Daha bir sahibkar məhkəmədə haqlı çıxdı - QƏRAR

Sahibkarların mətbuata göndərdiyi çoxsaylı müraciətlərdən aydın olur ki, yerlərdəki məmurlar, əsasən də icra başçıları sahibkarlara konkret problem yaradır, onların fəaliyyətini tamamilə əngəlləyir. Sahibkar əlində olan-olmazını da atıb ölkədən qaçmağı düşünür. Əcəba, ölkə rəhbərliyi səviyyəsində sahibkarlara verilən dəstəyin qarşılığında icra başçılarının bunun əksini etməsini necə başa düşək və bunu kimin adına yazaq? Məmurlar sahibkarlara niyə divan tutur? Niyə inkişaf istəmirlər? Sahibkarlara qarşı bu münasibətin arxasında nə dayanır?
Daha bir ciddi problem Neftçalada "Xəyal HR” MMC-nin rəhbərinə qarşı yaradılıb. Əslində bu sahibkarla rayon rəhbərliyi arasında yaranmış məlum problem artıq məhkəmələrə qədər gedib çıxıb. Hətta məhkəmə qərarları sahibkarın xeyrinə çıxarılıb. Amma çi fayda, bu qərarları nə içra şöbəsi icra edə bilir, nə də icra başçısı geri addım atır. Daha doğrusu, heç kim, heç kimin dərsini oxumur.
Ötən gün Xəyal HP” MMC-nin rəhbərliyi tərəfindən NUH.az-a daha bir icra edilməyən, daha doğrusu, icraçıların icra etməyə gücü çatmadığı məhkəmə qərarı daxil olub.
Neftçala rayon məhkəməsində hakim Əli Tağıyevin sədrliyi ilə keçirilən məhkəmənin qərarına diqqət etsək sahibkarın haqlı olduğu tam çılpaqlığı ilə görünər. Belə ki, rayon məhkəməsində iddiaçı “Xəyal-HR” MMC-nin cavabdehlər Neftçala Rayon İcra Hakimiyyətinə və İbrahimov Rafiq Müstəcəb oğluna qarşı dəymiş ziyanın ödənilməsi və torpaq sahəsindən istifadəyə maneələrin qoyulması tələbinə dair iş üzrə iddiaçının iddianı təmin etmə tədbirinin tətbiq edilməsi haqqında ərizəyə baxılıb.
İddiaçı “Xəyal-HR”MMC məhkəmədə iddia qaldıraraq Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən “Xəyal-HR”MMC-yə vurulmuş 80000 manat maddi və 50000 manat məbləğində mənəvi ziyanın alınaraq ödənilməsi və “Xəyal-HR” MMC-nin istifadəyə cavabdehlər Neftçala Rayon İcra Hakimiyyəti , İbrahimov Rafin Müstəcəb oğlu və digər şəxslər tərəfindən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Eyni zamanda iddiaçı ərizə verərək göstərir ki, “Xəyal-HR” MMC-nin istifadəsinə “icarəsinə” Neftçala Rayon İcra Hakimiyyəti başçısının 19.08.2013-cü il tarixli sərəncamı ilə heyvandarlığın inkişaf etdirilməsi üçün qış və yay otlaq sahələri hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata almışdır. Torpaq sahəsindən təyinatı üzrə məqsədyönlü istifadə olunmuşdur.
Lakin Neftçala Rayon İcra Hakimiyyəti başçısı qanunsuz sərəncam verməklə 2016-cı ildə ona məxsus 500 hektar torpaq sahəsini başqa şəxsə vermiş, ərazidə olan tikililəri sökülmüşdür. Halbuki həmin ərazilər örüş torpaqlarıdır. Torpağı alan şəxs isə orda kartof və digər bitkilər əkməklə əkinçiliklə məşğuldur. Bundan sonra torpaq sahəsinin onlardan qanunsuz alınması ilə bağlı verilmiş 12.07.2016-cı il tarixli 67 saylı sərəncamın ləğv edilməsi ilə bağlı Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışlar.
