlar arzulayıram” deyə Ə.Amaşov əlavə edib.
İclasda ilk olaraq şuranın sədr müavinləri seçilib. MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin namizədlikləri digər üzvlər tərəfindən dəstəklənib.
Bundan sonra şuranın yeni icraçı katibinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. Bu vəzifəyə MŞ sədrinin təqdimatı əsasında tanınmış hüquqşünas, uzun müddət Şuranın hüquq komissiyasının işində yaxından iştirak etmiş Şəmsəddin Əliyevin namizədliyi təsdiqlənib.
İclasda MŞ-nin komissiyalarının sədrlərinin və tərkibinin müəyyənləşdirilməsi də həyata keçirilib. Məlumat verilib ki, qurumun İdarə Heyətinin üzvləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyanın işində iştirak edirlər. Nizamnaməyə görə, komissiyaya sədrliyi də Şura sədrinin müavinləri növbəlilik əsasında həyata keçirirlər. Tərkib 2 ildən bir yenilənir. Müzakirələrdən sonra Müşfiq Ələsgərli sədr olmaqla növbəti iki il müddətinə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib.
Şuranın İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının, İH üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət Beynəlxalq əlaqələr Komissiyasının, İH üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının, İH üzvü, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli Dil Komissiyasının, İH üzvü, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı İnternet medianın inkişafı üzrə Komissiyanın sədrləri seçiliblər. Həmçinin komissiyaların, şuranın "Apellyasiya qrupu”nun tərkibi təsdiqlənib.
İclasda Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində İşçi qrupunun fəaliyyəti məsələsinə baxılıb. MŞ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə qrupun rəhbəri seçilib.
İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni sədri də təqdim olunub. Nizamnaməyə əsasən NTK-ya qurultay tərəfindən seçilmiş üç şəxs arasından NTK-nın sədri seçilir. Bu vəzifəyə "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun seçilməsi təsdiqlənib.
Oxşar xəbərlər
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
5 fevral 2026 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
4 fevral 2026 18:49
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
Xəbər lenti
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
