Əlyazmalar İnstitutunda AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Əlyazmalar İnstitutunda AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
13 iyun 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunun Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin və dəyərlərinin qorunması sahəsindəki rolundan danışıb. O, Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. O, deyib ki, Gürcüstanda, Ermənistanda əlyazmalar saxlanılan müəssisələr çox-çox əvvəllər institut statusu almasına baxmayaraq, Azərbaycanda buna imkan verilmirdi. Yalnız Ulu Öndərin səyləri nəticəsində Respublika Əlyazmalar Fondu instituta çevrilə bildi. Akademik vurğulayıb ki, milləti dünyaya onun əlyazmaları, kitabları tanıdır. İ.Həbibbəyli Əlyazmalar İnstitutu üçün gələcəkdə yeni və müvafiq binanın tikilməsinin planlaşdırıldığını bildirib. Amma o deyib ki, həmin vaxta qədər hazırki binada əsaslı təmir aparılacaq.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransın məramı və məqsədi barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixində ən şərəfli yerlərdən birini tutur. T.Kərimli Cümhuriyyət tariximizin dərindən və hərtərəfli öyrənilməsini bu gün qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını tariximizə, milli-mənəvi irsimizə böyük qayğının təzahürü kimi dəyərləndirib.
Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Aybəniz Əliyeva-Kəngərli “Cümhuriyyət dövrünün ədəbi konsepsiyası (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, filologiya üzrə elmlər doktoru Nailə Səmədova “Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin fəaliyyəti”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzularında məruzə etmişlər.
Daha sonra konfrans bölmələrdə davam edib.
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
5 sentyabr 2025 17:00
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Prezident Pekində paradı izlədi
3 sentyabr 2025 09:36
- Naxçıvan şəhərində işıq olmayacaq
2 sentyabr 2025 14:18
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- Çin Gürcüstanı parada niyə dəvət etməyib ?
31 avqust 2025 21:37
- Həsənağa Turabovun oğlunun qatili 25 il sonra nələri AÇIQLADI? - VİDEO
30 avqust 2025 12:36
- Bakıda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTO
30 avqust 2025 02:48
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22