BSU-da tələbə və magistrantların respublika konfransı keçirilib
26 aprel 2018-ci il tarixdə Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilib. Konfransı BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, tariximizdəki yerinə və roluna qısa nəzər salıb. O, 23 ay mövcud olmuş AXC-nin Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq istiqamətindəki gərgin fəaliyyətindən, cümhuriyyət liderlərinin fədakarlığından, millət qarşısındakı xidmətlərindən danışıb. N.Əliyeva bugünkü Azərbaycan Respublikasının məhz AXC ənənələrini, Cümhuriiyyət qurucularının arzu və istəklərini həyata keçirdiyini bildirib. Professor 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Prezident Sərəncamını xüsusi tarixi hadisə kimi dəyərləndirib. Rektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. O, AXC-nin yaranmasını Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin məntiqi yekunu olduğunu deyib. N.Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsini həm də Bakının işğaldan azad edilməsinin 100 illiyinin qeyd edilməsi kimi dəyərləndirib. O, Azərbaycanla Türkiyənin bir millət iki dövlət olduğunu bir daha diqqətə çatdırıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə səfərini də həmin prizmadan qiymətləndirib.
N.Əliyeva Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamını tarixi hadisə adlandırıb. O, gəncləri vətənpərvərliyə, müstəqilliyimizin və suverenliyimizin keşiyində durmağa səsləyib. N.Əliyeva bu gün keçirilən “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində “ adlı konfransın mühüm bir məsələyə - beynəlxalq münasibətlər sistemində respublikamızın roluna həsr olunduğunu qeyd edib və konfransın işinə uğurlar diləyib.
Sonra çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov konfransın işi barədə ətraflı məlumat verərək konfransa 19 universitetindən 160 tələbə və magistrantın qatıldığını deyib. O, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin nümayəndəsinin də konfransda iştirak etdiyini bildirib. R.Novruzov əlavə olaraq qeyd edib ki, elmi-praktik konfrans təkcə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində deyil, universitetin bütün fakültələrində nəzərdə tutulub.
Sonda çıxış edən BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev konfrans iştrakçılarına Cümhuriyyətin Azərbaycan tarixindəki yeri və 1990-cı illlərin əvvəlində Ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın yüksəldilməsi və digər önəmli məsələr barədə danışıb.
Qeyd edək ki, konfrans 6 bölmə üzrə öz işini davam etdirəcək. Konfrans iştirakçılarına bölmə iclaslarının sonunda universitet tərəfindən sertifikatlar veriləcək.
BSU-nun Mətbuat Xidməti
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Şamaxıda zəlzələ oldu
22 fevral 2026 10:47
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Baş Prokurorluqda yeni təyinat
2 fevral 2026 12:15
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
