- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Sahil Babayev Səlim Müslümovun kadrını müdafə edir, yoxsa ona gücü çatmır?
Dünya17 may 2018 14:47
Bu yazıda yazılanlardan ölkənin Baş prokuruoru Zakir Qaralovun xəbəri var! Amma və lakin...
Bu yazıda yazılanlardan yeni nazir Sahil Babayev də xəbərsiz deyil, çünki ən azından dörd dəfə teleqram vurulub, şikayət məktubu göndərilib, amma və lakin...
Bu yazıda yazılanlar Azərbaycan Pespublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Pespublikası Korrupsiyaya və Rüsvətxorluğa qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə, Azərbaycan Respublikası maliyyə nazirinə, Hesablama Palatası sədrinə ünvanlanan ərizə və şikayət məktublarında da yer alıb, amma və lakin...
İş ondadı ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanan yoxlama onunla bitib ki... şikayətçilərin əleyhinə ayrı-ayrı qurama epizodlar üzrə məhkəməyə yönəlik addımlar atılıb!
Söhbət nədən və kimdən gedir? Gəlin faktlarla tanış olaq:
1. İntiqam Nizam oğlu Əliyev İmişlidə DSMF-yə müdir təyin olunan kimi rayon arxivi ilə əlbir olaraq, kolxozların arxiv kitablarını dəyişdiriblər. Bütün kolxozlar barədə az məlumatlı olsaq da, Muradxanlı kəndinin sabiq S.Vurğun adına kolxozun 1987-1993-cü illərin arxiv kitabları ləğv olunub, əvəzində 7 il üçün broşüraya bənzər bir "arxiv" yaradılıb və həmin "arxiv"də əksini tapan əməkhaqqı və adam-günləri dəyişilərək saxta əmək haqqı yazılmışdır: xətt və ruçka fərqi uzaqdan bilinir, ekspertizaya ehtiyac belə yoxdur!
Bu "kitab"da elə adlara rast gəlinir ki, həmin adamlar Muradxanlı kəndinin və S.Vurğun adına kolxozun harada yerləşməsini belə bilmirlər və çoxu da həmin kəndin sakini deyil!
Cəfərli, Sarıxanlı, Qızılkənd, Xoşçobanlı kəndlərinin və ümumiyyətlə, bütün kolxozların və kooperativlərin arxiv sənədlərinə baxış keçirilsə, düzəlişlər və saxtakarlıqlar uzaqdan göz deşər!
İmişli Kommunal-Təsərrüfat Kontorunun arxiv kitabı demək olar ki, yoxdur! 1994-cü ilin əmr kitabı bir neçə cırıq vərəqdən ibarətdir, amma adamlar arxiv kitabına düzəlişlər etməklə başqa yerdə əmək haqqı yazdırmaqla sığorta şəhadətnaməsi tələbini guya ki, ödəmiş olublar. Konkret adlar bir, iki, üç deyil, ona görə də beşinin adını yazıb, on beşinin adını yazmamaqla seç-ayır etmirik!
Ancaq... vəfat etmiş Muradxanlı sakinlərinin adını yazırıq. Belə ki... 2014-cü ilin yanvarında Fonddan İmişli rayon şöbəsinə vəfat etmiş pensiyaçıların pensiyalarını diri kimi ödəniş edilməsi barədə 20-25 nəfərlik siyahı daxiş olmuşdur və bu ödənişlərdən ölü yiyələrinin xəbəri olmayıb. Həmin siyahını gizlədən İntiqam Əliyevin də, əlaqədar şəxslərin və cavabdehlərin də nəzərinə çatdırırıq ikicəsinin adını: Muradxanlı sakinləri Rübabə Əsgər qızı Səmədova, Camal Əli oğlu Rəhimov.
2. Ört-basdır edilən yeyinti faktlarından da bircəciyini yazırıq: başqa əraziyə köçmüş pensiyaçıların pensiyaları həm köçdüyü əraziyə göndərilir, həm də sənədlərinin surəti saxlanılaraq İmişli şöbəsindən mənimsənilir. Beləliklə, 2015-ci ildə İmişli rayonunun Əliqulular kəndindən Beyləqan rayonuna köçmüş Qarabağ əlili Fazil Xasməmməd oğlu Əliyevin tədaüdünün iki yerdən alınması faktı Fond tərəfindən aşkar olunmuş, alınan pulun maliyyə sektorunun müdiri Ələddin İsmayılovla İntiqam Əliyev arasında bölüşdürüldüyü təsdiqini tapmışdır! Amma nə olsun ki? Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə İdarəsinin təftişçiləri bu faktı "görə" bilməmişlər!
3. Gəlirlər sektorunda DSMF-yə borcu olan idarə, müəssisə və təşkilatların bank hesablarına inkassa qoyulsa da, fonda bir manat belə ödəmədən həmin inkassanın götürülməsi halları da göz önündədir! Nəticədə dövlət büdcəsinə vurulan ziyan hər ay təkrarlanır və kütləvi xarakter alıb: büdcəsi kəsirdə qalan Azərbaycan dövləti, cibləri dolan isə İntiqam Əliyevdir!
4. Faktın dəhşətlisi isə budur ki, İntiqam Əliyev həm rayon məhkəməsinin, həm də apellyasiya məhkəməsinin qərarını ləğv etdirmək gücündə, qüdrətindədir! Bu rayonda Azərbaycan Respublikasının deyil, məhz İntiqam Əliyevin qaydaları ilə pensiyaya çıxmaq olur: İntiqam Əliyevin bu "mərhəməti"nin-qanunun qiyməti isə 4-5 min manat civarındadır - idarənin özündə Rəsul adlı bir nəfər seyid öz cəddinə arxalanıb bütün bu tip məsələləri həll edir!
