Bu hiylə adamlar, yaltaq adamlar...
Müəllif : QULU MƏHƏRRƏMLİ
Bir ölkədə yaltaqlığın qazancı dürüstlüyün qazancından artıq
olarsa, həmin ölkə batar.
Şarl Lui Monteskyö
Yurdu bürümüş qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!!
Hüseyn Cavid
“Yaltaq” sözünü oxuyan kimi, təbii ki, dərhal xəyalınıza tanıdığınız, ekranlarda gördüyünüz yaltaq sifətlər gələcək. Gözünüzün önündən öz işinin xatiri üçün alçalaraq yalan danışan, kiminsə şəninə təmənnalı təriflər deyən, utanmadan həqiqəti təhrif edən, xüsusən vəzifəli şəxslərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan bir xeyli yaltaq adam gəlib keçəcək. Əlbəttə, bu məsələdə fantaziyaya xüsusi güc verməyə gərək yoxdur, bədbəxtlikdən indi yaltaqların sayı o qədər çoxalıb ki, sanki gözümüzün qabağında qaynaşırlar. İş yerində, qonşuda, televiziya ekranlarında, sosial şəbəkələrdə, demək olar ki, hər gün rəngarəng yaltaqlara, üzü bu yolda bərkimiş vücudlara rast gəlirik.
Təbii ki, bütün normal insanlarda ikrah hissi doğuran ən peşəkar yaltaq da sözün mənfi yükünə görə özünü bu əməlin sahibi hesab eləmir. Amma hara qaçsan da, bu hərəkətin adı “yaltaq” kəlməsində həkk olunub. Bütün sözlüklərdə, o cümlədən Azərbaycan dilinin izahlı lüğətində də “yaltaqlığ”ın mükəmməl izahı verilib, bu əməl “öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, onu riyakarcasına tərifləmə” kimi səciyyələndirilib. Yəni hörmətli Tağı müəllim demişkən, burada burcutmağa yer yoxdur: sən şəxsi maraq güdərək nəyisə və kimisə yalandan tərifləyirsənsə, onu layiq olmadığı şəkildə öyürsənsə, öz təmənnan üçün həqiqəti tapdalayıb riyakarlıq edirsənsə, YALTAQSAN!
* * *
Azərbaycan cəmiyyəti üçün yaltaqlıq yeni şey deyil, məşhur “Şərq yaltaqlığının” bir qolu kimi hələ qədimdən insanların şüuruna və psixologiyasına hopub. Yaltaqlıq saray əxlaqının bir elementi və “dadlı zəhər” kimi uzun əsrlər boyu içimizdə yaşayıb. Sovet dövründə də bu, çoxlarının çörək ağacı olub. Amma müstəqillik illərində yaltaqlıq bizdə görünməmiş bir miqyas alıb. Bəlkə onun “çiçəklənməsi” üçün daha əlverişli şərait yaranıb, bəlkə yayım vasitələri çoxaldığından indi yaltaqlıq və onun “naibləri” daha çox gözə girir.Təbii, bunun səbəblərini hərə bir cür yoza bilər, amma danılmaz faktdır ki, yaltaqlıq cəmiyyətdə təhlükəli sosial bəlaya çevrilib və əxlaqı ciddi şəkildə zədələməkdə davam edir.
Hərdən adama elə gəlir ki, bu gün bütün sahələrdə — mediada, təhsildə, mədəniyyətdə, siyasətdə və s. əməlli-başlı yaltaqlar ordusu yetişib. Görün, ətrafımızda çörəyi yaltaqlıqdan çıxan, ictimai sferada təlxəyə çevrilmiş nə qədər zəhlətökən yaltaq sürüsü var. Aralarında akademikdən tutmuş müəllimə kimi ütülü danışan oxumuşa da, xüsusi istedad və fəhmlə nitq irad edən təhsilsiz pambıqçıya da də rast gələrsiniz. Təbii ki, savadı olan, necə deyərlər “intellektual yaltaqlar” daha qorxuludur, çünki onlar bəzən mötəbər görünərək adamları, qısa müddətə olsa da, yalanlara inandıra bilirlər. Bunlar bir parça çörək və mənsəb üçün və ya sahib olduqlarını əllərində saxlamaq naminə nə oyundan çıxır, hansı yalanları uydurur, həqiqəti necə tapdalayır, ana dilimizin ən gözəl və ülvi sözlərinə necə divan tuturlar-bunu bir Allah bilir.
