Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq (SİYAHI)
Hadisə21 iyun 2018 00:24
İyunun 26-da Ordumuzun yaradılmasının 100 illiyi münasibəti ilə hərbi parad keçirilməsi planlaşdırılır. Bu parad cəmiyyət tərəfindən böyük maraqla gözlənilir
Xatırladaq ki, bundan əvvəl paytaxt Bakıda hərbi parad 2013-cü ildə keçirilib.
Müdafiə Nazirliyi Ordumuzun 100 illiyi münasibəti ilə keçiriləcək paradla bağlı mətbuata açıqlama verməyib. Lakin bu dəfə də Silahlı Qüvvələrimizin yerli istehsalatı olan silahlarla yanaşı, son 5 ildə aldığı yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilib.
Azərbaycan son paraddan sonra ordunun sahib olduğu silahların təkmilləşdirilməsinə xüsusi diqqət göstərir. Dövlətimiz xüsusilə silah istehsalı ilə məşğul olan Rusiya, İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna, Çexiya, CAR və digər öncül ölkələrdən silahlar alaraq, öz arsenalını yetərincə yeniləyib.
Nümunə üçün qeyd edək ki, Stokholm sülh problemləri İnstitutu yalnız 2016-2017-ci illər üçün Azərbaycanın xarici ölkələrdən 551 milyon dollarlıq silah aldığını bildirib. İnstitutun bu illər üzrə dünya silah ixracına dair tərtib etdiyi hesabatda yalnız mətbuata sızmış silah ticarətlərinin gəlirləri göstərilir. Bu isə onu sübut edir ki, göstərilən rəqəm hələ tam məbləğ deyil.
Modern.az son beş ildə dövlətimizin xarici ölkələrdən aldığı silahlarla bağlı qısa bir araşdırma aparıb. Ortaya çıxan siyahıda adları mətbuata açıqlanan yeni silahalar haqda statistika əksini tapsa da, paradda indiyədək mətbuata sızmayan silahların da nümayiş etdiriləcəyi gözlənilir.
İlk dəfə nümayiş olunacaq silah sistemləri arasında zenit-raket kompleksləri, tanklar, pilotsuz uçuş aparatları, artilleriya sistemləri də yer alacaq.
Paradda göstəriləcək silahların təxmini siyahısı:
Burada ən çox diqqət çəkən silahlardan 2018-ci ilin iyununda alınmış Belarus istehsalı "Polonez” raket kompleksini göstərmək olar. Maksimal uçuş məsafəsi 300 km olan bu kompleksin sursatı 8 raket, bir raketin zərərvurma radiusu isə 80 metrdir. Kompleks düşmənin hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.
Bu ilin iyununda İsraildən alınmış Əməliyyat-taktiki raket kompleksi olan "LORA” da "POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin bir maşını 4 raket tutur və bir raketin zərərvurma radiusu 100 metr təşkil edir. Həm "POLONEZ”, həm də "LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.
İsrail Azərbaycanın ikinci ən çox silah aldığı ölkədir. Bu dövlət Azərbaycana ən yeni silahlarını satır. İsraildən alınmış uzaq məsafəli "Spyder” Zenit-Raket Kompleksləri bu kateqoriyada dünyanın ən güclüsü hesab olunur.
Bundan əlavə, həmin ölkədən alınmış "Heron” pilotsuz uçuş aparatı 2003-cü ildən İsrailin İAİ şirkəti tərəfindən istehsal olunur. Bu PUA dünyada ən müasir pilotsuz uçuş sistemlərindən sayılır.
Analoji olaraq yenə İsrail istehsalı "Hermes-450” pilotsuz uçuş aparatlarını da unutmaq olmaz. Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrinin silahlanmasında yer alan bu PUA Cənubi Qafqaz regionunda yalnız Azərbaycan və Gürcüstanın arsenalında mövcuddur.
Üstəgəl hələ rəsmi təsdiq edilməmiş İsrail istehsalı "Dəmir günbəz” raketdən müdafiə sistemlərini göstərməmək olmaz. "Dəmir günbəz” kompleksinə aid olan "EL/M-2080 Green Pine” AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və "Arrow”, "Barak-8” raketi ilə təchiz edilib. Yəni, bununla "İsgəndər M” (500 km) və "İsgəndər E” (280 km) raketlərini vurmaq, zərərsizləşdirmək mümkündür. İsraildən alınmış hədəfi vurma mənzili 130 km olan "Ekstra” ballistik raketləri də Ermənistanın "qorxulu yuxusu” adlandırılan silahlardandır.
