Kriminal aləmdə dəyişiklik: Azərbaycanlı “qanuni oğru”nun onlarla qətlinin üstü açılır
Kriminal4 iyun 2018 09:45
Rusiyanın cinayət istintaq idarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiyanın əməkdaşlarının həyata keçirdiyi həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq. Moskvanın "Ağ ev” restoranında Hacı Beyləqaski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətllərdə hallanır. İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət törədib.
oxu.az xəbər verir ki, bu barədə "Moskovski komsomolets” Rusiya İstintaq İdarəsinin Moskva bürosunun rəsmi nümayəndəsi Yuliya İvanovaya istinadla məlumat yayıb.
O qeyd edib ki, Beyləqanskiyə qarşı qətl, qətlə cəhd və qanunsuz silah saxlama maddələri üzrə ittiham irəli sürülüb. O, azərbaycanlı kriminal avtoritet İlqar Əliyevin (Danabaş ləqəbli) öldürülməsində təqsirli bilinir.
Aslan Usoyanın (Ded Həsən) yaxın adamı və "Staraya kibitka” restoranının sahibi İlqar Əliyev 2012-ci il aprelin 19-da öldürülüb. Onun avtomobili işıqforda dayanan zaman qatil maşına yaxınlaşıb, İlqar və həyat yoldaşı Alena Yevteyevanıgüllələyib (Hadisə nəticəsində İlqar ölüb, Alena isə sağ qalıb).
Cinayətin sifarişçisi kimi bir neçə şəxsin adı hallanır, ancaq əsas "namizəd” kimi Rövşən Lənkəranski ləqəbli avtoritet Rövşən Caniyev göstərilib.
O, uzun müddət Moskvadakı Azərbaycan diasporuna nəzarət və dünyadakı kriminal aləmdə yeri ilə bağlı Ded Həsənlə mübarizə aparıb.
Usoyan "Staroy kbitika” restoranında 2013-cü il yanvarın 16-da öldürülüb. Caniyev isə 2016-cı il yanvarın 18-də İstanbulda qətlə yetirilib.
"MK” yazır ki, Rusiya xüsusi xidmət orqanları Lənkəranskinin ətrafını diqqətlə araşdırır. Hacı Beyləqanski bu siyahıda ilk pillələrdən birini tuturdu və Rövşən bir çox məsələlərdə ona güvənirdi. Hacı 2012-ci ildə Dubayda Lənkəranskinin təşəbbüsü ilə taclandırılıb.
Maraqlıdır ki, Caniyevin ölümündə onun "sağ əli” olan Beyləqanski ittiham olunub (Hadisə zamanı Hacı Lənkəranskinin maşınında olub və hətta onu xilas etməyə çalışıb). Bu qətldə əsas səbəb kimi Hacının qısa zamanda varlanması göstərilib: o, "Mersedes” markalı zireli avtomobil və Antalyada ev alıb.
Hacı həbs olunsa da, heç bir sübut aşkar olunmadı. Hacının növbəti həbsi isə Lənkəranskinin qatı düşməni Lotu Quliləqəbli Nadir Səlifovla bağlı idi.
Məlumatlara görə, Lotu Quli hazırda Albaniyada yaşayır. O, Tirana İstanbuldan gəlib. Hacı 2017-ci il sentyabrın 12-də Tiflisdə Qulinin yaxın adamı Elşən Məmmədovun qətlində ittiham olunur.
Noyabrda isə Hacı Lotu Qulinin evinə basqın edib. Ancaq Nadir Səlifov bu hadisədən yayına bilib. Bir müddət öncə yayılan məlumatlara görə, Hacı Quliyə hücum üçün Moskvada yeni plan hazırlayır.
Oxşar xəbərlər
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
3 fevral 2026 13:46
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
Xəbər lenti
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
Video & Fotoqalereya
Video
Fotoqalereya
