Ölkənin Bank-maliyyə sistemini kim və niyə çökdürür? - Qəsd…, qeyri-peşakarlıq… və ya savadsızlıq…
Son günlər ölkə mətubatı “GünayBank” ASC-də baş vermiş böyük bir talanıçılıq xəbəri ilə çalxalanır. Bankın ən yüksək postlarının birində olturan Emin Zeynalov adlı İdarə Heyətinin sədr müavini olan gənc bir oğlanın Banka etibar etmiş şəxslərin 100 milyondan artıq pul vəsaitini mənimsəyərəq qeybə çəkilməsi inandırıcı deyildi. Yəni “GunayBankın” uzun bir müddətdir oləknin valyuta əməliyyatları üzrə “qara bazarı”ın maliyyələşdirəni rolunda çıxış etdiyi heç kimə sirr deyil.
Bankda yoxa çıxan məbləğin 100 milyondan artıq olduğu deyilir. Bu proseslərlə bağlı qısa jurnalist araşdırması həyata keçirdik. Araşdırmalarımız zamanı müəyyən olundu ki, oğurlanmış pulların sahibləri arasında həm bankın müştəriləri, həm də, iş adamaları mövcüddür. Belə ki, iş adamlarının böyük mələğdə vəsaitlər bankda qəbul edilməklə onlara hər ay üçün 3-5 % həcmində faizlər ödənilirmiş, özüdə bu faizlər məhz Bankın kassalarından ödənilirmiş. Ona görə də, bu məbləğdə vəsaitlərin guya biznes portnyorları arasında şəxsi borc problemləri olması inandırıcı deyil. Həmçinin Bankda yoxa çıxan 100 milyon məbləğin ay ərzində bir neçə dəfə dövr etdiyini nəzər salasaq, sadə bir hesablama ilə bank tərəfindən mütəmadi olaraq hər ay ərzində 1 milyarddan artıq valyutanın qara bazara ötürülməsi və ofşor şirkətlər vasitəsilə ölkədən çıxarılması şübhəsizdir.
Bəli, 1 milyard və bu dövriyyədən qazanılan milyonlar, məqsəd isə heç bir qaydalara sığışmayan “çirkli pulların yuylması” əməliyyatları üzrə çox asan və sadə yolla milyonlara sahib olmaqdır. Ötən illər ərzində bütün növ və iri həcmli valyuta mübadiləsi və ya ölkədən valyuta vəsaitlərinin çıxarılmasında Bankın hegemon rol oynaması faktdır və danıla bilməz. Maraqlısıda odur ki, bütün bu əməliyyatlar Bankın kassalasrında aparılmasına baxmayaraq heç bir halda rəsmiləşdirilməmiş bankın yekun mənfəətində əks olumamış, əldə olunmuş milyonlarla gəlirlər qeyri-rəsmi formada şəxsləşdirlilmişdir.
Bankın sahibində və rəhbərliyində bu arxayınçılıq haradan idi?
Uzun müddətdir (1992-ci ildən) fəaliyyət göstərməsinə baxmayaraq bu bank uzun illər ərzində ölkədə həyata keçirilən ofşor köçürmələri və valyuta əməliyyatarı üzrə “qara bazar”ın formalaşmasındakı fəaliyyəti ilə məhşurlaşmağa başladı.
Belə ki, Respublikada Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldıqdan və bank fəaliyyəti üzrə nəzarət funksiyaları palataya keçməsi ilə “Günaybank”a sanki ikinci nəfəs verildi. Səbəbsiz deyil…
Uzun müddət ölkənin bank sektorunda sakitliyini qoruyan, fəaliyyətdə olması, belə xəbər mövzusu olmayan bir Bank son illər ərzində onlarla filialı açmaqla geniş bir filial şəbəkəsinə malik olmaqla çox böyük məbləğlərdə xarici valyuta əməliyyatlarının mübadiləsi və xüsusilə ofşor əməliyyatlarının aparılması ilə tanındı. Yeni filialların açılmasında məqsəd, yuxarıda qeyd etdiymiz fəaliyyət sahələri üzrə daha çox əməliyyatlar həyata keçirməklə bu sahə üzrə, dolayısı ilə xarici valyuta üzrə “qara bazar” və ofşor əməliyyatları üzrə daha çox iri həcmli mübadilə və köçürmələrə görə lap çox qazanmaq.