Türkiyədən alınmış hədəfi vurma mənzili 150 km olan "Fırtına”raketləri ilə təhciz olunmuş "T-129” helikopterləri da diqqətə layiqdir. Bu helikopterlər Rusiya istehsalı olan "Qara köpəkbalığı” adlandırılan "K-50”dən daha üstündür.
Həmçinin, Türkiyə istehsalı "Cobra” tipli ZTR-lər, 155 mm-lik T-155 "Fırtına” özüyeriyən haubitsalar da pardda göstərilə bilər.
Paradda həmçinin Türkiyədən alınmış TR-122 "Sakarya” reaktiv və mənzili 100 km-dən uzaq olan TR-300 "Kasırğa” yaylım atəş sistemləri də keçid edəcək.
Çexiya istehsalı olan və Ermənistanın ciddi narahatçılığına səbəb olan "Dana” özüyeriyən artilleriya sistemlərinin (təkərli şassi üzərində) və RM-70 "Vampir” reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirilməsi gözlənilir.
Rusiya istehsalı olan və son illərdə alınan silahlara da nəzər salmaq lazımdır. Bu silahlara müasir "T-90S” tankları, "Smerç”reaktiv yaylım atəş sistemləri, S-300 PMU tipli "Favorit” zenit-raket komplekslərini və digər müasir və ya müasirləşdirilmiş silahları aid etmək olar.
Azərbaycan Ordusunun silahlanmasına yeni daxil olan Rusiya istehsalı 2S19 "Msta-S” özüyeriyən haubitsalar da parada namizədlər sırasındadır. Bu özüyeriyən artilleriya sistemi 152.4 mm çaplı mərmilərdən atəş açır. Haubitsa müxtəlif növ mərmilərlə 12 km-dən 29 km-dək uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilir. Hazırda Azərbaycan daxil olmaqla 8 ölkənin silahlanmasında yer alır.
İndiyədək bir neçə dəfə Azərbaycan Ordusunun silahlanmasında yer alan 9K57 "Uraqan” reaktiv atəş sisteminin də paradda ilk dəfə nümayişi nəzərdə tutulur. 1975-ci ildən müxtəlif orduların silahlanmasında yer alan bu 220 mm çaplı reaktiv yaylım atəş sistemi 10 km-dən 36 km-dək uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
Mi-35M döyüş helikopteri. Dövlət Sərhəd Xidmətinin istifadəsində yer alan bu helikopterlərin ilk partiyası Azərbaycana 2011-ci ilin dekabr ayında gətirilib. 2010-cu ildə Rusiya tərəfi ilə imzalanmış müqavilə 24 helikopterin alğı-satqısını əhatə edir.
Bundan əlavə Mi-24, Mi-24G, Mi-17 hərbi-nəqliyyat və çox məqsədli "Ka-27” gəmilərinin də nümayişi planlaşdırılır.
Hərbi paradda nümayiş olunacaq yeni sistemlərdən biri olan 9K330 "Tor” zenit-raket kompleksi postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Azərbaycanın bu kompleksi Ukraynadan aldığı bildirilir.
Ukraynadan alınan BTR-70-lər, 122 mm çaplı 2S1 "Qvozdika”özüyeriyən artilleriya qurğularını, 152 mm-lik 2S3 "Akatsiya”özüyeriyən artilleriya maşınlarını da unutmaq olmaz.
ABŞ-ın "Bell Helicopter Textron" şirkətinin istehsalı olan "Bell 412” çoxfunksiyalı helikopterin də paradda uçuş edəcəyi gözlənilir.
"Gürzə” patrul maşını. Müdafiə Sənayesi Nazirliyi tərəfindən Toyota HiLLUX 12 maşının bazasında istehsal edilmiş 4x4 təkər formulu bu maşın xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulub.
BRDM maşınının bazasında Azərbaycanda hazırlanmış yeni kəşfiyyat-döyüş maşını. İlk dəfə bu maşın barədə 2012-ci ilin dekabr ayında məlumat verilib. Zirehi gücləndirilmiş bu maşın müasir döyüş aparma vasitələri ilə təchiz olunub.
BMP-3 piyadaların döyüş maşını. 2011-ci il paradında cəmi 3 ədəd BMP-3 keçid edib, bu il keçid edəcək BMP-3-ün sayı artırılıb.
Bundan başqa, müxtəlif hərbi nəqliyyat vasitələri üzərində yeni alınmış tank əleyhinə silahlar, Azərbaycanın yerli müəssisələrində istehsal edilmiş 14.5 və 12.7 mm çaplı antimaterial snayper tüfəngləri, 7.62 mm çaplı snayper tüfəngi, pulemyotlar, minaatanlar da tribuna önündən keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.
Oxşar xəbərlər
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
Xəbər lenti
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
Video & Fotoqalereya
Video
Fotoqalereya
