Elçibəy iqtidarı rus qoşununu Azərbaycandan pulla çıxarıb (TƏFSİLAT)
Müsahibə22 iyun 2018 11:47

Prezident Elçibəyin keçmiş mətbuat katibindən və sabiq baş nazirdən sensasiyalı açıqlamalar
AXC hakimiyyəti zamanında prezident Əbülfəz Elçibəyinmətbuat katibi olmuş Arif Əliyev moderator.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib.
A.Əliyev bildirib ki, Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı: "Qoşunların çıxarılması təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Həmin maliyyəni aldılar. Onlar Azərbaycandan çıxanda onlarda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaqlar.

Və bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad" verilmişdi. Bu "Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq. Heydər Əliyevbu planları pozdu və Elçibəyin də Heydər Əliyevi Bakıya dəvət etməsi bu planların pozulması demək idi. Azərbaycanın müstəqilliyi başlıca məsələ idi".
A.Əliyev deyib ki, 4 iyun qiyamı Elçibəy hökumətinə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi.
Pənah Hüseyn: "Bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. O məbləğ ödənildi və silahlar alındı"

Arif Əliyevin dediklərindən belə məlum olur ki, Elçibəy hakimiyyəti rus qoşunlarının buradakı silahlarının alınmasında hansısa məbləğdə vəsait verib. Deyilənlərlə bağlı Ə.Elçibəy iqtidarının dövlət katibi və baş naziri olmuş AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a açıqlamasında bildirib ki, rus qoşunlarının Azərbaycandan çıxarılması iki formada və iki fərqli məsələni əhatə edir: "Birincisi, SSRİ dövründən qalmış silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması məsələsidir. İkincisi Rusiya diviziyasının çıxarılmasıdır. Azərbaycanda üç müxtəlif təyinatlı qoşun hissəsi olub. Bunlardan biri 4-cü ordudur və Zaqafqaziya hərbi dairəsinə tabe olub. Azərbaycanda üç diviziya var idi. Onlar Lənkəranda, Bakıda və Gəncədə yerləşirdi. Bundan əlavə, birbaşa Moskvaya da tabe olan, Zaqafqaziya hərbi dairəsinə daxil olmayan 104-cü diviziya da Azərbaycanda var idi. Bu diviziyaya Şerbak komandirlik edirdi. Bir də baş qərargaha tabe olsa da idarəçilikdə əlahiddə sayılan Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası yerləşirdi. 4-cü ordu və Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası Azərbaycandan 1992-ci il yayın sonunda çıxarıldı. Onu da deyim ki, bu məsələnin hüquqi əsası hələ SSRİ dövründə qoyulmuşdu. O dövrdə silahların məhdudlaşdırılması haqqında ”Paris müqaviləsi" var idi. Hələ SSRİ dağılmamış SSRİ-nin bir sıra regionlarından, o cümlədən Zaqafqaziyadan silahlı qüvvələrin ixtisarı məsələsi gündəmdəydi. SSRİ dağıldıqdan sonra həmin hərbi hissələrin əmlakı, silahları, Xəzər donanmasının Bakıda olan gəmilərinin Azərbaycan qanunvericiliyinə və dövlət müstəqilliyi aktına görə Azərbaycan Respublikasının mülkiyyətinə keçməsi elan olundu. Sonra isə bu barədə prezident fərmanı verildi və bunların təhvil-təslim prosesinə başlandı. Bu prosesin real həyata keçirilməsi ciddi maneələrlə qarşılaşmışdı. Keçmiş sovet silahlı qüvvələri o dövrdə MDB silahlı qüvvələri adı altında qeyd olunmuşdu və faktiki olaraq Rusiyaya tabe idi. 1992-ci ilin fevralında da Boris Yeltsinin xüsusi fərmanı oldu. Fərman keçmiş SSRİ silahlı qüvvələrinin müvəqqəti olaraq Rusiyanın tabeçiliyinə keçirilməsini nəzərdə tuturdu.
1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir respublika ilə müqavilələr imzalandı. Azərbaycan tərəfindən bu müqaviləni o dövrün müdafiə naziri Rəhim Qazıyev imzalamışdı. Bu müqavilələr əsasında da Azərbaycana təhvil verilməli olan silahlar müəyyənləşdirildi. Hərbi hissələrin isə 1992-ci ildə çıxarılması nəzərdə tutulmuşdu. Əbülfəz Elçibəy prezident seçildikdən sonra onun təkidi ilə keçmiş SSRİ-nin Azərbaycandakı bütün silahlı qüvvələri çıxarıldı. 104-cü tank diviziyası isə qeyd olunan müqaviləyə görə SSRİ-yə yox, Rusiyaya aid idi. Ona görə 104-cü diviziyanın Azərbaycandan çıxarılması Rusiya qoşunlarının ölkəmizdən çıxarılması deməkdir. Bu hadisə isə 1993-cü ilin mayında baş verdi".
