BSU-da “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” adlı yeni dərsliyin təqdimatı olub
Mayın 22-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər kafedrasının hazırladığı “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” adlı dərsliyin təqdimatı olub.
Tədbirin əvvəlində çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dərsliyin tələbələr, o cümlədən professor-müəllim heyəti üçün əhəmiyyətini qeyd edib. R. Novruzov bildirib ki, Beynəlxalq münasibətlər kafedrasının dosentləri Ləman Qarayeva, Şəhla Nuruzadə və Zümrüd Məlikovanın müəllifi olduqları dərslik elmi mənbələr əsasında və Azərbaycan Respublikasının təhsil siyasətinə müvafiq şəkildə tərtib olunub. O, deyib ki, müəlliflər dərslikdə qədim dövrdə və orta əsrlərdə dövlətlər arasında beynəlxalq münasibətlərin özünəməxsusluqlarını ictimai həyatın digər tərəfləri ilə sıx əlaqəli olan, eyni zamanda öz qanunlarına əsasən inkişaf edən xüsusi reallıq kimi təqdim etməyə çalışıblar. “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dərsliyinin bütün universitetlərin istifadə edə bilməsi üçün nəzərdə tutulduğunu deyən R. Novruzov müəllifləri yüksək səviyyəli əsər ərsəyə gətirdiklərinə görə təbrik edib.
Kitabın müəlliflərindən dosent Zümrüd Məlikova qeyd edib ki, “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dörd cildlik kitabın birinci hissəsidir. O. gələcəkdə bu dərsliyin üç cildinin də çap olunmasının nəzərdə tutulduğunu deyib. Zümrüd Məlikova qeyd edib ki, iyirmi üç fəsildən ibarət olan dərslikdə hər müəllifin yeddi mövzusu öz əksini tapıb. Sonra Z.Məlikovanın dərslikdə müəllifi olduğu mövzular barədə məruzəsi dinlənilib.
Həmmüəlliflərindən biri olan dosent Ləman Qarayeva çıxışında bildirib ki, “Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dərslikdə sistemləşdirilmiş proqram əsasında mühüm tarixi faktlardan ibarət şərhlər öz əksini tapıb. L. Qarayeva diqqətə çatdırıb ki, dərslikdə beynəlxalq münasibətlərin formalaşmasını və təkamülünü şərh edərkən tarixi yanaşma ilə yanaşı, siyasi və müqayisəli təhlildən də istifadə edilib. Həmmüəllif qeyd edib ki, dərslik həm bakalavrlar, həm də magistralr üçün nəzərdə tutulub.
Tədbirdə iştirak edən AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev nəşr olunan yeni dərslik barədə müsbət fikirlər səsləndirib. O, yüksək səviyyəli mütəxəssislər tərəfindən ərsəyə gələn yeni dərsliyin siyasi elmlərin inkişafına mühüm töhvə ölduğunu qeyd edib.
Tədbirin davamında BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf, Beynəlxalq münasibətlər kafedrasının dosenti Alpay Əhmədov, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri professoru Habil Məmmədov dərslik barədə təssüratlarını bölüşüblər.
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