Bank sektorunda baş verən bu kimi hallar, ümumilikdə banklara olan inama ciddi zərbə vurur, əmanətlərin geri çəkilməsinə səbəb olur. Bütövlükdə bank sektoru üçün ciddi zərbədir.
Lakin, “GünayBank”da aparılan bu əməliyyatlardan ölkədə hamının xəbərdar olduğu bir vaxtda, Palatanın bankın bu cür fəaliyyətinə göz yumması maraq doğurmaya bilməz. Səbəb?…
Araşdırmalar zamanı Palatanın səssizliyin səbəbi aydınlaşmağa başlayır. Belə ki, araşdırmalarmızın nəticəsi olaraq Palatanın yeni yarandığı dövrdə “GünayBank”ın sahibi Mahmud Məmmədovla direktorlar şurasının sədri Rüfət Aslanlının çox yaxın münasibətdə olduğu Bank sektorunda heç kimə sirr deyildi. Hətta palatanını işçilərinin məlumatlarına əsasən bu bank vasitəsilə xaricə çıxarılmış pul köçürmələrinə maliyyə monitorinqi xidməti tərəfindən xüsusi yanaşma edilərək, ölkədən çıxarılan pul kütləsi üzrə statistik məlumatlarda və həyata keçirilmiş valyuta mübadilə əməlyyatlarının icmal hesabatlarında bu bankda aparılmış əməliyyatlar nədənsə ya əks olunmur, və ya yekun nəticələrdə Palataya sərf edən düzəliş olunmuş formada göstərildi. Əvəzində isə M.Məmmədov hər ayın sonu R.Aslanlının yanına hesabata gəlirmiş, çox güman ki, qeyri-rəsmi qazancından R.Aslanlın da payını verirmiş. Əks halda, biz belə bir biabırçı mnzərəyə şahidlik etməzdik. Məhz bu kimi paylar hesabına R.Aslanlının əsl zədagən həyatı yaşaması, bahalı şərablar istifadə etməsi, xarici ölkələrdə bahalı kurotlarda dincəlməsi, bahalı otellərdə qalması haqqında əvvəllər mətbuatda məlumatlar yayılıb.
Palatada R.Aslanlı hökmranlığının sona çatdığını hiss edən M.Mammədov bundan sonra İ.Alışovla münasibət qurmağa çalışır və ikincinin pula olan hərisliyi bu işbirliyinin alınmasında müstəsna rol oynayır. Belə ki, əldə etdiymiz məlumatlara əsasən “GünayBank”ın Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, bina 6/8, ünvanda yerləşən filialının bir başa sahibinın Palatanın İcraçı direktoru İbrahim Alışov olduğu dəqiqləşdirə bildik. Həm də, onu dəqiqləşdirdik ki, Bankın həyata keçirdiyi “qara bazar” və ofşor əməliyyatlarının böyük bir hissəsi bu filial vasitəsilə məhz İ.Alışovun nəzarəti altında həyata keçirilib. Yəni uzun illər “Zamin Bank” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 94 ünvanında fəaliyyət göstərən “Fizuli” filialına rəhbərlik etmiş İ.Alışov işlədiyi dövrdə bu filialda milyardlarla ABŞ dolları məbləğində iri həcmdə valyuta mübadilə və ofşor əməliyyatları həyata keçirməklə, həmin dövr üzrə 10 (on) milyonlarla vəsait qazandığı bildirilir. Sonradan qısa müddət ərzində “ulduzu” parlayan keçmiş filial müdiri bir anda ölkənin bank maliyyə sisteminə cavabdeh olan qurumda müvəqqəti olaraq “ikinci şəxs”i kimi Palatada peyda oldu. Cəmi bir il sonra isə faktiki olaraq bu qrumun rəhbər statusuna sahibləndi. İ.Alışovun bu “baş döndürən” yüksəlişinin səbəbi təbii sual doğura bilməzdi. Araşdırmalarımız zamanı məlum oldu ki, İ.Alışov bu vəzifəyə yaxın dostu sayəsində gəlib çıxa bilib.
