Bakıda 6 manatlıq salatı turistə 41 manata satdılar
İstirahət mövsümünün start götürdüyü bir vaxtda ölkəmizə turist axını davam etməkdədir. Xüsusi ilə Yaxın Şərq ölkələrindən gələn turistlər Bakı və digər istirahət mərkəzlərinin olduğu bölgələrimizə üz tuturlar.
Ümumiyyətlə, turist artımının hər bir ölkənin həm turizm sahəsini, həm də iqtisadiyyatını dirçəltdiyi hər birimizə məlumdur. Bunun üçün istirahət mərkəzləri, otellər, kafe və restoranlar öz xidmət səviyyələrini inkişaf etdirməkdə maraqlı olmalıdır. Lakin, təəssüf ki, bunun əksini gələn vətəndaş şikayətlərindən də görürük.
Tez-tez mediada kafe və restoranlarda turistlərə qarşı "hesab şoku" yaşadılması ilə bağlı xəbərlər yer alır. Turistlər aldığı yeməyin öz qiymətindən ən azı 2 dəfə çox hesab ödəməli olur. Hətta restoran və kafelərin turistlərə qarşı bu ədalətsiz qiymət siyasətinə yerli vətəndaşlar da etiraz etməyə başlayıb.
“Qafqazinfo” Minval.info-ya istinadən "PAKDAD" restoranlar şəbəkəsi ilə bağlı daxil olan vətəndaş şikayətini sizlərə təqdim edir: “Bakı sakini olan Günay adlı xanım özünün şahidi olduğu hadisədən hiddətlənib, bununla bağlı şikayətini bildirib.
Belə ki, asiyalı vətəndaş buradan bir yemək və salat götürüb və bunun müqabilində 41 AZN ödəməli olub. Daha sonra həmin turist kassirdən yanındakı yerli sakinin götürdüyü yeməyin qiymətini soruşub, kassir turistə "siz götürdüyünüzün qiyməti ödəyin, daha sonra həmin yeməyin qiymətini deyərik"- deyib nəhayət onda pulu alıb. Bunun şahidi olan azərbaycanlı müştəri vəziyyətə müdaxilə edərək, turistin götürdüyü yeməyin qiymətini öyrənib. Məlum olub ki, həmin asiyalı turistin götürdüyü yemək 7 AZN, salat isə 6 manat imiş. Yerli sakin kassirdən çek tələb edəndə isə kassir ona "siz əyləşin biz özümüzü problemi həll etməyə çalışarıq"- deyib. Qeyd edək ki, hadisə restoranın "28 Mall" ticarəkt mərkəzində yerləşən filialında baş verib.
İddialara görə, bu hadisə "PAKDAD" restoranlar şəbəkəsində ilk hadisə deyil. Məsələ ilə bağlı sayt restoranın səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlayıb. Sualları "PAKDAD"-ın şöbə müdiri Mahmudov Aqil cavablandırb. O, xəbərin "PAKDAD"-a qarşı təxribat olduğunu deyib. "Biz neçə ildir fəaliyyət göstəririk. Sübut etsinlər, sonra danışsınlar. Bizdə belə bir hal yaşana bilməz", -deyərək hadisəni inkar edib.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycanda bu halların tez-tez yaşanır: “Üzü dənizə tərəf oturmusansa, qiymət dəyişir, çay istəyirsənsə, istədiyindən artığını gətirib səni xərcə salacaqlar" - deyən Eyyub Hüseynov təkcə turistlərə qarşı deyil, hətta yerli sakinlərə qarşı da şişirdilmiş qiymətlərin tətbiq olunduğunu bildirib:
"Bununla bağlı dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət qurumuna şikayətlər etmişik. Onlar da bütün şikayətçiləri məhkəməyə yönləndirir. Əlbəttə ki, bu da işin uzanmasına səbəb olur".
Lakin E. Hüseynov İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaranması barədə qərar qəbul olunduğunu və bu işlərin nizamlanacağına ümid etdiyini bildirib. “"Ümid ən sonda ölür" deyib bizdə nə vaxtsa sahibkarların vicdanlarının səsinə qulaq asıb, daha sakit şəraitdə öz işlərini görəcəklərinə ümid edirik”.
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 2025 22:02
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 2025 15:01
- Bakıda evin kirayə haqqını verə bilməyən ALİM küçədə yıxılıb ÖLDÜ
23 oktyabr 2025 11:01
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 2025 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 2025 01:27
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 2025 01:27
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 2025 13:27
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 2025 22:23
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 2025 16:03
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 03:41
- Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım
25 oktyabr 01:55
- Pezeşkian: Neftimiz, qazımız var, amma xalqımız acdır
25 oktyabr 01:39
- Putin İlham Əliyevə zəng etdi
24 oktyabr 23:55
- Keçmiş Prezident həbsxanada BABA oldu
24 oktyabr 23:48
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 23:36
- Şahin quşunu qanunsuz ovlayanlar saxlanıldı - Hərəsinə 2 min manat cərimə-Fotolar
24 oktyabr 23:29
- Veteranlara verilən 80 manat artırılacaq?
24 oktyabr 22:42
- Sərdar Səfərova general-mayor rütbəsi və yüksək vəzifə verildi
24 oktyabr 22:05
- İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ
24 oktyabr 12:45
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 12:41
- Bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi - Siyahı
24 oktyabr 12:20
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 11:24
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
24 oktyabr 11:01
- Noyabrda 12 gün iş olmayacaq - Tarixlər
24 oktyabr 01:34
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 22:02
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 15:37
- Həlak olan daha 1000 əsgərin CƏSƏDİ Ukraynaya qaytarıldı
23 oktyabr 15:09
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 15:01
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 13:31
- Bir şəklin tarixçəsi: Fəzail Ağamalı Ramiz Mehdiyevin önündə məruzə edir
23 oktyabr 11:41
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 11:26
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:16
- Bakıda evin kirayə haqqını verə bilməyən ALİM küçədə yıxılıb ÖLDÜ
23 oktyabr 11:01
- Qazaxıstanda ağır qəza - 12 ölü
23 oktyabr 10:48
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 01:25
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 00:58
