BSU-da istehsalat praktikasının yekunlarına həsr olunmuş konfrans keçirilib

BSU-da istehsalat praktikasının yekunlarına həsr olunmuş konfrans keçirilib
Mayın 29-da Bakı Slavyan Universitetində (BSU) 16 fevral-24 may 2018-ci il tarixləri arasında müxtəlif idarə və təşkilatlarda praktikada olmuş IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva istehsalat və pedaqoji təcrübənin uğurla başa çatdığını bildirib. O, məzun olmağa hazırlaşan gənclərin böyük əksəriyyətinin praktika müddətində özlərini doğrultduqlarını, universitetə müsbət xasiyyətnamə ilə qayıtdıqlarının diqqətə çatdırıb. N.Əliyeva onları gəncləri gələcəkdə çalışacaqları qurumlarda da ciddi olmağa, milli-mənəvi dəyərləri qorumağa, həmin strukturlara xalqımızın ən yaxşı adət-ənənələrini aparmağa səsləyib. O, Ulu öndər Heydər Əliyevin əmanət qoyduğu zəngin milli mənəvi irsin, mənəvi-əxlaqi dəyərlərin yaşadılmasını hər bir Azərbaycan gəncinin qarşısında duran vacib vəzifə olduğunu vurğulayıb, tələbələri daim həmi mövqedən çıxış etməyə dəvət edib.
N.Əliyeva təhsillərini başa vurmaqda olan gənclərə bütün zamanlarda universitetin adını uca tutmağı, intizamlı, işə münasibətdə məsuliyyətli olmağı tövsiyə edib. Rektor əvvəlki illərin təcrübəsindən çıxış edərək məzunların çox vaxt istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırıb. O, bu il də belə təkliflər alan tələbələrin olduğunu bildirib. Rektor buna görə də praktika dövründə tələbələrin peşəkarlıq qazanmalarının, öz üzərlərində işləmələrinin vacib şərt olduğunu qeyd edib.
Təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov istehsalat və pedaqoji təcrübənin keçirildiyi təşkilatlar, təcrübənin gedişatı və digər məsələlər barədə hesabatla çıxış edib. O, qeyd edib ki, tələbələr bu il Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda, ASAN Xidmətdə, Milli Məclisdə, Dövlət Miqrasiya Xidmətində, Mərkəzi Seçki Komissiyasında, Heydər Əliyev Mərkəzində, "Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətində, Bakının orta təhsil müəssisələrində, o cümlədən qeyri-hökümət təşkilatlarında pedaqoji və istehsalat təcrübəsində olublar. Y.Alxasov tələbələrin böyük əksəriyyətinin özlərini müsbət cəhətdən göstərdiyini bildirib.
Sonra söz alan jurnalistika fakültəsinin müəllimi Mübariz Əhmədov təcrübəyə yollanan tələbələrin tezliklə müxtəlif idarə və təşkilatlarda BSU-nu təmsil edəcəklərini xatırladıb və onları çalışacaqları qurumlarda hər kəsə örnək olmağa çağırıb.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov isə çıxışında universitetin gələcək fəaliyyətində praktika hesabatları əsasında aparılmış təhlillərin nəzərə alınmasının vacibliyini qeyd edib. Universitet rəhbərliyi müstəqil həyata atılmağa hazırlaşan gənclərə uğurlar arzulayıb.
BSU-nun Mətbuat Xidməti
- Təranə Muradova yubileyinə hazırlaşır
5 avqust 2025 02:57
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
4 avqust 2025 23:15
- ABŞ-ın 2 nüvə sualtı qayığı artıq regiondadır...
4 avqust 2025 09:41
- Yaltadakı yaltaqlıq – ingilislər kazakları qarət etdikdən sonra SSRİ-yə satıblar
3 avqust 2025 14:34
- Elçin Əfəndiyev VƏFAT ETDİ
3 avqust 2025 14:49
- Çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır
3 avqust 2025 01:05
- Tokayev Türkmənistana gedir -Dənizə çıxışı olmayan ölkələr....
2 avqust 2025 10:02
- 36 ZƏLİ tutdular, 3000 CƏRİMƏ ödəyəcəklər
1 avqust 2025 22:56
- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1 avqust 2025 01:23
- Oliqarx oğlu razılığı pozdu, Ali Məhkəməyə üz tutdu – TƏFƏRRÜAT
27 iyul 2025 21:51
- POLİS haqqında Qanuna dəyişiklik edildi
05 avqust 16:39
- Yevgeniya QUTSUL 7 il azadlıqdan məhrum edildi
05 avqust 16:03
- Bu dəfə aliment verməyən ANA cəzalandırıldı
05 avqust 12:22
- 2 ay səsi tutuldu, Həbib Bayramov bunu bilirdi... -İslam Rzayevi kimlər zəhərləmək istəyib?
05 avqust 10:10
- Azərbaycanda yeni qanun - Heç bir şirkət ƏSL SAHİBİNİ gizlədə bilməyəcək
05 avqust 09:53
- Ərdoğan Kiyevə səfər edəcək
05 avqust 09:26
- Təranə Muradova yubileyinə hazırlaşır
05 avqust 02:57
- Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat...
05 avqust 01:12
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
04 avqust 23:15
- Putin 90-cı illərdə istintaqdan qaçaraq BU ADAYA SIĞINIB – İLK DƏFƏ SENSASİON BİLGİLƏR
04 avqust 11:03
- Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto
04 avqust 10:29
- ABŞ-ın 2 nüvə sualtı qayığı artıq regiondadır...
04 avqust 09:41
- Azərbaycan kartof ixracından nə qədər qazanıb?
04 avqust 09:16
- Suriya və İsrail nazirləri Bakıda GÖRÜŞDÜ
04 avqust 01:03
- Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər - VİDEO
04 avqust 00:39
- Pirşağıda icra strukturu və bələdiyyə orqanı tərəfindən törədilən daha bir qanunsuzluq: İstirahət günü vətəndaş tikilisi yerlə-yeksan edildi
03 avqust 15:47
- İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
03 avqust 15:19
- Yaltadakı yaltaqlıq – ingilislər kazakları qarət etdikdən sonra SSRİ-yə satıblar
03 avqust 14:34
- Bakıda əhalinin ən sıx yaşadığı RAYONLAR - SİYAHI
03 avqust 14:20
- Elçin Əfəndiyev VƏFAT ETDİ
03 avqust 13:22
- Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
03 avqust 12:56
- Bir həftədə 264 nəfər istidən öldü – Hökumət fövqəladə vəziyyət elan etdi
03 avqust 11:42
- Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
03 avqust 11:36
- İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
03 avqust 10:14
- Qarpız, qovun, avokado və ananası bu saatlarda yemək olmaz!
03 avqust 09:29
- Güləşçimiz dünya çempionu oldu
03 avqust 01:59
- Çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır
03 avqust 01:05
- Şahin Şıxlinski saxlanıldı
02 avqust 23:37
- Ənvər Seyidov vəfat etdi
02 avqust 22:38
- Tokayev Türkmənistana gedir -Dənizə çıxışı olmayan ölkələr....
02 avqust 10:02