Onun dostu mühüm dövlət postuna təyin edildikdən sonra öz tanışının “qaranlıq keçmişi”nin belə araşdırılmdan onu bu yüksək vəzifəyə təyin olunmasına nail olmuş, bir il sonra isə onu Paltada söz sahibi etmişdir. Bütün proseslər planlı şəkildə, əvvəlcədən müəyyənləşdirilmiş qaydada öz axarı ilə davam edib. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının faktiki rəhbəri funksiyasını həyata keçirən İbrahim Abışovun bank sahəsində ciddi bir peşəkar, təcrübəli mütəxəssis olduğunu söyləmək qeyri-mümkündür. Ona görə də bankların fəaliyyətinə nəzarət daha da pisləşdi və belə acınacaqlı mənzərə yarandı.
Bu illər ərzində keçmişi ilə vidalaşmağı bacara bilməyən, qazandığı pulların dadı damağında qalan İ. Alışov, Palatanın faktiki rəhbəri olduğu dövrdə köhnə peşəsini davam etdirir və bu cür əməliyyatları “Günaybank” vasitəsilə həyata keçirməyə başlamışdır. İ.Alışov bank fəaliyyəti üzrə bəlkədə ən yaxşı və yeganə bildiyi bank sahəsi ofşor əməliyyatlardır.
Təbii ki, bu əməliyyatları Alışov təkbaşına həyata keçirə bilməzdi.Belə ki, bir vaxtlar bu iki dost əslində üçlük idi. İki il əvvəl bağlanılmış “ZaminBank” ASC-nin sahibi N.İsmayılovla birlikdə bu üçlüyün dostuğu dillər əzbəri olmuşdu. Lakin sonradan dostların karyerasındakı yüksəliş onunla nəticələndi ki, onların ən yaxın dostlarının Bankını bir gecədə bağlandı. Hətta o vaxtlar bankda çalışanların dediklərinə görə bankın bağlanılma xəbərini də, N.İsmayılov mətbuatdan eşitmişdi. Palata rəhbəri olan İ.Alışov yaxın dostu Nadir İsmayılovu elə inandırırmış ki, ikinci bankın bağlanılma xəbərini oxuyanda belə inanmaq istəmirmiş.
Əslində 2 gün öncə Palatanın “Günaybank” haqqında mətubatda tirajlanan məlumatlara tələm-tələsik münsibət bildirərək Bankda 1 aydır yoxlama aparıldığını və bütün normativlərin qaydasında olması haqqında yersiz açıqlaması nədən xəbər verir…
Araşdırmalarımız zamanı müəyyənləşdirə bidik ki, bankda doğurdan da, Palata tərəfindən yoxlama aparılır, lakin 1 ay deyil, məhz bank haqqında bu məlumatlar mətbuatda əks olunan kimi, İ.Alışovda öz növbəsinə narahatçılıq keçirmiş, bu bank vasitəsilə həyata keçirdiyi çirkli işlərinin ifşa olunmaması və bu əməllərini ört-basdır etmək məqsədilə tez-tələsik özünə yaxın bildiyi Palata işçiləri vasitəsilə bankda yoxlama başlatdırmışdır. İ.Alışovun məqsədi, digər dövlət qurumlarının Bankda yoxlama apara biləyəcəyi ehtimalını hesablayaraq baş verən əməliyyatların gizli qalması üçün bankda aparılan yoxlama vasitəsilə öz əməllərinin ifşa olunmamasına çalışır.
Yoxsa yoxlama nəticəsi bilinmədən, Bankın rəhbəri Mahmud Məmmədovun 3 gün öncə verdiyi açıqlamanı təsdiqləməklə Palata cəmiyyətə hansı mesajı vermək istəyirdi?