Həmçinin eyni vaxtda həmin 500 hektar ərazidə cavabdeh və üçüncü şəxslər tərəfində hər hansı işlərin görülməsinin qadağan edilməsi barədə məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermişlər. Məhkəmənin 06.03.2017-ci il tarixli 2-1 (86)-1244\2017 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Buna baxmayaraq 2017-ci ilin mart ayından bu ərazidən qanunsuz istifadə edilməklə tikililər, qazma işləri aparılmış, sahə şumlanmış, bərbad hala salınmışdır. Bununla da icra hakimiyyəti ona xeyli məbləğdə maddi ziyan vurmuşdur. Hal-hazırda da qanunsuz əməllər davam etdirilir və qanuni istifadəsinə verilən torpaq sahəsindən istifadə edə bilmir.
Hazırda cavabdeh qeyd etdiyi torpaq sahəsindən istifadə etməklə ona ziyan vurmaqda davam edir. Bu səbəbdən də cavabdehin və başqa şəxslərin həmin ərazidən istifadəsi qadağan edilməlidir.
Ona görə də xahiş edirik ki, “Xəyal-HR” MMC-yə məxsus Neftçala rayonunda yerləşən 500 hektar torpaq sahəsindən cavabdehə və üçüncü şəxslərə hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılsın.
Azərbaycan Respublikası MPM-nin 157 1-ci maddəsinə əsasən hakim iştirak edən şəxsin ərizəsi ilə iddanı təmin etmək üçün tədbirlər görə bilər iddanın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.
157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddanı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter dəyişir və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.
158-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq , müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək , mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək, əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq, borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq, icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq kimi tədbirlər görülə bilər.
159.2-ci maddasəinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır.
İddiaçının iddianı təmin etmək üçün tədbirlər görülməsi barədə ərizəsini və toplanmış sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, iddia tələbinin və gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi iddianı təmin etmə tədbiri tətbiq edilməli, iddiaçı “Xəyal-HR” MMC-nin cavabdehlər Neftçala Rayon İcra Hakimiyyətinə və İbrahimov Rafiq Müstəcəb oğluna qarşı dəymiş ziyanın ödənilməsi və torpaq sahəsindən istifadəyə maneələrin son qoyulması tələbinə dair iş üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi haqqında ərizə təmin olunmalı, “Xəyal-HR” MMC-nin icarəsində olan Neftçala rayonunda yerləşən 500 hektar torpaq sahəsindən cavabdehə və üçüncü şəxslərə hər hansı hərəkətlərin edilməsi qadağan edilməlidir.
Sonda hakim göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-159, 163, 163-264, 266-268-ci maddələri rəhbər tutaraq qərar verib.
Qərara görə, iddiaçı “Xəyal-HR”MMC-nin iddianı təmin etmə tədbirinin tətbiq edilməsi haqqında ərizəsi təmin edilib.
İddiaçı”Xəyal-HR”MMC-nin cavabdehlər Neftçala Rayon İcra Hakimiyyətinə İbrahimov Rafiq Müstəcəb oğluna qarşı dəymiş ziyanın ödənilməsi və torpaq sahəsindən istifadəyə maneələrin son qoyulması tələbinə dair iş üzrə “Xəyal –HR”MMc-nin icarəsində olan Neftçala rayonunda yerləşən 500 hektar torpaq sahəsindən cavabdehə və üçüncü şəxslərə hər hansı hərəkətlərin edilməsi qadağan edilsin.
Bu qərardan qarşı tərəf heç bir appelyasiya şikayəti verməyib, və artıq vaxt da bitib. Bu halda qərar icraya yönəlməli, sahibkara dəymiş ziyan ödənməlidir. Amma, dövlət adından çıxarılan qərar icra olunmur.
Maralıdır, görəsən, Azərbaycanda içra məmurları bu kimi qərarları niyə icra etmir? Onlar kimdən qorxur?
- Prezident qardaş ölkələrə təşəkkür etdi
8 oktyabr 2025 21:42
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
8 oktyabr 2025 02:31
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
8 oktyabr 2025 01:52
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
7 oktyabr 2025 12:33
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
7 oktyabr 2025 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34