Şübhəsiz ki, yalmanaraq tikə qazanmağa, mövqeyini qorumağa çalışan yaltaq adam əxlaqsız, ikiüzlü, hiyləgər, əsl buqəlamundur. İslam peyğəmbəri “yaltaqların gözünə torpaq sovurun” deyə cəmiyyəti bu adamlardan uzaq durmağa çağırırdı. Çünki bu adamlar ictimai mühit üçün təhlükədir, sağlam düşüncə və əxlaq üçün qrip virusu qədər qorxuludur. Bu yerdə insanlıq adına ləkə olan həmin çağdaş yaltaqları “vəsf” edən böyük şairimiz Musa Yaqubun misraları yadıma düşür:
Yalmana-yalmana tikə qazanan,
Ah, bu it payına ortaq adamlar!
Tülküyə ayrılmış ruzudan yeyir,
Bu hiylə adamlar, yaltaq adamlar.
Bəli, əxlaqı ayaqlar altına salan yaltaqlar o kəslərdir ki, umacaqlı gözləri həmişə yalandan tərif etdikləri ixtiyar sahiblərinin süfrəsindədir. Həmin umacaq onlar üçün həyat və yaşayış stimuludur, onun xatirinə utanmadan hər cür alçaqlığa və yaramazlığa getməyə hazırdırlar. Yəni bu adamlar vicdan və əxlaq sarıdan axsayanlardır, əslində onlar üçün heç əxlaq və abır-həya anlayışı da yoxdur. Olsaydı, zatən niyə yaltaqlıq edirdilər ki?!
* * *
Xalq arasında yaltaqlığın “ona-buna yarınmaq” kimi tutarlı adı var. Və bu yarınmaq birbaşa nəfsin təhriki ilə, qazanmaq üçün olur. İnsan ləyaqətini alçaldan bu üsulla qazanmaq əxlaqa zidd olduğundan normal cəmiyyətlərdə yaltaqlıqla əxlaq bir arada yaşaya bilmir. Çünki yaltaqlıq əxlaq və mənəviyyat üçün gizli düşməndir. Bu qorxulu düşmən yaşayarsa və cəmiyyəti idarə edənlər yaltaqlığa rəvac verib ondan zövq almağa başlayarlarsa, o zaman insan şərəfi və ləyaqət deyilən dəyər həmişə ayaqlar altında tapdalanar.
Sağlam cəmiyyət həmişə yaltaqlığa qarşı olub, çünki yalan və riyakarlıqdan qidalanan yaltaqlıq, ilk növbədə cəmiyyətin minillik dəyərlərinə və ictimai əxlaqa zərbə vurur. Yaltaqların tirajladığı yalanlar mahiyyət etibarilə beyinləri dumanlandıra, gerçəyi təhrif edə, insanları doğru yoldan azdıra bilir. İngilislərin dahi Şekspir qədər dəyər verdikləri Con Milton hələ XVII əsrdə “Mətbuat azadlığı” (“Areopagitika”) əsərində Britaniya parlamentinə müraciət edərək deyirdi ki, yerində olmayan tərif yaltaqlıqdır, şəxsi təmənna üçün yalan danışıb yaltaqlıq etmək, həm də ölkənin bu günü və gələcəyi üçün təhlükəlidir. Məncə, Miltonun bu xəbərdarlığı yaltaqlıq girdabında çabalayan bizim kimi cəmiyyətlər üçün hələ də öz aktuallığını saxlayır…
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 2025 21:14
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Ağsuda torpaq saxtakarlığı
29 noyabr 2025 11:13
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
