- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Eks qudasından baş liftçi Qüdrət Şükürova ağır ittihamlar
Rəfael Əsgərov: “O, korrupsiya yolu ilə əldə etdiyi pullardan istifadə edərək oğlunu həbs etdirmək istəyir”; Çərçivə: “Bu özbaşına məmurun əlindən hara gedək, kimə müraciət edək bilmirik”
Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni ilə indiki kürəkənin arasındakı davaya dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Artıq iş üzrə məhkəməyə hazırlıq iclası keçirilib, aprelin 19-da növbəti proses baş tutacaq. Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərlinin atası Rəfael Əsgərov “Yeni Müsavat”a açıalama verərək bildirib ki, Qüdrət Şükürov korrupsiya yolu ilə əldə etdiyi pullardan istifadə edərək oğlunu həbs etdirmək istəyir: “Cənab prezident İlham Əliyev cızığından çıxan yüksək mənsəb sahibi olan məmur övladlarının, onların qohum əqrabalarının cəzalandırılmasını tapşırır. Ancaq Qüdrət Şükürovun, dövlət büdcəsini yeyib dağıdan birinin, “Moskva OTİS” lift idarəsinin erməni müdiri ilə əlbir olub, Azərbaycan lift idarəsinə ayrılan pulları mənimsəyən biri bizə meydan oxuyur. Azərbaycanda köhnə binalarda liftlərin acınacaqlı durumu göz qabağındadır. Bunu hamı görür. Digər tərəfdən də Qüdrət Şükürovun dəbdəbəli həyatına baxın. Həmin binalardakı liftlərin o durumda olmasının səbəbkarı Qüdrət Şükürovdur. Bu məmur o qədər özünə arxayındır ki, 3 dəfə oğlumu döydürüb, indi də oğlumu şərləyib məhkəmə qarşısına çıxartdırıb. Onun böyük qardaşı var, ötən il mənimlə görüşdü. İstəyirdim ki, oğlumdan əl çəksinlər. Dedi ki, sənin şikayətlərindən sonra Qüdrətdən 10 milyon pul alıblar. Biz səndə o qisası qoymayacağıq. Oğlunu türməyə göndərəcəyik. Orada da başını əkəcəyik. Yəni oğlunu öldurtdürəcəyik”.
Rəfael Əsgərov deyir ki, oğlu ilə Qüdrət Şükürovun qızının ayrılmısının səbəbkarı qarşı tərəfdir: “Oğlum onun qızı ilə 4 il evli olub. Oğlum universiteti bitirəndən sonra hərbi xidmətdə idi. Onun xidmətdə olduğu dövrdə münasibətləri pozuldu. Sonradan bunun səbəbini də bildik. Oğlum xidmətdən icazə alıb gecə yarısı evə gəlmişdi. Həmin vaxt həyat yoldaşının içkili halda taksidən düşdüyünü görmüşdü. Bundan sonra aralarında söz-söhbət olmuşdu, oğlumu polisə vermişdilər. Guya oğlum yoldaşını vurub, burnunu sındırıb. Araşdırdılar, məlum oldu ki, onun burnu sındırılmayıb, həmin mübahisədən 1 həftə əvvəl Türkiyədə burnunu plastik əməliyyat etdirib. Yəni boşanmada oğlumun günahı yoxdur. Bu özbaşına məmurun əlindən hara gedək, kimə müraciət edək bilmirik. Hara gediriksə, pulla şikayətimizi özümüzə qarşı çevirir. Bu adam harınlayıb. Gedib özümü Bakı Şəhər Prokurorluğunun qarşısında yandıracağam. Ora gedirəm, sanki məni yola verirlər. Şikayətlərimi araşdırmırlar. Mən Yeni Azərbaycan Partiyasının ilk yüzlükdə olan üzvlərindənəm. Mən bilirəm ki, oğluma qarşı törədilən və bu cinayətin ört-basdır olunmasından, oğlumun qondarma ittihamla məhkəmə qarşısına çıxarılmasından dövlət başçısının xəbəri yoxdur. Dövlət başçısı hər çıxışında xüsusi vurğulayır ki, dövlət məmuru özünü elə aparmalıdır ki, başqalarına nümunə olsun. Qüdrət Şükürovdan nə nümunə götürmək olar? O, deyir ki, qısas alacaq. Axı mənim cavan, perspektivli, ali təhsilli oğlum yalançı ittihamlarla niyə həbs olunmalıdır. Hadisə baş verən ərazidə 3 kamera var. Dəfələrlə vəsatət veririk ki, həmin kameraların yaddaşını çıxarın baxaq görək kim kimə xəsarət yetirib? Kameraların yaddaşını