FHN nümayəndələri BSU-da təlim keçiblər
FHN nümayəndələri BSU-da təlim keçiblər
Aprelin 20-də Bakı Slavyan Universitetində (BSU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Bakı Regional Mərkəzinin əməkdaşları birlikdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.
Tədbirin əvvəlində çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, hər il Fövqəladə Hallar Nazirliyi tərəfindən tələbələr üçün maarifləndirmə xarakterli tədbirlər keçirilir. O, bugünki tədbiri də gənclərin fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları istiqamətində maarifləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirib. Prorektor BSU-da fövqəladə halların qarşısının alınması üçün hər cür şəraitin yaradıldığını, universitetdə yanğından mühafizə sisteminin olduğunu qeyd edib. Təhlükəsizlik hallarına İnzibati-təsərrüfat işləri üzrə prorektorluq tərəfindən ciddi nəzarət edildiyini deyən T.Cəfərov bildirib ki, universitetdə yanğından ilkin mühafizə üçün könüllü dəstə yaradılıb.
Universitet kollektivinin iştirak etdiyi tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi Nizami Fərəcov yanğın təhlükəsizliyi barədə geniş məlumat verib. FHN nümayəndəsi bildirib ki, yanğınların təqribən 4-5%-i təbii fəlakətlər nəticəsində baş verirsə, 95%-i insan faktorunun ehtiyatsızlığı nəticəsində baş verir. Qaz və elektrik cihazlarından istifadə qaydalarına riayət olunmaması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması zamanı baş verən fövqəladə hallardan danışan Nizami Fərəcov tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmasının, standartlara uyğun qaz və elektrik cihazlarından istifadə etməyin əhəmiyyətini qeyd edib.
Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında slayd və video nümayiş olunub.
Bakı Regional Mərkəzinin sektor müdiri Anar İbrahimov tədbir iştirakçılarına mobil cihazlar vasitəsilə elektron formada yanğından və digər fövqəladə hallardan mühafizə ilə bağlı mövcud proqramlar barədə məlumat verib. O vurğulayıb ki, istənilən şəxs mövzu ilə bağlı FHN-nin rəsmi saytından daha ətraflı məlumat əldə edə bilər.
Tərbiyə işlər üzrə prorektor, dosent Xanım Sultanova tədbirin təşkilinə görə FHN əməkdaşlarına universitet rəhbərliyi adından minnətdarlıq edib.
Sonda tədbir iştirakçılarına “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əmək edin!” mövzularında yaddaş vərəqələri paylanılıb və “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” və “İnzibati binaların yanğın təhlükəsizliyi” mövzularında yaddaş kitabçaları universitet rəhbərliyinə təqdim edilib.
BSU-nun Mətbuat xidməti
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Millimiz Gürcüstana 0:6 uduzdu
6 fevral 2026 18:34
- ARAZ supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir
28 yanvar 2026 12:19
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- Bu gündən Bakıda avtobuslarda QADIN SÜRÜCÜLƏR işə başlayır - Fotolar
24 noyabr 2025 13:33
- Prezident dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak etdi (FOTO)
22 noyabr 2025 12:54
- Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi
21 noyabr 2025 12:39
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
