Yolu zəbt edən kafelər: məclis gecədən səhərə qədər davam edir (FOTOLAR)
Maraqlı27 may 2018 20:49
Bakının Nəsimi rayonu, Cavadxan küçəsinin bir hissəsi kafe və çay evləri tərəfindən zəbt edilib. Binaların birinci mərtəbəsində yerləşən ticarət və iaşə obyektləri piyadalar üçün nəzərdə tutulmuş yolu tutduğundan, sakinlər evlərinə getmək üçün avtomobil yolundan istifadə etmək məcburiyyətində qalırlar. Hətta fövqəladə hadisələr zamanı da təcili yardım və ya yanğınsöndürmə avtomobilləri binaya yaxınlaşa bilmir.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına Cavadxan küçəsi, 23 ünvanında yaşayan Kənan Qasımov müraciət edib.
Onun sözlərinə görə, obyektlərin yolu bütünlüklə bağlaması azmış kimi gecə səhərə qədər kafelərdən çıxan sərxoş insanların səs-küyündən evdə yaşamaq mümkün deyil: "Qışda bizim binamızın zirzəmisində kabel alışmışdı, yanğınsöndürənlər binaya yaxınlaşa bilmirdi. Çox çətinliklə kafelərin qurduğu barrikadanı yara bildi. İndi də hava isindiyinə görə kafelərin stollarını çıxararaq yolda quraşdırıblar. Evimizə keçib gedə bilmirik. Xüsusən də, qadınlar çox əziyyət çəkirlər. Küçədən qadınlar keçəndə onlara sataşırlar. Gecə saat 3-4-ə qədər domino və nərd oynayırlar, sərxoş kişilərin, əxlaqsız qadınların əlindən bilmirik hara gedək. Pəncərəni açıb hava almaq, küçədən uşaqla keçmək mümkün deyil. Bakıda nə qədər əxlaqsız, avara adam var, evimizin qabağına yığışıb...”
Şikayətçi deyir ki, bina sakinləri dəfələrlə "102” qaynar xəttinə zəng edib, Nəsimi rayon polis idarəsinə ərizə ilə müraciət etsələr də, faydası olmayıb. Kafe sahibləri isə sentyabr ayının 11-dək icra hakimiyyətinə icarə haqqı ödədiklərini və buna görə də, fəaliyyətlərini davam etdirəcəklərini deyirlər.
"Polis idarəsi müraciətimizi 19-cu polis bölməsinə yönləndirib. Onlar da yəqin ki, sahə müvəkkilinə tapşıracaqlar. Axı sahə müvəkkili onlara nə etsin, uzağı fahişəliklə məşğul olma və ya səs-küyə görə həmin şəxsləri 30-40 manat cərimələyəcək. Amma yenə öz işlərini davam edəcəklər. Əgər bizim problemimizə çarə tapmasalar, biz yığışıb Prezident Aparatına gedəcəyik”, - deyə K.Qasımov bildirir.
Şikayətlə bağlı Nəsimi rayon 19-cu polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən daxil olan müraciətin araşdırıldığını və qanun çərçivəsində tədbir görüləcəyini dedilər.
Oxşar xəbərlər
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya





