“Mənim illərlə dediyim sözləri indi erməni xalqı deyir”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq”.
“Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur: “Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur”.
Prezident İlham Əliyev qeyd edib ki, həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, Azərbaycanın iqtisadi və hərbi gücü və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir:
“Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.
- Prezident qardaş ölkələrə təşəkkür etdi
8 oktyabr 2025 21:42
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
4 oktyabr 2025 01:13
- Prezident həmkarlarını təbrik etdi
3 oktyabr 2025 11:35
- Erməni KONSULUN azərbaycanlı SEVGİLİSİ - AGENT
3 oktyabr 2025 11:01
- Suqovuşan qələbəmizdən 5 il ötür
3 oktyabr 2025 02:06
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34