“Bu, mənim üçün çox ağırdır” - Cəmil Quliyev
“Mənim yaxın qohumlarım arasında ermənilərin Azərbaycana qarşı törətdiyi hadisələrin qurbanları var. Mən onun bu hərəkətinə heç cür sakit yanaşa bilmərəm...”
Bu sözzləri “Xalq qəzeeti”nə açıqlamasında kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, milli kökləri olmayan, ermənilərin isə sülhsevər, mədəni insan kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. O bildirib ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş bu film heç bir bədii keyfiyyətə malik deyil: “Müxtəlif ölkələrdən erməni diasporundan aldığı qrantlar hesabına, bir neçə ermənipərəst aktyoru ətrafına toplayaraq ərsəyə gətirdiyi bir “film”dir. Burada Azərbaycan xalqını alçaldaraq, erməniləri alicənab, sülhsevər insanlar kimi təsvir edir. Filmdə bir epizod var ki, azərbaycanlı uşaq qaya üzərində dayanıb suya atılmağa qorxur. Xalqımızı bu qədər qorxaq, aciz təqdim ediblər. Daha bir mənfi epizod isə azərbaycanlıların vəhşi obrazında tərənnüm olunmasıdır. Başa düşmək olmur ki, öz doğma xalqına qarşı bu qədər yalan, iftira yazmaqla o, nəyə nail olmaq istəyir? Azərbaycan xalqı ona nə pislik edib?!
Bu insan hələ də Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəridir. Bu qədər hadisəyə baxmayaraq, bəzi kino xadimləri susur və həmin ittifaqda fəaliyyətlərini davam etdirirlər. Bunun özü də mənim üçün çox ağırdır. Gürcü rejissoru Eldar Şengelaya getsin Cənubi Osetiyanın, Abxaziyanın probemləri ilə məşğul olsun. O kimdir ki, Dağlıq Qarabağ problemini həll edir?!”
Cəmil Quliyev onu da əlavə edib ki, R.İbrahimbəyov 2009-cu ildən Azərbaycan xalqına olan nifrətini büruzə verməyə başlamışdı: “Mən dəfələrlə yazılarımda bunu dilə gətirmişəm. Əzəldən bilirdim ki, o, xalqımıza bu istiqamətdə ağır zərbə vuracaq. Xalq əleyhinə çıxışlar edən zaman akademik Nizami Cəfərov onun fikirlərinə sərt reaksiya verərək, tənqid etdi. 2010-cu ildə isə onunla çalışmaq istəmədiyimiz üçün mən, Ayaz Salayev, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov birlikdə onun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxdıq. 2013-cü ildən mən Rüstəm İbrahimbəyova qarşı mübarizəmi davam etdirirəm. O, erməni məddahıdır. O, Azərbaycanı hər yerdə, yazılarında, olduğu məkanlarda dayanmadan aşağılayır. Azərbaycanın Xalq yazıçısı adını daşıya-daşıya bu cür mövqe sərgilədiyi üçün ona ayıb olsun! Bundan artıq nə demək olar?
O, bu gün də yeni film üzərində çalışır. Erməni rejissoru Roman Balayanla birlikdə çox təhlükəli təxribatlar hazırlayır. Bir neçə gənc rejissorları da öz ətrafına yığaraq, ermənilərin xeyrinə layihələr hazırlayan bir şəbəkə yaradıb. Bir Azərbaycan vətəndaşı və bir kinorejissor olaraq mən bu insanın davranışlarına qarşı ictimai qınağın artırılmasını istəyirəm. Ölkəmizi belə insanların vuracağı zərbələrdən qorumaq lazımdır. Ayaz Salayev ilə birlikdə Rüstəm İbrahimbəyovun bu hərəkətinə münasibət bildirmələri üçün ölkədə fəaliyyət göstərən bütün kinorejissorlara, yazıçılara müraciət edərək biganə qalmamalarını deyirik. Bu Vətən hər birimizindir. Onu hər kəsdən— istər xarici, istərsə də daxili düşmənlərdən müdafiə etmək vətəndaşlıq borcumuzdur”.
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