Elementar bir fakt: Apellyasiya məhkəməsinin qərarı ilə əmək stajı ləğv olunmuş vətəndaşa İntiqam Əliyev pensiya kəsir! Bax bu lotuluğu dünyanın heç harasında keç kim etməyib! O boyda qərarı harda və necə gizlədib, bir özü bilir, bir də allah. Adamlardan bircəsinin adını yazırıq, qalanlarını da korrupsiya idarəsi zəhmət çəkib kompüterdə məlumat bankından tapsın! Artıq "avtoqəza" ilə rəhmətə göndərildiyi güman edilən Vəlyev Uğuz Əflan oğlunun timsalında cinayət təqibinə başlamaq olar!
5. Bu bənddəki korrupsiyaya görə isə korrupsionerliyinə görə İntiqam Əliyevə "5" də vermək olar - istər il olsun, istər bilik və bacarıq dəyəri! Belə ki, İntiqam Əliyevin qanunlarına görə, İmişlidə 2012-2014-cü illərdəki saxta əmək haqları hesabına hər il 100 nəfərin sosial pensiyası ƏSMM-dən alınıb DSMF-də əmək pensiyası kimi hesablanır ki, bu fərqi də Korrupsiya İdarəsində hesablaya bilən olsa, Dövlət büdcəsinə dəyən ziyanın neçə milyon olduğu dəqiq bilinər! Və... sosialdan əmək pensiyasına transfer edilənlərin əksəriyyətinin kötük sənədləri yoxdur!
6. DSMF-nin İmişli rayon şöbəsində "doplata" deyilən bir termin var. Pensiyaçıların plastik kartlarını "işbazlar" seyid Rəsulun vasitəsiylə alıb, kolxozların son hesablaşma kitabları saxlanılan arxivində düzəlişlər edərək, onların hesabına guya əvvəlki illərin alınmamış fərq məbləğlərini yazaraq hər ay 50 min manatdan çox pulu bir dəfəyə çıxarırlar. Halbuki vətəndaşların bu pullardan xəbəri yoxdur! Əgər korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə idarəsinin marağında olarsa, rayon şöbəsinin kompüter sisteminə girib bunu çox asanlıqla əldə edə bilər! Ən azından "doplata" yazılmış minə qədər ada rast gəlmək olar. Təkcə 2013-cü ilin mart ayında 80 min manat mənimsənilmişdir! O boyda siyahıdan cəmi 33 nəfərin adı əlimizdə var. Maraqlı olanı budur ki, həmin pullar hissə-hissə ödənilməlidir, amma birdəfəyə köçürülür, eyni gündə də eyni saatda DSMF-nin işçilərinin yaxın adamları tərəfindən eyni bankomatdan çıxarılır, plastik kartlar isə sahibinə qaytarılır. Faktiki olaraq isə, vətəndaşın həmin mənimsənilən fərq məbləğindən xəbəri olmur!
7. Ən faciəlisi də odur ki, İntiqam Əliyev tabeçiliyində olan işçiləri nəinki cinayətə təhrik, hətta məcbur edir, alınmayanda külqabını üstlərinə atır, tapança çəkir, işdən çıxarır! İntiqam Əliyevin irimiqyaslı maxinasiyalarına görə isə cəzanı... 50-150 manata görə mirzəlik edənlər çəkir! Çünki İntiqam Əliyevi respublika Baş prokurorluğunun general rütbəsindəki idarə rəisi himayə edir!
8. Bundan sonra da bir 7 punkt İntiqam Əliyevin İmişlidəki iqtisadi-maliyyə cinayətkarlığını təsbit edən "qəhrəmanlıq"larından yazmaq olardı, amma özümüz də fərqinə vardıq ki, day bəsdir: əgər bu ölkədə rüşvətlə, korrupsiya ilə mübarizə aparmaq istəsə korrupsiyalaşmış koruppsiyaya və rüşvətxorluğa qarşı mübarizə idarəsi, kifayət qədər əsas var! Ancaq bir orası da var ki, Səlim Müslümovun bu bir nömrəli kadrı İntiqam Əliyevin əlindən İmişlini almaq Sahil Babayevin gücü xaricindədi, onun əməlləri barədə məlumatlı olsa da, haqqında cinayət təqibini başlatmağa cəsarəti çatmaz. Kim bilməsə də, Sahil Babayev dəqiq bilir ki, İntiqam Əliyev kimə sığınır!
İndi bildinizmi, əzizlərim, niyə İmişlinin prokuroru, məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi İntiqam Əliyevin havasına oynayır, onun qanunlarına əməl edir?
Aydın Canıyev
p.s. DSMF-nun İmişli şöbəsinin başqanı İntiqam Əliyev haqqında cinayət təqibi başlanana qədər əlimizdəki faktları AR Baş prokuruluğunun Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə İdarəsinə təqdim etməkdə davam edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayein cəsarətsizliyini nəzərə almadan, ona heç olmasa kadr islahatı aparmaqda yardımçı olmağı peşə borcu bilirik! Əks təqdirdə, belə davam etsə, onun da sonunda Səlim Müslümov kimi ölü adına iki milyard pul silməyinə şahid olacağıq!
Oxşar xəbərlər
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
1 may 2026 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 2026 23:07
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
Xəbər lenti
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
Video & Fotoqalereya
Video
Fotoqalereya
