Deputat oğlunun yaxtasından dənizə düşüb boğulan modelin hamıdan gizlədilən məzarı üzə çıxd
Kriminal24 iyun 2018 14:53
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən ölüm işindən 1 il ötür. Keçən dövr ərzində Günel Mirzəyevanın mübhəm ölümü ilə bağlı düyünlər açılsa da, əsl həqiqət ortada olsa da, kimsə cəzalandırılmayıb.
24saat.org saytı xəbər verir ki, Hummet Bedelov adlı sosial şəbəkə istifadəçisinin profilindən aydın olur ki, "Miss Lafarella” yarışmasının qalibi olmuş Günel Mirzəyeva iddia olunduğu kimi Lənkəran qəbristanlığında deyil, Bakıda, "Qurd qapısı” deyilən ərazidəki məzarlıqda torpağa tapşırıblar.
Belə məlum olur ki, Günel Mirzəyevanın məzarına hər həftə yaxınları baş çəkirlər, onun məzarı üstünə gəlib-gedənlər var. Həmin şəxslər sırasında deputat Elmira Axundovanın, onun oğlu Həbib Axundovun olub-olmaması bilinmir. Saytının elektron poçtuna göndərilən məktubda isə Hümmət Bədəlov iddia edir ki, mətbuatda ilk gündən ölüm işində məhz Həbib Axundovun adı çəkilirdi.

Bildirilirdi ki, Günel Mirzəyevanın Həbiblə münasibətləri var. Həbib Axundov ilk vaxtlar bu əlaqəni ciddi şəkildə inkar etsə də, sonradan üzə çıxan faktlar onun yalan danışdığını üzə çıxardı. Bilindi ki, Günel Mirzəyeva açıq dənizə məhz Həbib Axundova məxsus yaxtada çıxıb və naməlum şəraitdə suya düşərək boğulub. 4 günlük axtarışlardan sonra gənc xanımın tanınmaz hala düşmüş meyiti dənizdən çıxarıldı. Həmin günlərdə onun hamilə olması xəbəri də yayılmışdı. Meyit Sabunçu morquna aparılandan sonra orada gənc xanım cansız bədəni zahiri müayinə edilmiş və ailəsinə təhvil verilmişdi.
Ekspertiza keçirib gənc xanımın hamilə olub-olmaması sualına aydınlıq gətirməmişdilər. Meyit tam ekspertizadan keçirilməmiş halda basdırıldı, onun hamilə olub-olmaması sualı da açıq qaldı. İlk baxışdan adi görünən bu suala cavab axtarılması əslində sirli bir cinayətin üstünü aça bilərdi. Gənc xanımın məhz hamilə olduğu üçün bu şəkildə aradan götürülməsi haqda fikirlər təsdiqlənə bilərdi. Baxmayaraq ki, 2017-ci il iyunun 24-də mübəm şəkildə dənizdə boğulan gənc bir xanımın ölümünün 1 ili tamam olacaq, müstəqil ekspertlər bu məsələnin araşdırılması üçün tibb elminin kifayət qədər inkişaf etdiyini deyirlər.

Bildirirlər ki, meyir ekshumasiya olunsa, bu məsələ aydınlaşdırıla bilər. Sosial şəbəkədə yayılan digər bir məlumata görə Günel Mirzəyevanın ölümündən sonra onun ailəsinə deputat Ağalar Vəliyevin inşa etdirdiyi binalardan birindən mənzil bağışlanıb. Hətta həmin evdə Günel Mirzəyevanın ölümündən sonra ərindən boşanmış bacısının yaşadığı haqda da xəbərlər var. Həmin mənzilin ailəyə Həbib Axundov və ya onun deputat anasının bağışladığı haqda səhih məlumatlar yoxdur.
Yada salaq ki, Elmira Axundova Günel Mirzəyevanın müəmmalı ölüm işindən danışarkən demişdi ki, hadisə baş verəndə Bakıda olmayıb. Deputat əminliklə bildirmişdi ki, oğlu da Günel Mirzəyeva müəmmalı şəkildə dünyasını dəyişərkən orada olmayıb! "Deyə bilərəm ki, oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub” – deyə Elmira Axundova oğlunu təmizə çıxarmağa çalışmışdı.

Maraqlı odur ki, deputat əvvəl gündən niyə yalan danışır? Sanki oğlunun günahsız olmasını sübut etmək üçün dəridən-qabıqdan çıxır? Nitqini "Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. Təfərrüatları tam olaraq bilmirəm. Bu hadisəni şişirdənlər də bizim düşmənlərimizdir” kimi gülünc fikirlərlə davam etdirib hər kəsi günahkar bilirdi, bircə oğlundan savayı.
İndi isə bilinir ki, gənc qızı o dövrdə basdıranda belə Həbib Axundov orada olub. Görəsən Elmira Axundovanın oğlu Həbib Axundov dənizdə batanların dəfinində iştirak etmək öhdəliyi götürüb yoxsa başqa səbəblər var? Fakt odur ki, gənc bir xanım dənizdə batıb. Onun müəmmalı şəkildə batarkən hamilə olması xəbəri də ortadadır. Gənc xanım dənizdə batandan sonra ailəsinə mənzil bağışlayıblar. Bu da bilinir. O da məlumdur ki, həmin mənzil Elmira Axundovanın həmkarı, deputat yoldaşı Ağalar Vəliyevin inşa etdirdiyi binadandır. Bundan başqa, gənc xanım müəmmalı şəkildə ölənə qədər Həbib Axundovun adına olmuş maşını sürüb. Qalır bircə sosial şəbəkələrdə yayılan bu xəbərləri araşdırıb Günel Mirzəyevanın ölümü üzərinə çəkilən sirr pərdəsini kənara tullamaq.
Oxşar xəbərlər
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
