Yardımlıda icra başçısıyla Sabir Rüstəmxanlı arasında qarşıdurma: İşə PA qarışdı
Hadisə27 may 2018 12:33
Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq nazir və millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı arasında qarşıdurma yaranıb.
bakupost xəbər verir ki, bu barədə xalq şairi özünün "Facebook” səhifəsində məlumat verib. Bildirib ki, A. Əsgərov onun təhsil aldığı məktəbdə şagirdlərlə cümhuriyyətlə bağlı görüşünə mane olmaq istəyib və bu, ciddi gərginliyə səbəb olub. Məsələyə Prezident Aparatı və Təhsil Nazirliyi qarışıb. Yüksək instansiyalar müdaxilə etdikdən sonra icra başçısı geri addım atmağa məcbur olub.
"Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bəhanələrinə, qadağalarına, rayon təhsil şöbəsi müdirinə və məktəb direktoruna gizli tapşırıqlarına və sair, ziyalıya, başçıya, nəhayət normal insana yaraşmayan cəhdlərinə baxmayaraq mayın 25-də Prezident Aparatının və Təhsil Nazirliyinin (onlara təşəkkürümü bildirirəm) müdaxiləsindən sonra məzunu olduğum doğma məktəbimizdə şagirdlərlə görüş keçirdim. Bu görüş cümhuriyyət bayramına və bizim məzunluğumuzun yubileyinə həsr edilmişdi, mühüm görüş idi. Lakin mənim üçün o görüş qədər önəmli olan başqa bir məsələ də yerində olmayan, səlahiyyətini və məsuliyyətini bilməyən, böyüyə, kiçiyə hörmət eləməyən və nəticədə özünü gülünc vəziyyətə salan başçıya yerini göstərmək, mədəniyyətin, səlahiyyətin, nəhayət dövlətçilik tərbiyəsinin nə demək olduğunu anlatmaq idi. O niyə belə bir xam xəyala düşməlidir ki, Yardımlının şagirdlərinin istəyini nəzərə almadan, bu dövlətin bərpasında xidməti olan, ölkənin köhnə nazirini, 25 illik millət vəkilini, Azərbaycanın Xalq şairini, nəhayət bu rayonda doğulmuş bir insanı öz bitirdiyi məktəbə buraxmamaq qədər gülməli, heç bir hüquq və insanlıq normasına sığmayan bir işi görə bilər, Yardımlıda buna gücü çatar və sonra da qalıb bu rayonda xalqın üzünə utanmadan baxa-baxa vəzifəsini sürdürər?”, - deyə xalq şairi bildirib.
S. Rüstəmxanlının sözlərinə görə, başçı bir həftə əvvəl görüşlə bağlı tərəddüdlü də olsa, müsbət fikirdə olduğunu dilə gətiribmiş: "Məni təəccübləndirən başqa bir şey də var. Bir həftə öncə görüşü icra başçısı ilə razılaşdırmağın vacibliyini mənə demişdilər və mən də başçıya zəng vurmuşdum. Bir az tərəddüdlə olsa da, "gəlin, məktəbdə görüş keçirməyinizə bir söz demirik" demişdi. Rayona çatan kimi yanına getmişdim. Onda da "olmaz!" deməmişdi. Anlaşılmayan da məhz budur: üzdə mənə "etirazımız yoxdur” deyib, arxada başqa tapşırıq vermək iyrənc işdir, ayıbdır və bir rayon böyüyünə yaraşmaz...”
Xalq şairi hər şeyə rəğmən görüşün yüksək səviyyədə keçdiyini vurğulayıb: "Lakin əsəblərimiz pozuldu. Ancaq ortada çoxlu suallar qaldı. Niyə bir şairin, bir ziyalının öz doğma məktəbində görüş keçirməsi Prezident Aparatı və nazirlik səviyyəsində həll olunmalı, niyə rayon başçısı bu işə qarışmalıdır? Bu, məktəbin, müəllimin öz işi, öz səlahiyyəti və öz məsuliyyətdir. Hər xırda iş gedib rəhbərlik səviyyəsinə çıxmalı deyil.
İkincisi, bu nadir nüsxəni hardan tapıblar və Yardımlı kimi işləyən başçıya ciddi ehtiyacı olan rayona niyə göndəriblər?
Nəhayət, şagirdlərin cümhuriyyət bayramı ərəfəsində öz sevdikləri qələm əhliylə görüşünü önləmək istəyən bir adam hansı dövlətçilik, idarəçilik şüurundan və yerli əhaliyə hansı hörmətindən danışa bilər?”
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