ortaya çıxarmırlar. Gizlədirlər. Əgər mənim oğlum onun yeni kürəkənini döysəydi, həmin videolar çoxdan ortalıqda idi. Bu qədər saxtakarlıq, qanunsuzluq olmaz. Baş prokuror Zakir Qaralovdan dönə-dönə xahiş edirik, məsələni nəzarətə götürsün. Qüdrət Şükürov büdcədən taladığı çirkin pullarla hamını susdura bilir. Bütün ittihamları bizə qarşı yönəldirlər. Mənə hədə-qorxu gəlirlər, deyirlər səni də, oğlunu da aradan götürdəcəm. Səni böhtançı kimi həbs etdirəcəyik. Hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərəm ki, məni qəbul etsinlər, mən onun Azərbaycandakı, Türkiyədəki bütün obyektlərinin yerini aparıb göstərim. Bu dövlət məmuru nə qədər maaş alır ki, bir belə mal-mülk yığıb? İndi də bir Azərbaycan vətəndaşının həbsinə nail olur? Mənim oğlumu 3 dəfə döyüblər. 2-ci dəfə oğlumu “Bizim ev” kafesində döyüblər. Bunun şahidləri də var. İş üzrə oğlumu ekspertizadan da keçiriblər. Nəsimi rayon Məhkəmə Tibb Ekspertizasının rəyi var ki, oğlum az ağır xəsarətlər alıb. Elşəni 6 nəfər elə döymüşdülər ki, 3 gün oğlum şokdan ayılmadı. Bu işi bir kənara qoyublar, Qüdrət Şükürovun indiki kürəkəni haqda cinayət işi başlamaqdan yayınırlar”.
R.Əsgərli deyir ki, Qüdrət Şükürovun cəmi 510 manat maaş alması müqabilində, Bakıda, İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatı var: “Mən cənab prezidentin ədalətinə inanıram. Bu məmur büdcəni talamaqda davam edir. Hər gün Bakı Lift İdarəsində dövlətin pulunu yeyirlər. Bakı Lift İdarəsi dövlət büdcəsindən bu quruma ayrılan 15 milyon manatın təqribən yarısını mənimsəyib. Qüdrət Şükürov bunun üçün Moskvada “Moskva OTİS” rəhbəri Markaryan adlı bir erməni ilə işbirliyinə gedib. O, liftlərin qiymətini baha qiymətə rəsmiləşdirsə də, əslində ucuz qiymətə keyfiyyətsiz liftlər sifariş edir. Bir liftin qiyməti 10 min manatdırsa, 5 dəfə, bəzən 10 dəfə şişirtmə ilə rəsmiləşdirib Bakıya gətirirlər. Dövlət hesabından milyonlarla pul lift istehsalçısının hesabına köçdükdən sonra, Qüdrət Şükürov oradan “otkat” alır. Bir dəfə mənimlə Moskvaya getmişdi. Ona orada 1 dəfəyə 337 min dollar pul atdılar. Qüdrət Şükürov “otkat” almağa getdi. Həmin Markaryanın köməkçisi ona 337 min dollar “otkat”ı verdi. Həmin pulu Elnur adlı birinə vermişdi ki, ofşor şirkət vasitəsi ilə hesabına keçirsin. Elnur dedi ki, pullar ofşor şirkətdə it-bata düşüb. Deməyim odur ki, dövlətin pulunu bu adam belə ələ keçirirdi. Mən özüm onun “Azəriqazbank”in filialı vasitəsilə bu “otkatı” necə aldığının şahidi olmuşam. Hər dəfə 1 milyon, 800 min dollar “otkat” alırdı. İndi də həmin pullardan xərcləyib bizim başımıza oyun açdırır. Cənab prezidentin ayırdığı pulları belə mənimsəyirdi. O, liftlər üçün dövlətdən pul alırdı, pulları nağdlaşdırıb ələ keçirir, yalandan statistik rəqəmlər hazırlayıb ölkə rəhbərliyini aldadır”.
Rafael Əsgərov özünün və ailə üzvlərinin məmur özbaşınalığının qurbanı olduğunu bildirərək, hüququ mühafizə orqanları və ölkə rəhbərliyindən kömək istəyir.
Qeyd edək ki, Elşən Əsgərli və 2 dostuna Cinayət Məcələsinin 221-ci - xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
E.MƏMMƏDƏLİYEV



- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 2026 16:37
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 2026 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Prezident : Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən namərd orada-burada sülənir
11 may 2026 00:27
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
