Ukraynalı yazıçılar BSU-da olublar

Bakı Slavyan Universitetində çağdaş Ukrayna ədəbiyyatının tanınmış simaları Vladimir Danilenko və Nikolay Xomiçlə görüş olub.
BSU-nun mətbuat xidmətindən NUH.az-a verilən məlumata görə, görüşdən əvvəl qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanla Ukrayna arasında münasibətlərin qədim tarixə malik olduğunu bildirib. Ədəbiyyatın, sözün sərhədsiz olduğunu bildirən rektor Azərbaycanda böyük Ukrayna şairi Taras Şevçonkonun yaradıcılığına daim diqqət yetirildiyini, əsərlərinin dönə-dönə dilimizə çevrildiyini deyib. Nurlana Əliyeva xalqlarımız arasındakı çoxəsrlik yaxın dostluq ənənəsinin bu gün də davam etdiyini, mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib. Humanitar sahədə qurulan əməkdaşlıqda BSU-nun əhəmiyyətindən danışan rektor bildirilib ki, universitetdə 2001-ci ildə yaradılmış Ukrayna Tədris - Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verməkdədir. Rektor qeyd edib ki, hazırda universitetdə Ukrayna dilini və ədəbiyyatını öyrənən tələbələrin bu dili mükəmməl öyrənmələri üçün Ukraynanın tanınmış universitetlərindən mütəxəssis müəllimlər dəvət olunur.
Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov isə BSU-nun Ukraynada fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərindən danışıb. O, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində, Poltava İqtisadiyyat və Ticarət Univeritetində, Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini, həmin mərkəzlərdə ukraynalı gənclərə Azərbaycan dili və ədəbiyyatının öyrədildiyini bildirib. O, əlavə edib ki, 2008-ci ildə Kiyev Linqivistik Universitetində Ukrayna-azərbaycanca, Azərbaycanca – Ukraynca danışıq kitabçası, 2014-cü ildə Ukraynanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə professorlar R.Novruzov və İ.Qasımovun hazırladığı ukraynalı gənclər üçün Azərbaycan dili adlı dərs vəsaiti, 2015-ci ildə Azərbaycan-Ukrayna-rus-ingilis dillərində terminoloji lüğət nəşr edilib. Bu il isə Ukrayna vətəndaşı İvan Pavliyin “Ukrayna bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinin tarixi problemləri” mövzusunda dissertasiya müdafiə etdiyini qeyd edib.
Qonaqlar öz növbələrində BSU-da Ukrayna dilinə və mədəniyyətinə göstərilən diqqəti yüksək qiymətləndiriblər. Sonra ukraynalı yazıçılar BSU-ya gəlmələrinin səbəblərindən danışıblar. Ukraynanın çağdaş ədəbiyyatında öz sözünü demiş yazıçı Vladimir Danilenko “Qürub çağının işığında” və yazıçı Nikolay Xomiç “Sərdabəninin sirri” kitabının Azərbaycan dilinə tərcümə olunmasını Azərbaycanda Ukrayna ədəbiyyatına verilən dəyərin göstəricisi kimi dəyərləndiriblər. Kitabların təqdimatının BSU-da geniş auditoriya qarşısında təşkil olunduğuna görə professor Nurlana Əliyevaya minnətdarlıq ediblər. Vladimir Danilenko qeyd edib ki, müəllifi olduğu “Qürub çağının işığında” adlı kitabda iki romanı və yeddi hekayəsi yer alıb. V. Danilenko kitabının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinə yüksək peşəkarlıqla tərcümə olunduğunu diqqətə çatdırıb. Nikolay Xomiç “Sərdabəninin sirri” tarixi romanından söz açaraq bildirib ki, bu roman Qərblə və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalan Ukrayna xalqının Kiyev Rus dövləti zamanından bu günə qədər keçdiyi məşəqqətli yoldan, çəkdiyi müsibətlərdən bəhs edir.
Sonra ukraynalı ədiblər BSU-da ukrayna dili üzrə təhsil alan tələbələrlə görüşüblər. Görüş çərçivəsində Vladimir Danilenkonun və Nikolay Xomiçin kitablarının təqdimatı olub.