Əldə etdiymiz, lakni dəqiqləşdirə bilmədiymiz məlumatlara görə , İ.Alışov bu bankda da, törətdiyi əməllərini ört basdır etmək məqsədilə vəzifə səlahiyyətlərindən istfadə etməklə, Bankın bağlanılmasına çalışır. Belə ki, “Günaybank”ıda “Zaminbank”ın taleyi gözləyir. Bu səbəbdəndir ki, M.Məmmədov çox danışıb, səs küy salmamış, baş verənlərdə kimlərin əlinin olduğunu müəyyən dairələrdə açıqlamamış guya onunla yaxın olduğunu sübut etmək üçün İ.Alışov, Mahmud Məmmədovu arxayınlaşdırmaq üçün, onunla həmrəylik nümayiş etdirir.
Əslində isə Məmmədovun üzərinə oynalınan oyuna əsasən qarşıya qoyulmuş məqsəd, yoxlamadan dərhal sonra bütün baş verənlərin səbəbkarı və günahkarı kimi onu göstərməklə, müəyyən dairələrlə əlaqəsini kəsmək və mümkün qədər qısa müddətdə Bankın lisenziyasını geri çağırmaqdan ibarətdir.
Məlumatlara görə Emin Zeynalov hal-hazırda hüquq mühafizə orqanları tərəfindən həbs olunub və yəqin ki, yaxın günlərdə biz daha maraqlı proseslərin şahidi olacayıq.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq./Azinforum.az/
- Kəklikotunun möcüzəvi faydaları
1 noyabr 2025 09:44
- Ramiz Mehdiyevin gizli -prinsi- hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə QUDASI Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
30 oktyabr 2025 13:37
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir
30 oktyabr 2025 13:20
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 2025 13:03
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 2025 23:10
- Putin hərbi paltarını geyindi ))
27 oktyabr 2025 11:06
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT
26 oktyabr 2025 21:35
- Qurultayda DAVA düşdü, Fəzail Ağamalı oğlu ilə ƏLBƏYAXA OLDU...
25 oktyabr 2025 16:25
- Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
01 noyabr 13:26
- TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın rəyini nəzərə alacaqdır...
01 noyabr 12:56
- İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib
01 noyabr 11:24
- Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT
01 noyabr 11:17
- SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
01 noyabr 10:05
- Kəklikotunun möcüzəvi faydaları
01 noyabr 09:44
- Ramiz Mehdiyevin gəlini Nigarın ATASI KİMDİR ?
01 noyabr 02:38
- Rüşvət alan MEŞƏBƏYİ həbs olundu
01 noyabr 02:24
- Azərbaycanda İLK - MEYİT-dən 19 yaşlı gəncə ÜRƏK KÖÇÜRÜLDÜ
31 oktyabr 23:51
- Xalq artisti xəstəxanaya yerləşdirildi
31 oktyabr 22:45
- Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
31 oktyabr 12:29
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı
31 oktyabr 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
31 oktyabr 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
31 oktyabr 11:07
- Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı
30 oktyabr 23:58
- Dəfn olunan İTKİN - ŞƏHİDİN anası: İndi RAHAT ÖLƏ BİLƏRƏM
30 oktyabr 22:01
- Ramiz Mehdiyevin gizli -prinsi- hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə QUDASI Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
30 oktyabr 13:37
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir
30 oktyabr 13:20
- Jurnalist Vüqar Məmmədov saxlanıldı - Hurriyyet TV-də əməliyyat
30 oktyabr 13:10
- AZADLIQ AŞIĞI da DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR DƏFƏ...)) lmir...
30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı SAXLANILDI
30 oktyabr 11:32
- NAR-ın Çoox Şanslı lotereyasının ilk avtomobil qalibi sükan arxasında
30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
30 oktyabr 10:17
- BAKCELL bu gün Zeekr 001 hədiyyə edəcək - Son saatlar!
30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO)
29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
29 oktyabr 13:57
