Tale Heydərov Bakıda açılış etdi - Fotolar+Video
Ötən gün Bakıda “LİBRAFF Park Akademiya” adlı kitab mağazasının və Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş kitablarının təqdimatı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə ictimaiyyət, siyasət və mədəniyyət nümayəndələri, media üzvləri iştirak edib.
Təqdimatı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təsisçisi və sədri Tale Heydərov açıb. O, açılışda iştirak edən hər kəsə minnətdarlığını bildirərək “LİBRAFF”ın fəaliyyəti barədə danışıb:
“Bu mağaza şəbəkəsi 2017-ci ildə yaradılıb və paytaxtın görkəmli yerlərində, hava limanında, tanınmış ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib. “LİBRAFF” kitab bölməsi azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir.
“LİBRAFF”ın flaqman mağazası-“Park Akademiya”nın yerinin seçilməsindən onun dizayn tərtibatına və xidmətin təşkilinədək hər bir məsələ məqsədyönlü xarakter daşıyır. Bu yer Azərbaycan Milli Elmlər Akademiyasının, Bakının çoxsaylı pedaqoji heyəti, tələbə-şagird kontingenti olan universitet və məktəblərin qovşağında yerləşir. İstər zahiri, istərsə də daxili etibarilə kitaba hörmət hissi yaradır.
Oxucular burada dünyanın görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcəklər. Bununla da “LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaq”.
T. Heydərov daha sonra “LİBRAFF”ın yaranması yolunda “TEAS Press” Nəşriyyat Evinin mühüm rol oynadığını qeyd edib:
“Bu gün “TEAS Press” nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da tanınır. “TEAS Press”, “3 alma” və “Yay” markaları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendinə çevirilmişdir. İstanbulda fəaliyyət göstərən “TEAS Yayınçılı” Türkiyənin ən qabaqcıl 10 nəşriyyatı sırasına daxil olmuşdur.
Bu gün “LİBRAFF Park Akademiya”nın açılışı ilə eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətinin Cümhuriyyətin 100 illiyinə həsr edilmiş nəşrləri də təqdim olunur. “TEAS”da bu tarixi hadisəyə öz töhfəsini verib və bu məqsədlə Azərbaycanda ilk dəfə yeni və əsaslı layihələr həyata keçirilib. Onların içərisində Türkiyənin Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd, materialların 4 toplusu mühüm yer tutur. Avropa Azərbaycan Cəmiyyətinin həyata keçirdiyi digər unikal layihə 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış mühacir “Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd cildlik kitabın nəşridir”.
Təqdimat mərasimində Mədəniyyət nazirinin müavini Vaqif Əliyev və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də “LİBRAFF” heyətini, oxucuları kitab mağazasının açılışı münasibətilə təbrik ediblər.
Daha sonra tədbirdə iştirak edən digər qonaqlar da kitab və kitab mağazaları barədə öz fikirlərini bölüşüblər.
Elvin Elxan
Fotolar: Nuran Məmmədov












- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
