BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Mayın 25-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı təntənəli yubiley tədbiri keçirilib. Tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Himnin ardından BSU tələbələri Cümhuriyyət bayramı münasibətilə təbrik nitqi oxuyublar.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı “Gizli istiqlalçılar” adlı tarixi-sənədli film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi haqqında 16 may 2017 –ci il tarixli Sərəncamını qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın öz dövlətçilik tarixinə yüksək sədaqət və ehtiramı kimi dəyərləndirib. N.Əliyeva 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin hər yerində, o cümlədən ölkə xaricində dövlət səviyyəsində mühüm tədbirlər keçirildiyini qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətini tariximizin ən parlaq səhifəsi adlandıran BSU rektoru müsəlman aləmində ilk parlamentli respublikanın Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərdiyini, demokratiya, insan haqları kimi vacib məsələləri gündəmə gətirdiyini xatırladıb.
Nurlana Əliyeva AXC-nin tarixindən söhbət açaraq 100 il əvvəl cümhuriyyətin elan edilməsini imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğunu qeyd edib. O deyib ki, AXC mövcud olduğu iki ilə yaxın müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsində tərəqqisinə böyük töhfələr verilib. 1990-cı illərin əvvəllində Azərbaycanda baş verən hadisələri xatırladan N.Əliyeva xalqımızın xilaskar oğlu Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət müstəqilliyimizin qorunub saxlanıldığını, ölkəmizin inkişaf strategiyası müəyyən edildiyini, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın bugünkü uğurları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.
Tədbirdə iştirak edən AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığından danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı görülən işlərdən söz açıb. Y.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən məqamlardan biri də dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. O bildirib ki, Azərbaycan hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib.
Tədbir rəsmi hissədən sonra konsert proqramı ilə davam edib.
BSU-nun Mətbuat Xidməti
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 2024 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 2024 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 2024 10:00
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 2024 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 2024 22:09
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 2024 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 2024 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 2024 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 2024 18:09
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 2024 21:40
- İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
18 may 11:06
- Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal
18 may 10:50
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 10:00
- Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər
18 may 09:49
- Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada zərərsizləşdirib...”
17 may 23:22
- Prezidentlər naharda nələr yeyiblər - Fotolar
17 may 22:09
- Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasova HƏBS OLUNMAYIB
17 may 19:55
- Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
17 may 19:09
- Zakir Həsənov general-mayora yüksək vəzifə verdi
17 may 19:00
- Prezidentlər Cıdır düzündə - Fotolar
17 may 18:42
- NAR-an voleybol üzrə milli komandalarımıza dəstək
17 may 18:09
- Ərdoğan bu generalları əfv etdi
17 may 12:24
- Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat
16 may 21:27
- Məhkəməni təxirə saldırıb vaxt qazanan Gülnarə Bayramova qardaşı Gündüz Əliyevlə qurduğu plandı?
16 may 21:00
- Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR-VIDEO
16 may 18:03
- Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar - Yenilənib
16 may 17:47
- Prezident bu qurumun ləğv edilməsinin vaxtı çatdığını bildirir
15 may 13:22
- Bakcell F1 Star Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
15 may 13:11
- Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
14 may 13:17
- Zakir Fərəcov korrupsiyaya bulaşanları niyə qoruyur
14 may 13:00
- Anası ayrılmaq istəyib, məşqçi də hirsini Fəriddən çıxıb – Şahid DANIŞDI
13 may 11:42
- Prezident qəbul keçirdi - Fotolar
13 may 11:13
- Prezident məni bağrına basdı, çox həyəcanlı idim - Fotolar
12 may 12:09
- Zakir Fərəcov məhkəməyə verildi
11 may 19:34
- Ziba Osmanova iki azyaşlını maşınla vurdu
11 may 19:18
- Ramiz Tahirov vəzifəsindən azad olundu - Foto
11 may 16:54
- Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto
11 may 16:39
- Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib
10 may 16:17
- Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi
10 may 16:10
- İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad (VİDEO)
10 may 12:27