Ermənilər onun cəsədinə görə 20 ton benzin və 10 avtomat istəyirdilər (FOTOLAR)
Reportaj15 iyun 2018 14:13
İstefada olan polis polkovnik-leytenantı, veteran Vidadi Həsənov Günnüt qəhrəmanı Asəf Rəhimov haqda xatirələrini bölüşüb.
Qaynarinfo Nuhçıxan.az agentliyinə istinadən sözügedən məqaləni sizlərə təqdim edir:
… Özüm Şərur rayonun Kərimbəyli kəndində yaşayıram. Bu gün səhər gəzintisi zamanı Naxçıvan-Sədərək magistral yolunda "GÜNNÜT” kəndinin yol göstərici nişanını gördüm. Ürəyim dağa döndü, qürurlandım… Bu yol nişanı mənə üçrəngli bayrağımıızı xatırlatdı, bu bayrağın tezliklə işğal olunmuş bütün torpaqlarda qaldırılacağına dərin inam yaratdı…
Xəyalım 1990-cı illərə, texnikasız, yüngül çaplı silahlarla Ermənistanla sərhəd kəndlərimizin keşiyində durduğumuz çağlara, o cümlədən Günnüt kəndinə getdi…Təəssüf ki, həmin illərdən düşmənə əsir düşən Günnüt qəlbimizin sızlayan yarasına çevrilmişdi…
Heç vaxt unudulmayan və xatirəsi qəlbimizdə əbədi yaşayacaq şəhidimiz, Günnütün qəhrəmanı olan Asəf Rəhimovun ruhu düz 26 il idi ki, həsrətlə yolumuzu gözləyirdi. Yol kənarında gördüyüm "Günnüt” nişanı məni Asəfi, onun döyüş yolunu və qəhrəmanlığını bir daha xatırlamağa sövq etdi…
Polis nəfəri olan Asəf 1992-ci ilin may ayının 9-da adını qəhrəmanlıq tariximizə əbədi yazdıra bildi. Gərgin döyüşlərin birində Günnüt kəndinin müdafiəsi zamanı canı bahasına 18 nəfər döyüş yoldaşını mühasirədən xilas etdi. Düşmənin ardı-arası kəsilməyən hücumlarının qarşısını son damla qanına qədər döyüşməklə aldı. O, xain ermənilərin əlinə keçməsin deyə, sonuncu gülləsini özünə sıxdı.
Asəfin nəşindən belə qorxan erməni quldurları onun cəsədini özləri ilə apararaq qaytarmaları üçün 20 ton benzin və 10 avtomat silahın onlara verilməsini şərt qoymuşdular. Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirliyinin rəsmilərinin Asəfin nəşinin qaytarılması üçün ermənilərlə apardığı danışıqlar nəticəsiz qalmışdı. O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli Liderimiz Heydər Əliyevin Ermənistan prezidenti Levon Ter-Petrosyanla danışığından sonra 12 may 1992-ci ildə Asəfin nəşi düşməndən alınaraq anadan olduğu Düdəngə kəndində torpağa verildi.
Adını həmişə qürurla səsləndirdiyimiz Günnüt qəhrəmanı Asəf Rəhimov Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu.
Artıq Günnüt kəndi bizimdir. İndi mənim yalnız bir arzum var. Bir vaxt döyüşdüyüm o kəndi yenidən, döyüşçü kimi yox, bir veteran, qazi kimi ziyarət etmək. Qürurluyam ki, uğrunda qan tökdüyümüz Vətənimizin bir parçası olan Günnüt kəndinin mühafizəsi indi etibarlı əllərdə, öz əsgərlərimizin nəzarətindədir. Ulu babalarımızın bu torpaqlarda dolaşan ruhları indi dinclik tapıb!
Qoy düşmən bir şeyi heç vaxt unutmasın ki, bu gün hər bir gəncimiz silahlı əsgərdi – Asəf Rəhimovdu, Mübariz İbrahimovdu, Adil Tatarovdu, Yusif Mirzəyevdi…
Necə deyərlər,
Yüz-yüz itən varsa, min-min də bitən var.
Şükr eyləyəlim ki, bizlərdən həm əvvəl,
Həm sonra Vətən var!
Oxşar xəbərlər
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
Xəbər lenti
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
Video & Fotoqalereya
Video
Fotoqalereya



