SOCAR-ın Qaz İxracı İdarəsi rəisinin 1-ci müavininə sərt ittiham
“Təzadlar” qəzeti redaksiyasına «Azəriqaz» İstehsalat Birliyidən daxil olan şikayətdə SOCAR-ın «Qaz ixrac» İdarəsində rəhbər vəzifədə çalışan Nazim Səmədzadə və «Azəriqaz»ın idarə rəisi Bəhram Hacıyev barədə maraqlı sorğular göndərilib…
«Təzadlar»a ənənəvi poçt, eləcə də elektron poçt vasitəsilə hər gün 30-a yaxın məktub daxil olur… Bu məktubların təxminən 30 faizi şikayət xarakterlidir. Hər məktubun arxasında bir şikayətçi dayansa da, çoxsaylı problemlərin ifadəsi də yer alır.
Belə məktublardan biri «Azəriqaz»da çalışan, lakin adının çəkilməsini istəməyən (özünün yazdığı və söylədiyi kimi, iş yerini itirə bilər) şəxs tərəfindən göndərilib. Məktubda rəhbərliyə ciddi ittihamlar yer alıb, onları dərc etməmişdən əvvəl araşdırılmasına zərurət bilirik. Əməkdaşlarımız həmin faktları araşdırır, qarşı tərəfin mövqeyi öyrənilir.
Aşağıda həmin məktubdan kiçik sitatları təqdim edirik. Ona görə ki, şikayətçi də bilsin ki, biz hər bir vətəndaşın haqlı şikayətinin tribunasıyıq və onun problemini diqqətdə saxlayırıq:
Hörmətli «Təzadlar»!
Yəqin məni düzgün başa düşərsiz, adımı gizli saxlamağa məcburam. Sadəcə olaraq işimi itirmək istəmirəm. Xahiş edirəm yazdıqlarımı araşdırıb işıqlandırn, qoy görsünlər ki, “Azəriqaz”da nələr baş verir.
Burada bir idarə var idi: adı da “Azəriqaznəql”. Baş direktoru millət vəkili, MM-in komitə sədri Ziyad Səmədzadənin əmisi oğlu Nazim Səmədzadə idi (İndi o “Qazixrac” idarəsində baş direktorun 1-ci müavinidir). N.Səmədzadənin baş mühasibi isə o vaxt Bəhram Hacıyev idi. Onlar Nazim Səmədzadənin yeznəsi, iş adamı, Sabirabadlı Rəzzaq adlı şəxslə əlbir olaraq “Aziriqaz”a lazım olan mal-materialların maya dəyərindən qat-qat artıq hesablamaqla (əksər hallarda elə Nazim Səmədzadənin yaratdığı MMC-nin xətti ilə) alqı-satqısını həyata keçirmiş, o vaxtın pulu ilə dövlətə milyonlarla ziyan vurmuşlar. O vaxtlar “Azəriqaz”a lazım olanlarla, ancaq bu üç nəfər məşğul idi. Səbəbi də çox sadədir: Nazim Səmədzadənin arxası Ziyad Səmədzadəyə, Bəhram Hacıyevin arxası yerlisi və yaxın qohumu, keçmiş MTN generalı Akif Çovdarova bağlı idi. Rəzzaq isə baş direktor N. Səmədzadənin yeznəsi idi. Beləliklə, bu üç nəfər ortada yeyib qıraqda gəzir, mətbuat səhifələrində mütgmadi olaraq sədr Əlixan Məlikovun adı hallandırırdı. Amma deyə bilmərəm ki, onun bu işdən nə dərəcədə xəbəri var idi. İndi işə baxın ki,”Azəriqaz”ı yeyib talayan bu insanlar bu gün yenə iş başındadır, öz keflərindədir. Nazim Səmədzadə SOCAR-ın “Qazixrac”da 1-ci müavin, Bəhram Hacıyev “Azəriqaz”da idarə rəisi... Hətta Bəhram Hacıyev qudasını, oğlunu, qızını da “Azəriqaz”da mühüm postlara təyin etdirə bilibdir. Bu yerdə deyiblər: “Bərəkallah sənə”.
Onu da deyim ki, ”Azəriqaz”da gəzən söz-söhbətlərə görə, N.Səmədzadəni bildik, arxası bərkdi. Axı B.Hacıyevin arxası, yəni A.Çovdarov yoxdur… İndi o necə at oynadır, yəqin “Azəriqaz”ın indiki direktoru Əkbər Hacıyev də ona boğazortağıdır??? Sizə göndərdiyim sənədlərdə mal-materialların bazar və sənəd qiyməti fərqini özünüz görəcəksiniz…
Redaksiya adı çəkilənlərin hər birini dinləməyə hazırdır.
Hazırladı: Elşən
P.S. SOCAR-ın tabeliyində olan Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir. Rəis:Seyfullayev Qağaməli Höküməli oğludur...
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- Ayaqyalın gəzməyin faydaları və ZƏRƏRİ - Həkim danışdı
10 may 2026 21:40
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