P.Hüseyn xatırlatdı ki, Rusiya 104-cü diviziyaya MDB-nin sülhməramlı qüvvələri statusu verilməsinə və bu adla Azərbaycanda saxlanmasına çalışırdı. Lakin prezident Elçibəy Rusiyanın bütün təzyiqlərinə baxmayaraq 104-cü diviziyanın çıxarılmasında təkid elədi: "Həmin diviziya, yəni Rusiya qoşunları 1993-cü il mayın 25-də Azərbaycan ərazisindən çıxarıldı. Bu, keçmiş SSRİ məkanında ilk belə hal idi. Ona görə də bu hadisə təkcə Azərbaycan miqyası ilə məhdudlaşmır, bütün keçmiş sovet məkanına təsir göstərən hadisə idi.
Daşkənddə imzalanan müqavilə əsasında isə keçmiş SSRİ hərbi qüvvələrinin silahlarının təhvil-təslimi, çıxması qrafiki həyata keçirildi.
104-cü diviziyanın çıxarılması zamanı əksər silahları Rusiyaya daşınmışdı. Çünki onlar Rusiyanın əmlakı hesab olunurdu. Azərbaycan da bununla razılaşmağa məcbur idi. Amma hələ daşınmamış bir sıra silahların, desant bölüyünün paraşütlərinin pul ödənilərək alınması istiqamətində danışıqlar aparılmışdı. Danışıqlarda 5 milyon dollar ödənilməsi məsələsi müzakirə edilmişdi. Müdafiə naziri Dadaş Rzayev bu məbləğin ruslara ödənilməsini tövsiyə eləmişdi. Əsaslandırılırdı ki, əslində bizə qalacaq silahların dəyəri bundan qat-qat artıqdır. O dövrdə mən artıq dövlət katibi yox, baş nazir idim. 5 milyon dolların ayrılması bizə çox göründü. Ona görə də bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. 600 min dollar ödənildi və silahlar alındı. Hər halda, Arif Əliyev bu məsələni nəzərdə tutaraq həmin açıqlamanı verib".
P.Hüseyn onu da qeyd etdi ki, Surət Hüseynova Şerbak tərəfindən silahların verildiyi barədə o dövrdə məlumatlar olub: "Surətə 2 min ”Kalaşnikov" avtomatı təhvil verilmişdi. Ola bilsin Surət Hüseynov da həmin silahlara pul ödəmişdi. Lakin Surətə "Qrad” qurğuları verilməmişdi. "Qrad” qurğuları 709 saylı hərbi hissənin özünün idi. Surət Hüseynovun ruslardan əldə etdiyi silahlar 4 iyun qiyamı zamanı ona qoşulan adamlara paylanmışdı".
P.Hüseyn bildirdi ki, Rusiyanın Surət Hüseynovun əli ilə Azərbaycanda Elçibəy hakimiyyətini devirmək planı 104-cü diviziya Azərbaycandan çıxarılmazdan öncə mövcud olub: "22-ci rus briqadasının mütəxəssislərinin isə 4 iyun qiyamının hazırlanmasında iştirakı haqda məlumatlar var idi. Azərbaycanda SSRİ dövründən qalma rus qoşunları ölkəmizin müstəqilliyi və istənilən hakimiyyət üçün bir təhlükə idi. Əbülfəz Elçibəy də buna görə həmin qoşunların sürətlə çıxarılmasında təkid etdi və buna nail olundu”.
Oxşar xəbərlər
- Əfsanəvi Azərbaycan futbolçusu Banişevski 1997-də dərman üçün 100 manat tapmayıb və...
31 avqust 2025 13:23
- Azərbaycandan olan qadına Rusiyada 5 il həbs cəzası verildi – Ukrayna kəşfiyyatı ilə əməkdaşlıqda
28 avqust 2025 11:56
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- 8 aydır boksçuların MAAŞI VERİLMİR - Məşqçi şikayət etdi
26 avqust 2025 20:37
- Elçibəyin vəfatından 25 il ötdü
22 avqust 2025 10:32
- Dağıstanda 36 yaşlı azərbaycanlı saxlanılıb – guya Ukraynaya məxfi sənəd aparırmış
21 avqust 2025 16:43
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 2025 12:26
- Putinin anası təkgöz olub- Atası anasının GÖZÜNÜ YABA İLƏ ÇIXARIB
14 avqust 2025 11:13
- Putinin gizli keçmişi - ALTDAKI PUTİNDİR
28 iyul 2025 10:43
Xəbər lenti
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
03 sentyabr 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
03 sentyabr 10:31
- Arzular çin oldu, həm də Çində oldu
03 sentyabr 09:49
- Prezident Pekində paradı izlədi
03 sentyabr 09:36
- 51 yaşında tələbə oldu
03 sentyabr 02:29
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
03 sentyabr 02:18
- Hər bir insanın İLDƏ BİR DƏFƏ verməli olduğu analizlər
03 sentyabr 01:55
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
02 sentyabr 23:20
- Alman alimlər xərçəngin dərmanını tapdı
02 sentyabr 21:55
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
02 sentyabr 16:22
- Naxçıvan şəhərində işıq olmayacaq
02 sentyabr 14:18
Video & Fotoqalereya
Video
Fotoqalereya