BECAN QASIMOV-75

Aprelin 28-də Beynəlxalq Mətbuat Mərkəzində Becan Qasımovun 75 illik yubileyi münasibəti ilə işıq üzü görmüş Niftalı Göyçəlinin “Becan Qasımov-Göyçə xatirələri” adlı yazdığı kitabın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri – ölkənin tanınmış alimləri, millət vəkilləri, media mənsubları iştirak edib və yubilyar haqqında öz ürək sözlərini söyləyiblər. Kitabda Göyçə kimi böyük bir mahalın el ağsaqqalı olan Becan Qasımovun həyatı iə bağlı məlumat verilib, onun ömür yoluna az da olsa bir işıq salınıb, yubilyarla bağlı acılı-şirinli xatirələr öz əksini tapıbdır. Göyçə mahalının Nərimanlı kəndində 1943-cü ilin aprelin 28-də dünyaya göz açan Becan müəllim elə uşaqlıqdan istedadlı olub. O, məlahətli səsi ilə həm aşıq, həm də xalq mahnılarını məharətlə ifa edib. Elə bu səbəbdən də sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına verib. İmtahanlardan əla qiymətlər alsa da, ailə vəziyyətinin ağırlığı ilə əlaqədar təhsilini davam etdirə bilməyib. Amma 1975-ci ildə Özbəkistan Poltexnik İnstitunu bitirib. Ali təhsili olmasına baxmayaraq, fiziki gücünə, etibarlılığına və bir sıra yüksək keyfiyyətlərinə görə uzun müddət rayon rəhbərliyinin sürücüsü işləyib. İşlədiyi müddətdə çox insanlara xeyirxahlıq edib, bir çoxlarına üzləşdikləri problemlərini qaydasına qoymaqda yardımçı olub.
Şövinist erməni rəhbərləri ilə uzun müddət təmasda olduğundan, onların yerli əhaliyə, türklərə qarşı hansı mövqedə olduqlarını yaxşı bilən Becan Qasımov yeri gələndə qorxmadan, çəkinmədən onların cavabını verib. Elə bu səbəbdən ermənilər Becan Qasıımov olan yerdə milli məsələdən söhbət açmaqdan ehtiyat ediblər. Həmişə ağsaqqallar B.Qasımova qorxamqlıqda, mərdlikdə, səxavətdə babası Qlava Balıya çəkdiyini deyirdilər. Hansı ki, el arasında həm də “Molla Balı” kimi tanınan bu şəxs bir elin, obanın dayağı olub. Dədə Ələsgəri də dostu olan Molla Balını ustad qızılvəngli Həcər xanıma yazdığı şeirlərinin birində bu cür vəsf edib:
Bilmirsən, ərz edim, olgunan halı,
Onlara möhtacdı Göyçə mahalı,
Sənə müştaq oldu bəy Molla Balı,
İsgəndər tək ac aslana nə dedin?!
B.Qasımov vaxtilə həm də dərin məzmunlu şeirlər də yazıb. Kitabda onun yazdığı və ona həsr olunmuş şeirlər, maraqlı xatirələr də öz əksini tapıb. O, 75 baharına qədəm qoysa da, hələ də gənclik təravətini, özünün məlahətli səsini, şuxluğunu bu günədək qoruyub, saxlaya bilib. Daima şuxluğunu, şaxlığını qorumaq arzusu ilə biz də yubilyarı təbrik edirik!
- Eldar Namazov Seçim Komissiyasının üzvü oldu
1 sentyabr 2025 22:09
- Prezident bu hərbçiləri təltif etdi (SİYAHI)
22 avqust 2025 17:24
- Prezident nekroloq imzaladı
2 avqust 2025 00:20
- Azərbaycanlı ilə evlənən, muğamımızı dünyaya tanıdan amerikalı - VİDEOMÜSAHİBƏ
30 iyul 2025 23:08
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri
29 iyul 2025 10:56
- Son sözündə dedi ki, Natiqlə GÖRÜŞƏ GEDİRƏM ... - VİDEO
28 iyul 2025 12:53
- Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
5 avqust 2025 22:16
- Prezident media nümayəndələrini təltif etdi (SƏRƏNCAM)
22 iyul 2025 01:24
- Azərbaycan güləşçisi Avropa çempionu olub
3 iyul 2025 00:46
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
3 iyul 2025 13:04
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22