“Ermənistanın təcavüzkar siyasət yürütməsi...” - İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.
“Qafqazinfo”nun məlumatına görə, müraciətdə deyilir:
“Hörmətli konfrans iştirakçıları! Sizi ürəkdən salamlayır, “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq konfransın işə başlaması münasibətilə təbrik edirəm.
Qafqaz dövlətləri arasında münasibətlərin hərtərəfli tədqiqi, obyektiv elmi nəticələrin çıxarılması və geniş yayılması mühüm praktiki əhəmiyyət kəsb edir. Bu bölgə əsrlərdən bəri müxtəlif xalqların və mədəniyyətlərin qaynayıb qarışdığı, özünəməxsus zəngin mədəni irsə və ənənələrə malik nadir bir məkandır. Strateji əhəmiyyətinə görə hər zaman müxtəlif güc mərkəzlərinin maraq dairəsində olması regionda dövlətlərarası əlaqələrə və xalqlar arasında münasibətlərin xarakterinə xeyli dərəcədə təsir göstərmişdir.
Bir əsr əvvəl yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin və digər qonşu respublikaların tarixi, habelə müasir müstəqillik dövrünün təcrübəsi göstərir ki, Qafqaz xalqlarının istiqlaliyyəti, əmin-amanlığı və rifahı, ilk növbədə, onların qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlığından asılıdır. Təəssüf ki, ötən əsrin əvvəllərində olduğu kimi, indiki Ermənistan dövləti də qonşu ölkələr, xüsusilə Azərbaycan hesabına öz ərazilərini genişləndirmək məqsədilə təcavüzkar siyasət yürüdür, işğal, soyqırımı və etnik təmizləmələr həyata keçirir. Bu isə bölgədə sülhə, sabitliyə və ölkələrin tərəqqisinə əngəl yaradır.
Azərbaycanın və dünyanın tanınmış elmi mərkəzlərini təmsil edən 200-dək tədqiqatçının iştirakı ilə keçirilən belə beynəlxalq konfranslar tarixi təcrübəni, geosiyasi prosesləri öyrənməklə nəticələri dərindən qiymətləndirməyə, habelə müvafiq elmi-tədqiqat institutları və mütəxəssislər arasında ikitərəfli əməkdaşlığın qurulmasına və inkişafına kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimlərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsinə öz töhfəsini əsirgəməyəcəkdir.
Ümidvaram ki, konfrans çərçivəsində aparacağınız müzakirələr, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində əhəmiyyətli addım olacaq, beynəlxalq elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir.
Hamınıza bu yolda böyük nailiyyətlər, şəxsi həyatınızda möhkəm cansağlığı və səadət arzulayıram”.
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 2026 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 2026 21:42
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
