İlham Əliyev: "Təcavüzə son qoyulması üçün beynəlxalq birlik heç bir tədbir görməyib"
Siyasət9 iyun 2018 12:02
"Ermənistanın təcavüzünə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməyib".
Qaynarinfo xəbər verir ki, bu barədə prezident İlham ƏliyevinAvropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Müraciətdə qeyd olunur: "Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının növbəti sammitinin işə başlaması münasibətilə sizi təbrik edirəm. Avropadakı müxtəlif siyasi partiyaları vahid platformada birləşdirən Alyans nisbətən qısa müddətdə qitənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu bir təşkilata çevrilib. Məmmunluq hissi ilə bildirirəm ki, qurumun bəyan etdiyi milli suverenlik, parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər zəngin tarixi ənənələri yaşadan Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur.
Əlamətdar haldır ki, bugünkü sammit də müsəlman dünyasında ilk parlamentli respublikanın, qadınlara əksər qərb dövlətlərindən daha əvvəl seçki hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunduğu dövrə təsadüf edir. Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası müstəqillik illərində bazar iqtisadiyyatı, demokratiya, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutmuş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilmişdir.
Bizim təşəbbüsümüz və yaxından iştirakımızla reallaşan transmilli neft, qaz və nəqliyyat layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına, region ölkələrinin davamlı sosial-iqtisadi inkişafına sanballı töhfələr verir. Mayın 29-da rəsmi açılışı keçirilən "Cənub Qaz Dəhlizi”nin işə başlaması bu sahədə qazanılmış uğurların daha da artırılması üçün yeni imkanlar yaradacaq.
Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ideyalarını yorulmadan təsdiq edir, öz imkanları daxilində qlobal problemlərin həllinə köməklik göstərir.
Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, 30 əvvəl başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm ölkəmizin inkişafı, həm də regional əməkdaşlığın genişlənməsi yolunda ən ciddi maneə olaraq qalmaqdadır. Ekspansiv siyasət yürüdən Ermənistan torpaqlarımızın 20 faizini zəbt etmiş və ölkəmizdə bir milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatlar münaqişənin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə dair qərarlar qəbul etsə də, təcavüzə son qoyulması üçün indiyədək beynəlxalq birlik tərəfindən təsirli tədbirlər görülməmişdir. Ümid edirəm ki, Alyans üzvləri mövcud reallığı nəzərə alaraq insan hüquqlarının kobud surətdə və kütləvi şəkildə pozulması ilə müşayiət olunan, regionda təhlükəsizliyə ciddi təhdid yaradan işğal faktına adekvat qiymət verəcəklər.
İnanıram ki, Azərbaycanda təşkil etdiyiniz toplantı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə, demokratiyanın və azad cəmiyyətin inkişafına, sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edəcək.
Hər birinizə bu yolda uğurlar arzu edirəm!”
Oxşar xəbərlər
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 2025 22:31
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 2025 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 2025 10:44
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 2025 23:44
Xəbər lenti
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
Video & Fotoqalereya
Video
Fotoqalereya
