İnam Kərimov amerikalı müttəxəsislərlə görüşüb
May ayının 3-də kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi (“AqroMərkəz”) və ABŞ-ın Texas A&M Universitetinin mütəxəssisləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşün məqsədi Azərbaycanda pambıq istehsalının səmərəli təşkili ilə bağlı müzakirələrin aparılması və bu sahədə milli platformanın yaradılması olub.
İ. Kərimov ölkəmizdə pambıqçılığın kənd təsərrüfatının prioritet sahəsi olduğunu qeyd edib və bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatlarla, həmçinin “AqroMərkəz” təşkilatının həyata keçirdiyi layihəyə dəstək veriləcəyini nəzərə çatdırıb.
Nazir pambıqçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələrinin də - məhsul istehsalının artırılması, analitik təhlillərin aparılması, mövcud problemlərin həlli ilə bağlı təkliflərin hazırlanması, aqrodəstək tədbirlərin səmərəliliyinin yüksəldilməsi və eyni zamanda aqrar məhsulların ticarətinin optimallaşdırılmasının ümumilikdə aqrar sektorun inkişafına təsir edəcəyini bildirib.
“AqroMərkəz” haqqında məlumat verən qonaqlar bildiriblər ki, təşkilat 2017-ci ildə Azərbaycanın strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları üzrə infrastrukturun gücləndirilməsi, bu sahədə təlim və tədris sisteminin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Həmçinin qonaqlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birlikdə regionlara səfər edərək pambıq istehsalının təşkili ilə əlaqədar ilkin məlumat əldə etdiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, Texas A&M Universitetinin mütəxəssislərinin ölkəmizə səfərinin məqsədi, “AqroMərkəz” təşkilatının nümayəndələri ilə birlikdə ölkəmizdə pambıq istehsalının səmərəli təşkili ilə əlaqədar araşdırma aparmaqdan ibarətdir.

- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
24 aprel 2026 20:04
- Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
15 aprel 2026 21:17
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
8 aprel 2026 15:07
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
