Mədsədimiz tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsinə nail olmaqdır
Mədsədimiz tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsinə nail olmaqdır
Bakı Slavyan Universitetində 2017-2018-ci tədris ili üzrə yaz-yay imtahan sessiyasının ilk on günü artıq arxada qalmışdır. “Bilik yeganə meyardır” şüarı altında keçirilən imtahanlarda şəffaflığın, ədalətin, obyektivliyin təmin edilməsi üçün bütün lazımı şəraitlər yaradılıb. Gün ərzində imtahan qərəgahı, dekanlıqlarda münaqişə komissiyaları fəaliyyət göstərir, nəticələrdən narazı qalan tələbələrin şikayətlərinə hər bir instansiyada operativ şəkildə baxılır. BSU-nun rektoru, professor Nurlana Əliyeva əsas məqsədin tələbələrin biliyinin obyektiv və dəqiq qiymətləndirilməsi olduğunu bildirir. O, imtahanın yüksək səviyyədə aparılması üçün universitetdə hər cür şəraitin yaradıldığını qeyd edir. Rektor auditoriyalarda kameraların quraşdırıldığını, nizam-intizama ciddi əməl edildiyini, nəticələrlə bağlı şikayətlərin dərhal araşdırıldığını və həll edildiyini vurğulayır. N.Əliyeva onu da bildirir ki, hazırlığına, biliyinə güvənən gənclərin imtahanla bağlı heç bir problemi olmur. Amma o, tələbələrin arasında semestr boyu dərslərə laqeyd yanaşan, imtahanlara hazırlaşmayan gənclərə də təsadüf olunduğunu deyir. Rektor belə gənclərin öz hazırlıqsızlıqlarını gizlətmək üçün soaial şəbəkələrə, müxtəlif instansiyalara üz tutmalarını haqsızlıq və qeyri-obyektivlik adlandırır.
Universitetdə fəaliyyət göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qərargahın saat 9-dan fəaliyyətə başladığını, bəzən axşam saat 7-yə, 8-ə qədər çalışdığını bildirir. O, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını və buraxılmış səhvlərin bir-bir izah edildiyini deyir. Ən yaxşı müəllimlərin yoxlamalara dəvət edildiyini qeyd edən qərargah rəhbəri ədalətə, obyektivliyə tam zəmanət verildiyini diqqətə çatdırır. O, bütün cavabların kodlar üzrə yoxlanıldığını, müəllimlərin iş sahiblərindən ümumiyyətlə xəbərsiz olduqlarını bildirir. T.Cəfərov qərargahın hamının üzünə açıq olduğunu, valideynlərin, ictimai təşkilatların nümayəndələrinin istənilən vaxt qərargahın işi ilə tanış ola biləcəklərini deyir.
İmtahandan sonra görüşdüyümüz tələbələr də deyilənləri təsdiq edirlər. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 3-cü kurs tələbələri Aygül Kərimova, Aynurə Rüstəmli, Solmaz Seyidova artıq ikinci imtahanı verdiklərini bildirirlər. Onlar imtahanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradıldığını, hər kəsə öz biliyini nümayiş etdirmək imkanı verildiyini deyirlər. Heç vaxt kəsirləri olmayan tələbə qızlar bəzi yoldaşlarının sosial şəbəkələrdə yazdıqlarını şər-böhtan adlandırırlar. Onlar qeyd edirlər ki, əgər həmin tələbələr haqlıdırlarsa, ədalət axtarırlarsa, onda niyə anonim imza ilə çıxış edirlər, öz ad-familiyalarını açıq göstərsinlər, rəhbərliyə müraciət etsinlər,
Nurlana xanım heç vaxt ədalətsizliyə göz yummur. Həmin fakültənin 4-cü kurs tələbəsi Tanırverdi Anar da bu mövqedə olduğunu bildirir. O, birinci, ikinci kursda yaxşı oxumadığını, dərslərə hazırlaşmadığını etiraf edir və buna görə bir neçə kəsirinin yarandığını bildirir. Sonradan səhvini başa düşdüyünü, əlavə və fərdi qruplarda hazırlıq keçərək imtahan verdiyini bildirən Tanırverdi Anar hər şeyin tələbənin özündən asılı olduğunu diqqətə çatdırır.
Filologiya və xarici dil müəllimliyi fakültəsinin birinci kurs tələbələri Fəridə Cəfərzadə, Eldar Eldarzadə, Tural Hümmətli universitet rəhbərliyindən tutmuş adi müəllimlərə qədər hamının tələbələrə qayğı göstərdiyini bildirirlər. Onlar da artıq iki imtahan veriblər, tələbələr imtahan prosesində heç kəsə təzyiq olunmadığını, hamının öz biliyini nümayiş etdirməyə imkan verildiyini təsdiqləyirlər.
Bir sözlə, ölkəmizin gələcəyi tələbələrin bilik və bacarıqlarının sınağa çəkildiyi bu günlərdən başlayır. Bugünkü obyektivlik, ədalət, şəffaflıq sabahkı Azərbaycanın möhkəm əllərdə olması deməkdir.
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
6 yanvar 2026 10:59
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