- Pirşağıda icra strukturu və bələdiyyə orqanı tərəfindən törədilən daha bir qanunsuzluq: İstirahət günü vətəndaş tikilisi yerlə-yeksan edildi
3 avqust 2025 15:49
- Tərifli Ayvazovski arvadına və qızlarına işgəncə verməklə....
2 avqust 2025 02:28
- 6 dil bilir, Bakıda küçədə yaşayır - Ukraynalı Denisin hekayəsi - VİDEO
31 iyul 2025 00:07
- 5 AYDA doğuldu, ÇƏKİSİ 285 QRAM, BOYU 24 santimetr - Zərrəcə yaşamaq şansı yox idi- YAŞADI
29 iyul 2025 00:20
- Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
27 iyul 2025 21:24
- Rus hərbçiləri öz döyüş yoldaşlarını BELƏ ÖDÜRÜR - ŞOK FAKTLAR
25 iyul 2025 23:34
- Generallar üçün sianidli qəhvə - 4 komandanı 4 dəqiqədə necə öldürmək istəmişdilər?
19 iyul 2025 13:06
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 2025 23:03
- Bir qətliamın izi – 26 il əvvəl Bakı və İrəvan sülhə yaxın olanda 40 erməni güllələnib
11 iyul 2025 01:44
- Bakıda nişana hazırlaşan oğlanı öldürdülər - Dedim ki, bura yaşayış yeridir, söyüş söyməyin
10 iyul 2025 01:18
- POLİS haqqında Qanuna dəyişiklik edildi
05 avqust 16:39
- Yevgeniya QUTSUL 7 il azadlıqdan məhrum edildi
05 avqust 16:03
- Bu dəfə aliment verməyən ANA cəzalandırıldı
05 avqust 12:22
- 2 ay səsi tutuldu, Həbib Bayramov bunu bilirdi... -İslam Rzayevi kimlər zəhərləmək istəyib?
05 avqust 10:10
- Azərbaycanda yeni qanun - Heç bir şirkət ƏSL SAHİBİNİ gizlədə bilməyəcək
05 avqust 09:53
- Ərdoğan Kiyevə səfər edəcək
05 avqust 09:26
- Təranə Muradova yubileyinə hazırlaşır
05 avqust 02:57
- Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat...
05 avqust 01:12
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
04 avqust 23:15
- Putin 90-cı illərdə istintaqdan qaçaraq BU ADAYA SIĞINIB – İLK DƏFƏ SENSASİON BİLGİLƏR
04 avqust 11:03
- Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto
04 avqust 10:29
- ABŞ-ın 2 nüvə sualtı qayığı artıq regiondadır...
04 avqust 09:41
- Azərbaycan kartof ixracından nə qədər qazanıb?
04 avqust 09:16
- Suriya və İsrail nazirləri Bakıda GÖRÜŞDÜ
04 avqust 01:03
- Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər - VİDEO
04 avqust 00:39
- Pirşağıda icra strukturu və bələdiyyə orqanı tərəfindən törədilən daha bir qanunsuzluq: İstirahət günü vətəndaş tikilisi yerlə-yeksan edildi
03 avqust 15:47
- İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
03 avqust 15:19
- Yaltadakı yaltaqlıq – ingilislər kazakları qarət etdikdən sonra SSRİ-yə satıblar
03 avqust 14:34
- Bakıda əhalinin ən sıx yaşadığı RAYONLAR - SİYAHI
03 avqust 14:20
- Elçin Əfəndiyev VƏFAT ETDİ
03 avqust 13:22
- Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
03 avqust 12:56
- Bir həftədə 264 nəfər istidən öldü – Hökumət fövqəladə vəziyyət elan etdi
03 avqust 11:42
- Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
03 avqust 11:36
- İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
03 avqust 10:14
- Qarpız, qovun, avokado və ananası bu saatlarda yemək olmaz!
03 avqust 09:29
- Güləşçimiz dünya çempionu oldu
03 avqust 01:59
- Çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır
03 avqust 01:05
- Şahin Şıxlinski saxlanıldı
02 avqust 23:37
- Ənvər Seyidov vəfat etdi
02 avqust 22:38
- Tokayev Türkmənistana gedir -Dənizə çıxışı olmayan ölkələr....
02 avqust 10:02